İmam Xomeyninin (r) Salman Rüşdi haqqında tarixi fitvası

07 May 2015 - 00:01
ahli-beyt.ge vilayet.nur-az-ın verdiyi məlumata görə,  Şəmsi 1368-ci il azər ayının 27-də İndipendent qəzeti ön səhifəsində böyük bir şəkil çap etdi. Şəkildə Londonun şimalında yerləşən böyük bir məscid əks olunmuşdu. Şəkilin altında yazılmışdı: “Bu məscid minlərlə məsciddən biridir ki, bu məscidə toplanan insanlar İmam Xomeyninin (r) Salman Rüşdiyə ölüm hökmünə razılıq olaraq əllərini göyə qaldırıblar”

Fars informasiya agentliyi bu tarixi hadisə ilə bağlı yazır:

İmam Xomeyninin (r) tarixi fitvasının mətni: “Bismihi təala. İnna lillahi və inna iləyhi raciun. Dünyanın bütün qeyrətli müsəlmanlarının nəzərinə çatdırıram ki, İslam peyğəmbəri (s), Quran əleyhinə yazılmış və çap olunmuş “Şeytani ayələr” kitabının müəllifi, eləcə də kitabın mətnindən xəbərdar olan nəşriyyatçılar ölüm hökmünə məhkum olunur. Qeyrətli müsəlmanlardan istəyim budur ki, bu şəxsləri harada görsələr, onların ölümü üçün dərhal addım atsınlar. Belə edin ki, bundan sonra kimsə İslam müqəddəsliklərini təhqir edə bilməsin. Bu hökmü yerinə yetirərkən həyatını itirən şəhiddir, inşaallah. Əgər bir şəxs müəllifin yerini bilirsə, amma onu öldürmək imkanı yoxsa, başqalarına bu barədə məlumat versin ki, müəllif cəzaya çatdırılsın. Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.” 

İmam Xomeyni (r) bu hökmü şəmsi 1367-ci il (33 il bundan öncə) bəhmən ayının 25-də imzalayıb. Bu hökmlə İslam İnqilabı tarixində yeni bir mərhələ başlayır. İslamla küfr arasında cəbhə xətti yaranıb. İmam nə üçün belə bir hökm verdi? İslam ümmətinin bu hökmə münasibəti nə oldu? Biz bu sualları cavablandırmağa çalışacağıq.

Qərb və Şərq arasındakı qarşıdurma, xüsusi ilə Qərbin İslama qarşı hücumlarının tarixi kökləri var. Bu düşmənçiliyin tarixdə eniş-yoxuşları olub. Bir müddət müsəlmanlar Qərb üzərində üstünlük qazanıb İslam mədəniyyətini həmin coğrafiyada yaya bildilər. Amma çox çəkmədi ki, Qərb İslamın üzərinə hücuma keçərək səlib yürüşlərinə başladı, 17-ci əsrin sonlarına qədər hərbi əməliyyatlar davam etdirildi. 19-cu əsrdən sonra Qərbin hücumları daha geniş cəbhəni əhatə etdi. Texnologiya, yeni ictimai-siyasi təsisatlara sahib olan Qərb planlı şəkildə İslamın məhvi üçün uzunmüddətli layihələr həyata keçirməyə başladı.

Hərbi təcavüzlər, istismar, millətçiliyin yayılması, İslam ümmətlərinin bir-biri ilə qarşıdurmaya sövq edilməsi, partiyalar yaradılması ümumilikdə İslam vəhdətini pozmağa xidmət edirdi. Qərb bu üsullarla müsəlmanların iqtidarına son qoymağa çalışırdı. 20-ci əsrin son onilliklərində Qərbin hücumları daha geniş miqyaslı oldu. İdeoloji hücumlar, informasiya hücumları ön cəbhəyə çıxtı. Qərbə uymuş müsəlman övladı imperializmin oyuncağı olaraq İslam müqəddəsliyinə tuşlanmış çirkin bir kitab yazdı. Salman Rüşdi Hindistanda müsəlman ailəsində anadan olub. 13 yaşından sonra Britaniyaya gəlib. Kembric universitetində ədəbiyyat üzrə təhsil alıb. Britaniyada yaşadığı 20 ildə Qərb dəyərləri onu əsarət altına alıb. Müxtəlif romanlar yazıb, Hindistan, Pakistan, Nikaraqua ölkələrinin adət-ənənələrini tənqid edib.

Salman Rüşdi Qərb üçün çox böyük iş gördü. Bu dəfə bir ölkə yox, bütün İslam dünyasına qarşı çıxdı. Salman Rüşdiyə Şeytani ayələr kitabına görə yalnız müəllif olaraq 850 min funt zəhmət haqqı verildi. Bundan əlavə böyük mükafatlar aldı. Onun kitabını ilin kitabı kimi təqdim etdilər. Britaniya kraliçası ona xüsusi imtiyazlar verdi, böyük mükafatla mükafatlandırdı.

Qərbin İslama qarşı təxribatları Şeytani ayələr kitabı ilə başa çatmadı. Kitab başdan-başa həzrət Peyğəmbər (s), Quran, mələklər, vəhy, böyük peyğəmbər səhabələri, peyğəmbər ailəsinin təhqirindən idi. Britaniya lordlar palatası qanun qəbul etdi ki, bütün şagirdlər məsihilik dərslərində iştirak etməlidir. Hansı ki, bu şagirdlərin yarım milyonu müsəlmanlar idi. Almaniya televiziyası Quran surələrinin tilavəti altında çılpaq qadınların rəqsini yayırdı. Bəqərə surəsi adlı film çəkildi. Bu filmdə İslam müqəddəslikləri ən çirkin şəkildə təhqir olunurdu.

İmam Xomeyni (r) baş verən hadisələri böyük diqqətlə izləyirdi. İmam dərk edirdi ki, İslama qarşı geniş bir cəbhədə yeni hücum başlayıb. Salman Rüşdinin ölüm hökmü böyük bir müharibəyə qarşı müqavimət idi.

İmam Xomeyninin (r) Salman Rüşdiyə ölüm hökmündən qabaq müxtəlif ölkələrdə Şeytani ayələr kitabına qarşı etiraz aksiyaları baş tutdu. Amma Rüşdi və onun hamiləri bu aksiyalara məhəl qoymurdular. Hətta Rüşdi dünyada ona qarşı gedən kompaniyanı öz məşhurlaşması üçün bir vasitəsi kimi məmnuniyyətlə qəbul edirdi.

İmam Xomeyninin (r) Rüşdinin kafirliyi barədə hökmü bütün dünyada din və məzhəb başçılarını ayağa qaldırdı. Salman Rüşdi və onun hamiləri ilk dəfə təhlükə hiss etdilər. Əgər aksiyaları Rüşdi özü üçün şöhrət vasitəsi sayırdısa, İmamın hökmü onu dəhşətli bir qorxuya saldı. Rüşdi dərhal gizli həyat tərzinə keçdi. Britaniya polisi rəsmi şəkildə Rüşdinin mühafizəsini öz üzərinə götürdü.

İmam Xomeyninin (r) hökmündən sonra İran İslam Respublikasında ümumi əzadarlıq elan edildi. Dünyanın bütün guşələrindəki hizbullahlardan istənildi ki, imperializmin bu çirkin hərəkəti qarşısında dayanılsın. İslam Respublikasının Xarici İşlər Nazirliyi Salman Rüşdinin ölüm hökmünə etiraz edən ölkələrin səfirlərini çağırıb onlara xəbərdarlıq etdi. Bundan sonra İslam Şura Məclisinin nümayəndələri 170 imza ilə beynəlxalq təşkilatları Şeytani ayələr kitabına qarşı etiraza çağırdılar. Eyni zamanda dövlət və parlament, bütün alimlər və mütəfəkkirlər İmamın fitvasına dəstək verdilər. Hətta 15 xordad cəmiyyəti bu hökmü icra edən üçün 2 milyon dollar mükafat təyin etdi. Pul bankda yerləşdirildi və hökmün icra olunacağı günə qədər onun üzərinə qazanc gəlinəcəyi bildirildi. İranda böyük nümayişlər keçirildi, xalq İmamın fitvasına ləbbəyk dedi.

İmamın fitvasından sonra İslam dünyasında, əksər müsəlman ölkələrində həmrəylik aksiyaları keçirildi. Hindistan, Pakistan, Banqladeş, Türkiyə və bir çox başqa ölkələrdə sünnə əhli də şiə müsəlmanlarla birlikdə etiraz səsini qaldırdı. Pakistanda İmamın fitvası nəşr olunan gün etiraz aksiyaları pik həddinə çatdı. Ruhanilər, cəmiyyət rəhbərləri və xalqla birlikdə İmam Xomeyninin fitvasına dəstək verdilər. Bildirildi ki, fiqhi baxımdan bu fitvanı yerinə yetirmək vacibdir. İmam Xomeyninin fitvasını Quran və sünnəyə münasib saydılar. Xüsusi ilə sünnə əhlindən olan alimlərin İmama dəstək verməsi Şeytani ayələr kitabına qarşı müsəlman vəhdətinin təzahürü idi. Hindistan müsəlmanları geniş miqyaslı aksiyalar keçirdi. İmamın fitvası müsəlmanların qəzəbini özündə daşıyırdı. Sünnə əhli məscidinin imamı olan Mövlanə Seyid Abdullah Buxari, şiə came məscidinin imamı Mövlanə Seyid Əli Nəqəvi, professor Lətif, digər böyük şəxsiyyətlər, Hindistanın ictimai-siyasi xadimləri Salman Rüşdiyə verilmiş ölüm hökmünü təsdiqlədilər. Hindistanın Kəşmir, Bombey, Dehli şəhərlərində böyük aksiyalar keçirildi. İmamın fitvası yekdilliklə bəyənilirdi. Banqladeşdə 7 nüfuzlu ruhani bir bəyanat yayaraq Şeytani ayələr kitabının bütün nəşriyyələrinin yandırılmasını göstəriş verdilər. Naşirlərin cəzalandırılması tələb olunurdu. Banqladeşdə də İmamın fitvasına dəstək aksiyaları keçirildi. Türkiyədə xalq, ruhanilər, yazıçılar, tanınmış şəxsiyyətlər İmam Xomeyninin (r) fitvasını himayə edirdilər. Türkiyənin şərqində şiələrin rəhbəri Əziz Otar bu barədə deyirdi: “İmam Xomeyninin fitvasının yerinə yetirilməsi vacibdir, Salman Rüşdinin qətli zəruridir.”

Digər müsəlman ölkələrində, o cümlədən ərəb ölkələrində dövlətlərin Qərbyönümlü olmasına baxmayaraq alimlər və xalq sakit dayanmadılar, Şeytani ayələr kitabına etirazlarını bildirdilər. Livanda İslam Tövhid Hərəkatının sünni rəhbərləri İmamın hökmünü küfrün ağzına bir yumruq adlandırdlar. Livanın 60-a yaxın sünni və şiə ruhanisi Beyrutda toplantı keçirərək İmamın fitvasının şəriət və qanuna uyğun olduğunu bildirdilər. Bu toplantıda fitvanın icarası üçün yardım göstərilməsi nəzərdə tutulurdu. Misir mətbuatı da İmamın fitvasını himayə etdi. Misirin İslam hərəkatı da səsini qaldırdı. Küveytdə, Əl-Cəzairdə, Suriyada, Sudanda İmamın hökmünün himayəsi istiqamətində aksiyalar keçirildi. İmama təkcə müsəlman ölkələrindən dəstək gəlmirdi. Qərb ölkələrində də Salman Rüşdinin Şeytani ayələr kitabına etiraz aksiyaları baş tutdu. İndipendent qəzetində dərc olunan şəkil Avropada, Britaniyada İmamın hökmünün dəstəklənməsinə gözəl sübutdur. Bəli, doğrudan da London məscidlərində müsəlmanlar əllərini havaya qaldıraraq Salman Rüşdiyə ölüm istəyirdilər. Avropada təkcə müsəlmanlar yox, qeyri-müsəlman yazıçı və ziyalılar da İmamın hökmünü dəstəklədilər. Yunanıstanlı Futis Katis Avropa mətbuatında böyük bir məktubla çıxış edərək İmam Xomeyninin Şeytani ayələr kitabına qarşı tutduğu mövqeyə dəstək verdi. O yazırdı: “Ayətullah Xomeyni öz məmləkəti və dini üçün dəyərli bir rəhbərdir. Hazırda dünyanın hər yerində inanclı insanlar ayağa qalxaraq Rüşdini tələb edirlər. Ey kaş bizim də belə rəhbərimiz olaydı. Belə rəhbərimiz olsaydı, sionistlər həzrət Məsihi təhqir edən filmlər çəkə bilməzdilər.”

Xəbər lenti

Yəmənlilərlə bağlı daha bir xəbərdarlıq edildi
2019-10-17 15:09

İraqda "Ərbəin" zəvvarlarına qarşı terrorun qarşısı alındı
2019-10-17 15:06

İranın neft tankerinə təşkil edilən hücumda BU ÖLKƏLƏRİN əli var
2019-10-17 15:05

İran yeni nəsil reaktiv təyyarəsini nümayiş etdirdi – VİDEO
2019-10-17 15:04

Vahid Suriya Ordusu Kobaniyə daxil oldu - Video
2019-10-17 10:52

Səudiyyə Ərəbistanında zəvvarları daşıyan avtobus yük maşını ilə toqquşub: 36 ölü, 4 yaralı
2019-10-17 10:49

Suriya ordusu Mənbiçdə Türkiyə və ASO-ya qarşı mövqe aldı
2019-10-17 10:48

Suriya Ordusu Rəqqaya daxil oldu
2019-10-17 10:47

Şimali Suriyada Türkiyə PUA-sı vuruldu
2019-10-17 10:46

İrana silah qadağası bitir: nələr gözlənilir?
2019-10-17 10:45

"Hizbullah" lideri Livan və Suriya münasibətlərinin yenidən qurulmasını istəyir
2019-10-17 10:43

Hudeydə şəhərinə yenə hücum etdilər
2019-10-17 10:39

İsrail kimyəvi və nüvə qalıqlarını fələstinlilər olan ərazilərə boşaldır
2019-10-17 10:38

İraq Suriyadan qaçmış İŞİD döyüşçülərinin tutulduğunu bildirib
2019-10-17 10:36

Bəhreyndə son 1 ildə ömürlük həbs cəzası alan fəalların sayı məlum oldu
2019-10-17 10:34

Neft gəmisinə hücum edənlərə peşman edici cavab verəcəyik
2019-10-17 10:31

Avropa öhdəliklərini yerinə yetirə bilmir, İranın səbri tükənir
2019-10-17 10:30

Suriya ordusunun açdığı atəş nəticəsində iki əsgər şəhid olub
2019-10-17 10:29

Leysan yağışları İrana 50 milyon dollara yaxın ziyan vurub
2019-10-17 10:25

İsrail rejimi Məscidül-Əqsanın imamını saxlayıb
2019-10-17 10:25

Lavrov: "Suriya və Türkiyə praktiki əməkdaşlığı bərpa etməlidirlər"
2019-10-17 07:44

Türkiyə ordusu "Barış pınarı" əməliyyatı çərçivəsində 653 terrorçunu zərərsizləşdirib
2019-10-17 07:42

Tramp Nümayəndələr Palatasının spikerini "xəstə insan" adlandırıb
2019-10-17 07:41

Yaponiyada “Haqibis” qasırğası qurbanlarının sayı 77 nəfərə çatıb
2019-10-17 07:39

Tramp: "PKK İŞİD-dən təhlükəlidir"
2019-10-17 07:38

Pakistan Hindistana etirazını bildirib
2019-10-17 07:36

Rusiyanın “S7” hava yolu şirkəti Gürcüstanın Kutaisi şəhərinə uçuşlara başlayır
2019-10-17 07:35

Avropa İttifaqı: Suriyadan yeni miqrant axını ola bilər
2019-10-17 07:33

Əfqanıstanda terror - 2 ölü, 26 yaralı
2019-10-16 14:55

İran prezidentinin məhkum edilmiş qardaşı həbsxanaya göndərilib
2019-10-16 14:53

İran Qırmızı dənizdə neft gəmisinin vurulmasına görə BMT-ə şikayət edir
2019-10-16 14:52

Suriya Ordusu Fəratın şərqi ilə yanaşı İdlibin cənubuna da hərbi qüvvə toplayır
2019-10-16 14:51

Müqtəda Sədr "Ərbəin" zəvvarlarına çağırış etdi
2019-10-16 14:50

Suriya ordusunun hər an Raqqaya girə biləcəyi qeyd olundu
2019-10-16 14:50

İraqlı deputat: "Hökumətin tərkibinin yarısı dəyişəcək"
2019-10-16 14:48

İraqda partlayış baş verdi
2019-10-16 14:48

İmran Xan: "Tramp İran və ABŞ arasında vasitəçilik etməyimi istəyib"
2019-10-16 14:46

9 ayda Azərbaycana 40 minə yaxın avtomobil gətirilib
2019-10-16 14:45

Əfqanstanda son seçkilərdə 85 nəfər öldürülüb, 373 nəfər yaralanıb
2019-10-16 12:34