ABŞ hərbi bazası Bakıya köçürülə bilər?

03 Noyabr 2011 - 12:29

Qırğızıstanda keçirilən son prezident seçkilərindən sonr gündəmə gələn ilk məsələlərdən birinin "Manas" hərbi bazasının buradan çıxarılması ilə bağlı olacağı artıq məlumdur. Xatırladaq ki, daha əvvəl də bu bazanın çıxarılması məsələsi gündəmə gəlmişdi və həmin vaxt bazanın çıxarılacığı təqdirdə gətiriləcəyi əsas ünvan kimi Azərbaycan göstərilirdi. İndi də bunun təkrarlanacağı şübhə doğurmur.Məsələ burasındadır ki, Qırğızıstanda keçirilən son prezident seçkilərində qalib gələn indiki baş nazir Almazbəy Atambayev Bişkekdəki beynəlxalq hava limanının ərazisində hansısa hərbi obyektin mövcud olmasını yolverilməz hesab edir:



"Aeroportumuz v
ətəndaşlar üçün nəzərdə tutulub və ancaq mülki işlərlə məşğul olmalıdır. Hava limanına eniş edəndə və orada hərbi təyyarələri görəndə, bu çox pis təəssürat bağışlayır".Onun sözlərinə görə, Qırğızıstan tərəfi hava bazasının yerində aeroportda hər hansı mülki obyektin yerləşməsinin də əleyhinə deyil. Atambayev, həmçinin, ABŞ hərbçilərinin Bişkekdə yerləşməsinin Qırğızıstanın təhlükəsizliyini təmin etmədiyini güman edir: "ABŞ-la ədavətdə olan hansısa ölkənin nə vaxtsa bizə zərbə endirməsini istəmirik". O həmçinin bildirib ki, Qırğızıstan bundan sonra da üzərinə götürdüyü beynəlxalq öhdəliklərə, o cümlədən koalisiya qüvvələrinin bazası ilə bağlı qaydalara riayət etməyə çalışacaq.

Xatırladaq ki, h
ələ iki il əvvəl "Manas" hərbi bazası üzərində ABŞ və Qırğızıstan arasında yaranan narazılıqdan sonra bu bazanın yeni ünvanının məhz Azərbaycan ola biləcəyinə dair fikirlər dolaşmağa başlamışdı. O vaxt Amerikanın "The New York Times" qəzeti yazırdı ki, sözügedən bazanı əvəz etməyə əsas namizəd Bakı olacaq. Elə həmin dövrdə Amerika Bakıda konfrans keçirərək Azərbaycan, Türkiyə və Gürcüstandan olan nəqliyyat rəsmiləri və özəl podratçılarla birgə Əfqanıstana yeni təchizat yollarını müzakirə elədi. 

Söhb
ət Cənubi Qafqaz, daha sonra Orta Asiyadan keçməklə Əfqanıstanın şimalına aparan marşrutdan gedir. NATO rəsmiləri deyir ki, məqsəd yalnız əlavə marşrut əldə etməkdir, onların niyyəti Rusiya və ya Pakistan yolunu tam əvəz eləmək deyil.Bakıda konfrans keçirən Amerika və Azərbaycan rəsmiləri bildirdilər ki, burada söhbət yüklərin Gürcüstanın Poti limanından quru yolu ilə Bakıya, ordan dəniz yolu ilə Qazaxıstanın Aktau limanına, daha sonra isə Özbəkistan vasitəsilə Əfqanıstana daşınmasından gedir. İndi isə Qırğızıstanda məlum hakimiyyət dəyişikliyi və "Manas"-la bağlı Almazbəy Atambayevin verdiyi açıqlamalar bu bazanın Bakıya köçürülmə ehtimalını yenidən gündəmə gətirib.

Onu da xatırladaq ki, Az
ərbaycan parlamentinin ötən il təsdiq etdiyi yeni hərbi doktrina buna imkan verir. Doktrina xarici bazaların ölkə ərazisində yerləşdirilməsinə imkan verir. Daha doğrusu, parlamentdə səs çoxluğu ilə qəbul edilmiş bu sənəd Azərbaycanda "xarici hərbi bazaların yerləşdirilməsinə" beynəlxalq razılaşmalar çərçivəsində icazə verir.Məhz bu kontekstdə təhlilçilər dəfələrlə bəyan edib ki, yeni doktrina Amerikanın Əfqanıstanda apardığı müharibədə


Xəbər lenti

Moldova aviareysləri bərpa edir
2020-06-04 07:06

Bayden seçki yarışında yenidən Trampı qabaqladı
2020-06-04 06:58

BMT Yəmən üçün lazım olan pulu toplaya bilmir
2020-06-03 22:17

Çin və Hindistan hərbçiləri son hadisələri müzakirə edəcək
2020-06-03 22:09

Türkiyədə daha 24 nəfər koronavirusdan ölüb
2020-06-03 22:04

Rusiyada koronavirusdan ölənlərin sayı 5 215-ə çatdı
2020-06-03 21:58

Gürcüstanda ərzaq məhsulları bahalaşıb - Statistika
2020-06-03 21:33

Gürcüstan NATO standartlarına uyğun yeni hərbi texnika alacaq
2020-06-03 21:30

Gürcüstan hökuməti xaricdən milyardlarla borc götürür
2020-06-03 21:27

Gürcüstanda COVID-19-a yoluxan xəstələrin 80%-i sağalıb
2020-06-03 21:22

Gürcüstanda daxili uçuşlar bərpa olunur
2020-06-03 21:18

"Gürcü Arzusu" koronavirus səbəbindən seçki görüşlərindən imtina edə bilər - Açıqlama
2020-06-03 21:13

Giorgi Qaxarianın baş nazir vəzifəsindən istefa verəcəyi barədə məlumat yalandır
2020-06-03 20:07

Çexiya Gürcüstanı turistlər üçün təhlükəsiz ölkələr kateqoriyasına daxil edəcək
2020-06-03 20:02

İraqın Baş naziri kabinetini tamamladı
2020-06-03 15:27

Qətər: Fələstinə dəstək verməyə davam edəcəyik
2020-06-03 15:26

İsrail qüvvələri daha 20 fələstinlini saxladı
2020-06-03 15:24

Dubayda ticarət mərkəzləri fəaliyyətini bu gündən bərpa edəcək
2020-06-03 15:12

Ayətullah Xamenei ABŞ-dakı etirazlara maraqlı münasibət bildirib
2020-06-03 15:10

İranda koronavirusdan ölənlərin sayı səkkiz mini keçib
2020-06-03 15:08

Yəməndə hər 5 dəqiqədə bir uşaq ölür
2020-06-03 15:05

Braziliyada COVID-19-dan ölənlərin sayı 31 mini ötdü
2020-06-03 10:44

Suriya Ordusu Həsəka əyalətində ABŞ hərbi karvanının qarşısını alıb
2020-06-03 10:41

Türkiyə yenə təhdid olundu
2020-06-03 10:40

Azərbaycanda dərslər tədris ilinin sonunadək dayandırılıb
2020-06-03 10:40

Pentaqon Vaşinqtona 1600 hərbçi yolladı
2020-06-03 10:38

Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 90 minə çatıb
2020-06-03 10:38

Rusiya 19 dövləti parada dəvət etdi
2020-06-03 10:35

Neft bahalaşmaqda davam edir
2020-06-03 10:33

İslam İnqilabının banisi Ayətullah Musəvi Xomeyninin vəfatından 31 il keçir
2020-06-03 10:32

Gürcüstanda şəhərlərarası ictimai nəqliyyatın qiyməti artır
2020-06-03 10:31

Əfqanıstan paytaxtında məsciddə partlayış törədilib, məscidin imamı həyatini itirib
2020-06-03 10:30

Tbilisi hava limanı sərnişinləri qəbul etməyə hazırlaşır
2020-06-03 10:28

Ruhani: “ABŞ 83 milyon iranlının sağlamlığını girov götürüb”
2020-06-03 10:28

Tbilisidə ürək donduran hadisə - yeni doğulmuş uşaq küçədə ölü tapıldı
2020-06-03 10:25

İŞİD Kərkükdə partlayış törətdi
2020-06-03 10:26

İsrail hərbçilərinə "işğala hazır ol" əmri verildi
2020-06-03 10:21

Livan-Suriya sərhədi müvəqqəti açılır
2020-06-03 10:18

Bolnisidən bir şəxs koronavirusdan həyatını itirdi
2020-06-03 10:06