Türkiyə Suriyaya niyə girdi? – Dünya mediası şərh edir.

29 Avqust 2016 - 09:05

Ahli-beyt.ge xəbər agentliyi AXAR-a istinadən xəbər verir ki, bu barədə “Nyu York Tayms”da yer alan məqalədə deyilib.

 

“Hücumun məqsədinin İŞİD yaraqlılarını son məkanlarından çıxarmaq, onların Suriya-Türkiyə sərhədindəki təchizat xətlərini kəsmək olduğu deyilir. Bu niyyət ABŞ-ın maraqlarına uyğun olsa da, xeyli çətinlik yaradır. Türkiyənin əsas prioriteti kürdlərin sərhəd boyunca möhkəmlənməsini əngəlləmək, Suriya kürdlərini Cerablus şəhərinə girməyə qoymamaq idi, buna da nail oldu. Nəzərə alaq ki, kürdlər ABŞ-ın Suriyada ən etibarlı müttəfiqləridir”, - məqalədə deyilir.

 

Qəzet Türkiyə-ABŞ münasibətlərini gərginləşdirən amilin təkcə Suriyadakı hədəflər olmadığını vurğulayır. Nəşrin iddiasına görə, Prezident Rəcəb Tayyib Ərdoğanın artan avtoritarlığı Vaşinqtonu rahatsız etməkdədir:

 

“Türkiyə 15 iyul çevriliş cəhdinə görə ABŞ-da yaşayan Fətullah Güləni günahlandırır və onun ekstradisiyasını istəyir. Vaşinqtonun bu tələbə ləng cavab verməsi Türkiyədə ABŞ-a qarşı ikrah yaradıb. Bütün bu maraqların toqquşduğu bir məqamda Obama administrasiyası haqlı olaraq İŞİD-lə mübarizəyə fokuslanır və Türkiyə ilə əlaqələri daha da pisləşməyə qoymur. Elə vitse-prezident Co Baydenin Ankaraya səfərinin məqsədi də yumşaqlıq yaratmaq idi.

 

Bayden Türkiyə hökumətinin son təzyiqləri barədə açıq heç nə demədi. Çoxları istərdi ki, o, ABŞ rəsmilərinin düşündüyünü – Ərdoğanın çevriliş cəhdindən sonra müxalifəti susdurmaq cəhdlərini, ABŞ-a qarşı etirazlara susmasını, Gülənin ekstradisiyasından ötrü yetərincə dəlil olmamasını dilə gətirsin”.

 

İngiltərənin “Qardian” qəzeti isə Türkiyə ordusunun Suriyada başlatdığı hərbi əmliyyatlara bədbinliklə yanaşır. Qəzetdə yayımlanan məqalədə müdaxilənin Yaxın Şərqdə mürəkkəbləşən prosesləri daha da çətinə salacağı deyilir.

 

“Türkiyənin əsas məqsədi kürdlərin ərazi ambisiyalarını daraltmaqdır və faktiki olaraq, ABŞ-ın dəstəyi ilə Suriyada qüvvə yerləşdirir. Suriya kürdləri Hələbin mühasirəsində az rol oynamayıblar. YPG qruplaşması Suriya müxalifətinə Əsəd rejimindən az problem yaratmır.

 

İndi isə Türkiyənin irəliləməsi ilə kürd qruplarına təzyiq artmış olacaq. Axı Türkiyə Rusiyayla da münasibətləri düzəldir. Artıq Moskva da ABŞ-la əməkdaşlıq edən kürd qruplaşmalarına şübhə ilə baxacaq. Əslində, Moskva Türkiyənin Suriyaya girməsinə etiraz edərkən məqsədi kürdləri qorumaq deyil, Suriya bataqlığında üstün mövqeyini saxlamaq idi.

    Suriyada çoxşaxəli müharibə davam edir. Hər oyunçunun öz hədəfi var. Türkiyə anti-İŞİD koalisiyasına qoşulsa da, kürdlərin qarşısını kəsmək istəyir. Rusiya guya İŞİD-lə savaşır, amma daha çox Əsəd rejimini qoruyur. ABŞ Suriya kürdlərini İŞİD-ə qarşı döyüşə cəlb edir. Ancaq kürdlərin hədəfi muxtar region yaratmaqdır. Əsədə qarşı çıxan üsyançılar diktaturadan yaxa qurtarmaq istəyirlər, amma getdikcə daha çox radikal islamçı qruplarla birləşirlər, çünki başqa variantları qalmır.

  Bu müharibənin sonu görünmür”.


Xəbər lenti

Səudiyyə atəşkəsin olduğu Yəmənin əl-Hudeyda əyalətinə aviazərbələr endirməyə başlayıb
2019-09-20 14:47

Yəməndə Səudiyyənin bir polkovnik rütbəli zabiti daxil olmaqla 5 hərbçisi ölüb
2019-09-20 14:46

Siyasi məhbusun oğlu koloniyada atasının vəziyyətinin ağır olduğunu bildirir
2019-09-20 11:57

İran təhdid etdi: Böyük müharibə başlayacaq
2019-09-20 10:44

BƏƏ ABŞ-ın yaratdığı koalisiyaya qoşulub
2019-09-20 10:43

Ərəb koalisiyası Yəməndə hərbi əməliyyatlara başladı
2019-09-20 10:41

İranın xarici işlər naziri Nyu-Yorka gedib
2019-09-20 10:37

Ərəb baharının kənarlaşdırdığı ilk diktator vəfat edib
2019-09-20 10:36

Pakistanın Baş Naziri Səudiyyə liderləri ilə görüşdü
2019-09-20 10:33

Terrorçular İdlibdən mülki vətəndaşların çıxmasına mane oldular
2019-09-20 10:32

Suriya HHM İsrailə məxsus PUA-nı vurdu - Video
2019-09-20 10:23

Səudiyyə Ərəbistanı İraqdan 20 milyon barel neft istədi
2019-09-20 10:22

Yəmənlilər onlarla Səudiyyə qüvvəsini öldürdü
2019-09-20 10:19

İran Səudiyyə Ərəbistanı neft sahələrinə hücumla bağlı iddialara sübut tələb etdi
2019-09-20 10:18

Rusiya və Uqanda nüvə razılaşması imzaladı
2019-09-20 07:46

Lavrov İrana yönələn ittihamlara münasibət bildirdi
2019-09-20 07:44

Fransalı nazir İrana çağırış etdi
2019-09-20 07:42

ABŞ Ukraynaya 250 milyon dollarlıq hərbi yardımı təsdiqləyib
2019-09-20 07:41

Serqey Lavrov: “ABŞ kosmosa silah yerləşdirir”
2019-09-20 07:27

Konqoda etnik düşmənçilik zəminində 28 nəfər öldürülüb
2019-09-20 07:26

Gürcüstan İŞİD-lə əlaqədə şübhəli bilinən şəxsi Rusiyaya təhvil verib
2019-09-20 07:25

Ombudsman: “Gürcüstanda erkən nikahlar yalnız etnik azlıqların məskunlaşdığı bölgələrdə yayılmayıb”
2019-09-20 07:23

Rusiya XİN: İran Xəzərin hüquqi statusu haqqında Konvensiyanı gələn il imzalaya bilər
2019-09-20 07:21

Məhkəmə Gürcüstanın sabiq müdafiə nazirini həbsdə saxlayıb
2019-09-20 07:20

Gürcüstanın iqtisadiyyat naziri: “Energetika Nazirliyinin yaradılması nəzərdən keçirilməyəcək”
2019-09-20 07:18

Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 12,8% artıb
2019-09-20 07:17

Yəhudilər əl-Xəlilə basqın etdi; 10 yaralı
2019-09-19 15:48

İranda zəlzələlər davam edir - Yenə oldu
2019-09-19 15:46

İran parlamenti ABŞ-a qarşı sanksiyaları düşünür
2019-09-19 15:43

İran bölgədə gərginliyin yeni dalğası fonunda irimiqyaslı hərbi təlimlərə start verir
2019-09-19 15:40

Əfqanıstanda aviasiya zərbəsi nəticəsində azı 30 nəfər həyatını itirdi
2019-09-19 15:38

160-a qədər iraqlı qaçqın Türkiyədən geri döndü
2019-09-19 15:31

Səudiyyə koalisiyasının casus təyyarəsi Yəmənin Taiz şəhərində vuruldu
2019-09-19 11:21

Ayətullah Xamenei: “Ərbəin bizi ucalığa götürən qüvvətli bir vasitədir”
2019-09-19 11:20

Yəmənin ərəbistanın neft təsisatlarına qarşı əməliyyatının yeni detalları
2019-09-19 11:19

Neft qiymətləri ucuzlaşıb, Səudiyyə Ərəbistanı zədələnmiş obyektləri bərpa edir
2019-09-19 11:16

Əfqanıstanda dəhşətli terakt: 20 ölü, 95 yaralı
2019-09-19 11:12

“Patriot” Səudiyyəyə hücum edən dronları niyə vura bilmədi?
2019-09-19 11:11

Səudiyyə Ərəbistanı benzin almaq üçün İrana müraciət etdi
2019-09-19 11:05