İSLAMİ BİRLİK Mərhum Ayətullah Fazil Lənkəraninin baxışında:

22 Dekabr 2015 - 12:56
ahli-beyt.ge xəbər agentliyinin verdiyi xəbərə görə, İSLAMİ BİRLİK Mərhum Ayətullah Fazil Lənkəranin baxışında:

    Bildiyimiz kimi, bu gün bütün müsəlmanların ən mühüm vəzifələrindən biri "islami birlik" şüarı altında birləşmək üçün çalışmaqdır. Bu ilahi vəzifə hər bir yazıçının, natiqin, alimin və ümumiyyətlə hər bir müsəlmanın dini vəzifəsidir. Müsəlmanlar İslam düşmənlərinin qarşısında sıx birləşməli, müttəhid olmalıdırlar. Hər bir ayıq müsəlman bu məntiqi sözün hazırkı dünyada nə qədər düzgün olduğunu dərindən başa düşür və müsəlmanların arasında birliyi vacib və zəruri hesab edir.

Bu gün islamın kinli düşmənləri Quranı məhv etmək üçün var-qüvvəsi ilə gecə-gündüz çalışır, əlindən gələni əsirgəmir. Lakin müsəlmanların arasında birlik yaradılması o demək deyildir ki, Quranın danılmaz həqiqətlərini inkar edək, İslamın ali məziyyətlərini və onun qeydsiz-şərtsiz seçdiyi həqiqi rəhbərlərini inkar edək! Çünki bu növ kor-koranə birlik Quranın danılmaz həqiqətlərinə göz yummaq deməkdir.

Birlik və ittihadın mənası budur ki, Quranın, qorunmasına çalışdığı işləri davam etdirək, onun həyatbəxş sünnələrini, mütərəqqi qanunlarını dirçəldək bütün İslam alimləri yekdilliklə Quranın buyurduqlarını desinlər və həvayi-nəfsin istəklərinə tabe olmasınlar, təəssübü idraka qatmasınlar.
"Birliyin" həqiqi mənası Quranda olan bir sıra həqiqətlərə göz yumaraq onu ayaq altına salmaq deyildir. Məsələn, Həzrət Əlini (ə) ev dustağı edərək, Müaviyə kimi mənfur və yaramaz şəxsi müsəlmanların "dayısı" hesab etmək, Quranın hökmü ilə hər növ eybdən, günahdan, batini və zahiri çirkinliklərdən pak və məsum olan, Allah tərəfindən Onun yer üzündəki nümayəndələri, dini işlərin qəyyumu, bütün ümmətin və müsəlmanların ixtiyar sahibi təyin edilən şəxsləri nəzərə almayıb "birlik xatirinə hələlik bu ayələrdə bəyan edilən pak və məsum şəxsləri kənara qoyaq" demək və bunun müqabilində də ləyaqətsiz, şəxsiyyətsiz insanları (həmin məqsədlə) böyük bir şəxsiyyətə çevirib eyblərini gizlətmək, layiq olmadıqları gözəl sifətlərlə vəsf etmək və s. kimi işlər Quranın ümdə məramlarının bir qismini nəzərə almamaq deməkdir. Qurani-Kərimin əsas mətləblərini kənara qoymaq olarmı?! Məgər "bu gündən etibarən müsəlmanların birliyi naminə Məhəmmədin (səlləllahu əleyhi və alihi və səlləm) sair peyğəmbərlərdən üstün, yaxud onların sonuncusu olmasını inkar etmək lazımdır!" deyə iddia etmək olarmı?! Məgər birlik xatirinə "fəzzələllahul-mucahidinə" ayəsini inkar edərək cihada getməyənləri mücahidlərdən üstün və ya onlarla eyni bir məqamda olmalarını iddia edə bilərikmi?!!
Məgər "zikr əhlini" kənara qoyub, cahilləri və nadanları İslamın rəhbəri bilmək ayəsini unutmaq mümkün olan işdir?!

Bu cür fikirlər cəhalətlə yanaşı olan fikir olub, fəzilətləri tapdalamaq və Quranın yüksək hədəflərinin, ali məramlarının bir qismini sarsıtmaq deməkdir.
İnsaniyyətin düşməni olan cəlladların, İslamın təhlükəli düşmənlərinin, müsəlmanların qanını zəli kimi soranların və İslamın həyatını ciddi şəkildə təhdid edən yadellilərin qarşısında "islami birlik" vacibdir. Müsəlmanların arasında ünsiyyət və qarşılıqlı anlaşma, vəhdət və birlik yaratmaq, çox da əhəmiyyət kəsb etməyən bəzi ixtilaflarda güzəştə getmək, hamılıqla Allahın sarsılmaz ipi olan Qurani Məcidə sarılmaq və hər növ təfriqəçilikdən uzaq olmaq səhih bir fikirdir. vilayet.nur.


Xəbər lenti

ABŞ Əfqanıstandakı hərbçi sayında yenidən ixtisarlar etdi
2020-08-12 21:51

Ukrayna MDB-nin daha bir neçə sazişindən çıxdı
2020-08-12 21:48

"Vəziyyət nəzarətdən çıxa bilər"
2020-08-12 21:44

"Mövcud sarı avtobus parkı ilin sonuna qədər tamamilə dəyişdiriləcəkdir"
2020-08-12 21:35

"Belə davam etsə sentyabrda məktəblər açılmaya bilər"
2020-08-12 21:31

Svanetidən yüzlərlə insan karantinə köçürüldü
2020-08-12 21:26

Tbilisidə "ağıllı" nəqliyyat sistemi tətbiq olunacaq
2020-08-12 21:19

İsrail rejiminə məxsus helikopter sionist qəsəbəsinə raket atdı
2020-08-12 15:30

Əfqanıstanın Nəngərhar həbsxanasından 300 məhbus qaçıb
2020-08-12 15:29

İsrail bir aya 429 fələstinlini həbs edib
2020-08-12 15:21

İsrail hava və qurudan Qəzzaya zərbələr endirib
2020-08-12 15:19

İraq Türkiyə səfirini Bağdadda XİN-ə çağırıb
2020-08-12 15:18

İraq ABŞ əsgərlərinin ölkədən çıxarılmasına təkid edir
2020-08-12 15:16

İran Prezidenti ABŞ-a xəbərdarlıq edib
2020-08-12 15:15

İranda son sutkada 188 nəfər koronavirusdan vəfat edib
2020-08-12 15:12

Azərbaycanda koronavirusa yoluxma sayı
2020-08-12 10:59

Əfqanıstanda “Taliban” 6 polis əməkdaşını öldürüb
2020-08-12 10:58

İŞİD İraqa növbəti dəfə hücum etdi
2020-08-12 10:55

ABŞ İraqdan Suriyaya texnika və avadanlıq yerləşdirdi
2020-08-12 10:51

Hava zərbələri nəticəsində İraq Ordusunun 3 hərbçisi ölüb
2020-08-12 10:47

İran Kəşfiyyatı ölkədə beş cəsus qrupunun ələ keçdiyini bildirib
2020-08-12 10:45

Gürcüstandan 280 nəfərə yaxın azərbaycanlı təxliyə olunur
2020-08-12 10:42

Dünyada 740 mindən çox insan koronadan öldü
2020-08-12 10:40

İraq müqaviməti işğalçılara gözlərini açmağa imkan vermir
2020-08-12 10:37

Bağdadın "yaşıl zona"sı raket hücumuna məruz qalıb
2020-08-12 10:34

İsraildə koronavirusa yoluxanların sayı 86 min nəfəri ötüb
2020-08-12 10:29

Beyrutda partlayışda ölənlərin sayı 170-i ötdü
2020-08-12 10:25

Gürcüstanda koronavirus statistikası
2020-08-12 10:22

Gürcüstan vətəndaşları bu ölkəyə səfər etdikdə karantinə alınmayacaq
2020-08-12 07:36

Səhiyyə naziri koronavirusun ikinci dalğasından danışdı
2020-08-12 07:33

Bu il neçə sürücü 100 balını tamam ilə tükədib?
2020-08-12 07:31

Daxili İşlər Nazirliyinin 10-dan çox əməkdaşı koronavirusa yoluxdu
2020-08-12 07:27

İraqda bir gündə ABŞ qüvvələrinə qarşı ikinci hücum xəbəri verilib
2020-08-11 15:36

İran ölkə nazirliklərində beş cəsusun ələ keçdiyini bildirib
2020-08-11 15:35

Livanda etirazçılar hökumətin istefası ilə kifayətlənmir
2020-08-11 15:34

İsrail Qəzzanın yeganə ticarət qapısını da bağladı
2020-08-11 15:33

İranda son sutka ərzində 184 nəfər COVID-19-dan vəfat edib
2020-08-11 15:31

Gürcüstanda koronavirus statistikası
2020-08-11 10:38

İraq-Küveyt sərhədində partlayış; ABŞ hərbi karvanı hədəfə alındı
2020-08-11 10:36