Azərbaycanda karantin rejimi yumşaldılır

07 Sentyabr 2020 - 10:01

Azərbaycanın Nazirlər Kabineti yanında Operativ Qərargahı açıqlayıb

Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə 21 iyun 2020-ci il tarixindən etibarən tətbiq olunan sərtləşdirilmiş tədbirlər nəticəsində sanitar-epidemioloji vəziyyətdə stabilləşmə müşahidə edilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, preventiv tədbirlər və vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində virusa yoluxanların sayında azalmaya nail olunmuşdur. Hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların tətbiqinə qərar verilmişdir.

  • 2020-ci il 5 avqust saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunur.
  • Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir.

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq:

  • Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda aşağıdakı məhdudiyyətlər qüvvədədir:

  • həftəsonları qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti:

8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək;

15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək;

 

22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək;

29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək;

  • nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və «Mall»ların fəaliyyəti;
  • ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;
  • muzey və sərgi zallarının fəaliyyəti;
  • bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla);
  • açıq havada idman yarışlarının və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;

Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabiteninin 19 iyun 2020-ci il tarixli Qərarı ilə fəaliyyətinə icazə verilən və qadağan edilən iş və xidmət sahələrinə dair qaydalar qüvvədə qalır.

2020-ci il 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində aşağıdakı məhdudiyyətlər qüvvədədir:

  • ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması; (xüsusi və çarter reysləri istisna olmaqla)
  • xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması; (Naxçıvan Muxtar Respublikası istisna olmaqla)
  • ASAN Xidmət və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;
  • tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;
  • iri ticarət mərkəzlərinin və “Mall”arın nəzdində olan uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyətinin dayandırılması;
  • əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;
  • idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
  • mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;
  • dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;
  • toy məclislərinin təşkilinin qadağan olunması;
  • bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla);
  • ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 5 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;
  • bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;
  • ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;
  • tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi;
  • massaj və hamam xidmətlərinin göstərilməsi;

Virusa yoluxanların sayının azaldılması, özünüzü və yaxınlarınızı virusa yoluxmadan maksimum qorumaq üçün mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə, tibbi-profilaktik qaydalara riayət etməyə, ictimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşməməyə, sosial məsafəni saxlamağa, qoruyucu maskalardan istifadəyə çağırırıq.


Xəbər lenti

Lavrov ABŞ-ın özünü bəşəriyyətin xilaskarı olaraq göstərməyə çalışdığını bildirdi
2020-09-18 18:07

Rusiya ABŞ-dan açıqlama tələb etdi
2020-09-18 18:05

"Daha 5 ölkə İsraillə münasibətlərini normallaşdırmağı düşünür"
2020-09-18 18:03

BMT baş katibi Yəməndə 1 milyon insanın koronaviursa yoluxa biləcəyini açıqladı
2020-09-18 18:01

İran və Türkiyə sərhəd təhlükəsizliyini müzakirə etdi
2020-09-18 17:59

Asiya İnkişaf Bankına Gürcüstanın Maliyyə naziri rəhbərlik edəcək
2020-09-18 17:58

Rusiya XİN başcısı Gürcüstanla münasibətlərin bərpasından danışdı
2020-09-18 17:54

Gürcüstan iqtisadiyyatı II rübdə 12,3% azalıb
2020-09-18 17:52

Gürcüstanda keçirilən beynəlxalq hərbi təlim başa çatıb
2020-09-18 17:50

“Ciddi məhdudiyyətlər dövrü sona çatdı”
2020-09-18 17:02

Gürcüstanın Texniki Universitetinin dörd əməkdaşında koronavirus təsdiqləndi
2020-09-18 17:00

"Yenə də toyların keçirilməsindən imtina etmirlər...."
2020-09-18 16:57

Gürcüstanda hava kəskin pisləşəcək
2020-09-18 16:55

Nəcəfdəki Amerika İnstitutunda partlayış baş verdi - Video
2020-09-18 13:31

Bəhreyndə Fələstinə dəstək olanları həbs edirlər
2020-09-18 13:30

DTX “Ceyşullah”ın tərkibində vuruşmuş şəxsi həbs edib
2020-09-18 13:29

Husilər yenidən Səudiyyə rejiminin hava limanını vurdular
2020-09-18 13:28

Misir prezidenti Dünya Yəhudiləri Konqresinin sədri ilə görüşüb
2020-09-18 13:27

Kvemo Kartlidə koronavirusa yoluxanların sayı artdı
2020-09-18 12:22

Ərdoğan Emmanuel Makronu sərt tənqid etdi
2020-09-18 12:20

Çin Suriya münaqişəsinin siyasi yolla həllinə çağırdı
2020-09-18 12:18

"ABŞ İraqı İsrail rejimi ilə münasibətləri normallaşdırmağa məcbur edə bilməyəcək"
2020-09-18 12:15

Tramp İranla silah ticarətinə görə cəza tətbiq edəcək
2020-09-18 12:13

Əfqanıstandakı sabitlik xarici qüvvələrin məsuliyyətli şəkildə geri çəkilməsini tələb edir
2020-09-18 12:11

"Tramp BMT Baş Assambleyasının iclasına qatılmayacaq"
2020-09-18 12:08

2100-cü ildə Çin əhalisinin sayı yarıya qədər azalacaq: İlk onluq
2020-09-18 12:04

Mərkəz rəhbərinin müavinindən toyların keçirilməsinə münasibət
2020-09-18 12:01

Karantin müddəti uzadıla bilərmi?
2020-09-18 11:56

Gürcüstanda bu gün koronavirusa yoluxanların haradan olduqları açıqlandı
2020-09-18 11:53

Gürcüstanda koronavirusla bağlı son vəziyyət
2020-09-18 10:18

İordaniyada məscid və məktəblər bağlandı
2020-09-18 10:31

BƏƏ-də koronavirusa yoluxanların sayı 82 min nəfəri ötüb
2020-09-18 10:30

Əl-Həşduş Şəbi qüvvələri Ənbar səhrasını terrorçulardan təmizlədi
2020-09-18 10:28

Səudiyyə rejimi ilə razılaşma çox uzaqda deyil
2020-09-18 10:27

ABŞ İranın 45 fiziki şəxsi və şirkətinə sanksiya tətbiq edib
2020-09-18 10:25

Əfqanıstanda 32 təhlükəsizlik qüvvəsi həyatını itirib
2020-09-18 10:24

İŞİD-in Liviya üzrə lideri öldürülüb
2020-09-18 10:19

İranda Ermənistan səfirliyi qarşısında aksiya keçirildi
2020-09-18 10:17

Azərbaycanda koronavirusa yoluxma sayı
2020-09-18 10:15