Qədim türklərin köçəri və dinsiz olması fikri alt-üst oldu.

04 Sentyabr 2016 - 15:04

Hun və Göytürk dönəminə aid məbəd kompleksində Türk tarixinə işıq salan yeni tapıntılar ortaya çıxıb 

 

Ahli-Beyt.ge xəbər agentliyi Modern.az saytına istinadən xəbər verir ki,  Monqolustanda qədim Türk tarixinə işıq tuta biləcək yeni qiymətli mənbələr aşkarlanıb. Ölkənin Şivet Ulan adlanan ərazisində kəşf edilən külliyyə Orxon kitabələrindən sonra üzə çıxan ən böyük tapıntı hesab olunur. Beynəlxalq Türk Akademiyasının təşəbbüsü və dəstəyi ilə"Tanrı dağından Ötükənə: Böyük Çöl xalqlarının tarixi və mədəni dəyərləri" adlı beynəlxalq ekspedisiya çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Rusiyadan tanınmış türkoloq və arxeoloqlardan ibarət ekspedisiya qrupu həmin ərazidə olub.


Təxminən 100 il əvvəl tapılmasına, ortaya çıxarılmasına baxmayaraq, Şivet Ulan – Ötügen kompleksi uzun illər diqqətdən kənarda qalıb. Burdan müxtəlif oğurluqlar edilib, çapılıb, talanıb. Ötən il Beynəlxalq Türk Akademiyası tərəfindən Monqolustan tərəfi ilə birgə burda ciddi tədqiqatlara start verilib.


Türk tarixinin İslamdan əvvəlki dövrü haqqında məlumatlar indiyədək əsasən Orxon daş kitabalərindən alınmışdısa, tədqiqatçılar qazıntıların davam etdiyi bu kompleksdən yeni və daha qədim kitabələrin, qiymətli məlumatların əldə ediləcəyi qənaətindədirlər. 


Tədqiqatlara bilavasitə rəhbərlik edən Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali hesab edir ki, “Şivet Ulan məbəd kompleksi qədim türklərin, əcdadlarımızın müqəddəs bildiyi bir yer, Kutluq, İlteriş, Bilgə xaqanların, Tonyukuk, Gültegin kimi türk sərkərdələrin gəldiyi, ibadət etdiyi bir məkandır. Bura İslamiyyətdən öncə Türklərin əsas inanc yeri olub. Onlar bura gələr, ayinlər icra edər, qurbanlar kəsər, qurultay keçirərdilər. Bu tapıntı indiyədək türklərin köçəri və dinsiz olması ilə bağlı fərziyyələri də alt-üst edib. Qədim türklərin tanrıçılıq dini olduğunu və tək Tanrıya ibadət etdiyi təsdiqlənib. Ona görə də, Beynəlxalq Türk Akademiyası burda aparılan qazıntılara xüsusi önəm verir. Bu məqsədlə Monqolustan Elmlər Akademiyası ilə xüsusi memorandum da imzalanıb. Qazıntılar bir ildir aparılır və bundan sonra da davam etdiriləcək. İndiyədək məbəddə 15 dəfə oğurluq və dağıntı olub. Müxtəlif ölkələr tərəfindən bir neçə dəfə məbəddə tədqiqatlara cəhd olunsa da, ilk geniş tədqiqatı aparmaq bizə qismət oldu. Bütün Türk dünyasına xeyirli olsun!”

 

Arxeoloqlara görə bu məbəd Göytürklərdən öncəki vaxtlara, Hunlar dövrünə, yəni Oğuzların Orta Asiya və Qafqazlara hərəkətindən əvvəlki tarixə aiddir. Tək Tanrıya inanan türklər bura yığışar, qurultaylar, mərasimlər keçirər və əsas məsələləri burda həll edərdilər. Onların inancına görə bura dünyanın mərkəzi hesab olunurdu.


Qazıntılar zamanı tapılan çeşidli daş abidələr də bunu təsdiq edir. Amma tədqiqatlar həmin abidələrin ilk ünvanının bura olduğu qənaətini doğdulayır.

Kompleksdə ən diqqət çəkən abidələrdən biri məşhur Bengü daşıdır. Burda avşar, salur, bayandur kimi 65 qədim türk boyunun tamqası yer alıb.


Qədim türk boylarının tamqalarının yer aldığı məşhur Bengü daşı da Şivet Ulan kompleksində yerləşir. Bengü daşında türklər öz varlıqlarını tarixin yaddaşına küçürmək üçün öz tamqalarını qoyurdular. Məhz bu müqəddəs daşda Bilgə Xaqan və Külteginin də tamqaları yer alıb.


Qeyd edək ki, ekspedisiya çərçivəsində Monqolustanda arxeoloji və türkoloji tədqiqatları genişləndirmək məqsədi ilə Beynəlxalq Türk Akademiyası ölkənin müxtəlif rəsmi qurumları ilə çeşidli razılaşma və memorandumlar da imzalanıb.


Xəbər lenti

Avrpoa İttifaqı pandemiyaya baxmayaraq Suriyaya qarşı sanksiyaları uzadır
2020-05-27 21:52

İctimai nəqliyyatda yeni qayda - patrul avtobus dayanacaqlarında sərnişin axınını izləyəcək
2020-05-27 21:44

May ayının 29-dan Marneulidə ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir
2020-05-27 21:41

Fövqəladə vəziyyət rejiminin pozulmasına görə yazılan cərimələr ləğv ediləcəkmi? Qaxaria cavab verdi
2020-05-27 21:38

Amiran Qamkrelidze - İctimai Nəqliyyatda sosiyal məsafəyi qorumalıyıq və mütləq tibbi maska taxmalıyıq
2020-05-27 21:34

Giorgi Qaxariya - ikinci dalğa üçün daha artıq hazırlıqlı olacağıq
2020-05-27 21:31

Giorgi Qaxaria - Əmin olun ki, bu ilki parlament seçkilərində hər zamankindən daha çox müşahidəçi olacaq
2020-05-27 21:28

Üçüncü İran neft tankeri Venesuela sularına daxil oldu - Video
2020-05-27 14:56

"Həşd Şabi" hücumlara hazır vəziyyətə gətirildi
2020-05-27 14:53

İraq "Hizbullah"ı rəsmisi Səudiyyə Ərəbistanı barəsində sərt danışdı
2020-05-27 14:50

İranda seçkilərdən sonra 11-ci parlament işinə start verib
2020-05-27 14:46

Suriyanın şimal-şərqində ABŞ və kürd qüvvələrinə hücum edilib
2020-05-27 14:45

Yəmən böhranı
2020-05-27 14:43

Səudiyyə Ərəbistanında silahlı atışma olub, 6 nəfər ölüb
2020-05-27 14:41

Gürcüstanda koronavirusun üç yeni halı qeydə alındı
2020-05-27 12:23

Mayın 29-dan Tbilisi metrosu fəaliyyətini bərpa edəcək
2020-05-27 12:21

Mehmanxanalar 8 iyundan açılacaq
2020-05-27 12:12

Bir iyundan bütün növ açıq mağaza, o cümlədən mollar açılacaq və işləməyə başlayacaq
2020-05-27 12:08

İctimai nəqliyyat işlərini davam etdirəcək
2020-05-27 12:01

ABŞ hərbçiləri Hasəkə vilayətinə texnika və avadanlıq yerləşdirdi
2020-05-27 11:19

Meksikada COVID-19 diaqnozu qoyulan 8 134 nəfər öldü
2020-05-27 11:17

Cənubi Koreyada koronavirusla bağlı son vəziyyət
2020-05-27 11:15

Almaniyada siyasi motivli cinayətlərin sayı artıb
2020-05-27 11:11

İranda koronavirusa yoluxanların sayı 140 minə çatıb
2020-05-27 10:38

Zəlzələ İranın tarixi abidələrinə ziyan vurub
2020-05-27 10:37

Azərbaycanda koronavirusa yoluxanların 64 faizdən çoxu sağalıb
2020-05-27 10:35

Səud rejimi Yəmənin qida maddələri və yanacaq daşıyan 20 gəmisini saxladı
2020-05-27 10:33

İraq ordusu İŞİD-in 3 maşınını və gizli yerlərini məhv etdi
2020-05-27 10:32

Əfqanıstan hökuməti Talibanın daha 900 üzvünü sərbəst buraxıb - Video
2020-05-27 10:30

İranın ikinci neft tankeri də Venesuelaya çatıb
2020-05-27 10:29

İraqda tarixi əsərləri oğurlayanlar saxlanıldılar
2020-05-27 10:25

Həsən Ruhani Qətər rəhbəriylə ABŞ-ı müzakirə etdi
2020-05-27 10:23

Qəzzada partlayış; 14 yaşlı fələstinli həyatını itirdi
2020-05-27 10:20

Səudiyyədə məscidlər və Kəbə evinin ziyarəti ilə bağlı son durum açıqlandı
2020-05-27 10:18

İŞİD-in İraqdakı lideri öldürülüb
2020-05-27 10:13

COVID-19 Braziliyada 24 512 nəfərin ölümünə səbəb oldu
2020-05-27 10:05

Amerikada Çinə qarşı sanksiya tətbiq edilməsi müzakirə edilir
2020-05-27 10:04

Müxalifət liderindən hökumətə sərt ittiham: "Hakimiyyət bizim hesabımıza xaricdən borc alır"
2020-05-27 10:01

Mayın 27-də Gürcüstan vətəndaşları Hindistandan öz vətənlərinə qayıdacaqlar
2020-05-27 09:54