Bu gün "Mübahilə" günüdür

14 Avqust 2020 - 11:22

Mübahilə hadisəsi Məhəmməd peyğəmbərin (s) zamanında o həzrətlə xristian alimləri və keşişləri arasında baş verən bir olaydır. Bu hadisə dünyada ən ülvi həqiqətin islam və Əhli-beyt olduğunu ortaya qoyub.

Hicri-qəməri tarixi ilə bu gün zilhiccə ayının 24-ə yəni Mübahilə gününə təsadüf edir.

Bu hadisə o zaman baş verdi ki, Məhəmməd peyğəmbərlə (s) xristian alimləri və keşişlərinin elmi mübahisəsi ikinci tərəfin təəssübkeşliyi üzündən nəticəsiz qaldı. Bu zaman mütəal Allah tərəfindən peyğəmbərə belə bir əmr gəlir:

“(Ya Peyğəmbər!) Sənə risalət gəldikdən sonra, səninlə mübahisə edənlərə de ki: Gəlin uşaqlarımızı və uşaqlarınızı, qadınlarımızı və qadınlarınızı, biz özümüzü, siz də özünüzü çağıraq. Sonra dua edib deyək: Allahın lənəti yalancılara olsun.” (Ali-Imran 61)

Allahın əmri gəldi. Səhəri gün Məhəmməd peyğəmbər (s) həmin ayədə deyilən uşaqları, qadınları və "özü"nü götürüb mübahilə etmək üçün Mədinədən kənarda yerləşən səhraya yollandı.

Bütün əhli-sünnə müfəssirləri yazır ki, səhəri gün Məhəmməd (s) nəvələri Həsənlə Hüseyni (ə), qızı Fatiməni (s.ə) və kürəkəni Əlini (ə) özü ilə gətirdi.

Beləcə peyğəmbər göstərdi ki Allahın "uşaqlarınız", "qadınlarınız" və "özünüz" buyurduğu kəslər kimlərdən ibarətdir.

Mübahiləyə əsasən hər iki tərəf yalançıya və həqiqəti qəbul etməyən təəssübkeşlərə lənət oxumalı və Allahdan həmən yalançıya əzab istəməli idilər.

Xristian keşişlər və alimləri Məhəmməd peyğəmbəri (s) qoşunu və ilə deyil, təkcə ailəsi ilə gəldiyini gördükdə təşvişə və heyrətə düşdülər.

Zəməxşəri Kəşşaf təfsirində hadisənin davamını belə yazmışdır: "Peyğəmbər (s) Nəcran xristianlarını mübahiləyə dəvət etdiyi zaman onlar dedilər: «İcazə verin qayıdaq və bu barədə bir qədər fikirləşək. Onlar öz aralarında məsləhətləşib, öz fikir sahiblərinə müraciət edərək dedilər: Ey Əbdül-Məsih! Bu haqda nəzərin nədir? O, cavab verdi: Ey xristianlar! And olsun Allaha, siz yaxşı bilirsiniz ki, Məhəmmədə Allah tərəfindən haqlı kitab göndərilmişdir. Allaha and olsun ki, bu vaxta qədər bir peyğəmbər ilə mübahilə edən heç bir millətin böyükləri diri qalmamışdır. Əgər onunla mübarizə etsəniz hamınız həlak olacaqsınız. Bunlara baxmayaraq əgər, yenə öz dininizdə qalmaq istəyirsinizsə bu adamı (Məhəmmədi) tərk edin və mübahilə etmədən öz ölkənizə qayıdın.

Bu əsnada gördülər ki, həzrət Peyğəmbər (s) Hüseyn qucağında, Həsən isə əlindən tutmuş halda və arxasınca xanım Fatimə və ondan sonra da Əli (ə) gəlirlər. Peyğəmbər (s) onlara buyurdu: Mən dua edərkən siz amin deyərsiniz.

Nəcran keşişi bu mənzərəni görəndə xristianlara üz tutub dedi: Ey xristianlar! Mən elə nurlu simalar görürəm ki, əgər Allah istəsə onların vasitəsi ilə dağı yerindən qoparar. Onlarla mübahilə etməyin, yoxsa həlak olarsınız və Qiyamət gününə qədər yer üzündə bir nəfər də olsun xristian qalmaz. Buna görə də onlar Peyğəmbərə (s) dedilər: Ey Əbul-Qasim! Biz qərara gəldik ki, səninlə mübahilə etməyək və sən öz dinində qalasan, biz də öz dinimizdə"


Mənbə:SalamNews

Xəbər lenti

Putin "Qafqaz-2020" hərbi təlimlərini izləməyə gedib
2020-09-25 21:45

ABŞ Suriyadakı YPG qüvvələrinə hərbi yardım göndərməyə davam edir
2020-09-25 21:42

Yunanıstan Kiprin Türkiyəyə sanksiya tətbiqini dəstəkləyir
2020-09-25 21:40

ABŞ Əfqanıstan barəsində İranla görüş təklif edib
2020-09-25 21:38

"Yalana öyrəşməyəcəyik..."
2020-09-25 21:25

Koronavirusa yoluxmuş insanların xəstəxanaya yerləşdirilmə vaxtı azaldıla bilər
2020-09-25 21:24

“Gürcüstan və Azərbaycan tarixi və strateji tərəfdaşlardır”
2020-09-25 21:22

"Gürcüstanda cinayət törədənlərin sayı azalıb"
2020-09-25 21:15

Gürcüstanda bu gün koronavirusa yoluxanların haradan olduqları açıqlandı
2020-09-25 21:13

15-39 yaş arası vətəndaşlar arasında ölümün əsas səbəbi nədir ?
2020-09-25 21:11

Xalq müdafiəçisi milli azlıqların hüquqlarının qorunması ilə bağlı tövsiyələrini təqdim edəcək
2020-09-25 21:06

"Biz məhsulun qiymətinin artmasına həssas yanaşırıq"
2020-09-25 21:03

Laqodexidə narkotikə görə 2 nəfər saxlanıldı
2020-09-25 20:57

Fələstinlə bağlı mövqeyimiz dəyişməzdir
2020-09-25 15:40

Əfqanıstanda bir gecədə 65 “Taliban” terrorçusu məhv edildi
2020-09-25 15:38

Ərbəin yürüşü başlayıb
2020-09-25 15:35

İran tərəfindən 23 xarici gəmiyə həbs qoyulub
2020-09-25 15:33

Əfqanıstanda hərbi vertolyot qəzaya uğradı; 2 ölü
2020-09-25 15:31

İran ABŞ-a nüvə sazişi üçün şərt qoydu
2020-09-25 15:28

Səudiyyə rejiminin koalisiyanın bazasında güclü partlayışda 80 nəfər öldü
2020-09-25 15:24

İraqın qərbində üç İŞİD nöqtəsi məhv edildi
2020-09-25 11:42

Gürcüstanda daha bir xəstə koronavirusdan öldü
2020-09-25 11:35

Gürcüstanda koronavirusa yoluxanların sayı artmaqda davam edir
2020-09-25 10:36

İranda hərbi parada edilən hücumun yeni görüntüləri yayılıb (VİDEO)
2020-09-25 11:20

"Həşd Şabi" rəsmisi hökumət tərəfindən dəstəkləndiklərini bildirdi
2020-09-25 11:15

Yəməndə yenə dinc sakinlər öldürüldü
2020-09-25 11:08

Çin rəsmisi ABŞ-a cavab verdi
2020-09-25 10:58

İran yeni radar sistemini təqdim etdi
2020-09-25 10:59

Terrorçular İdlibdə bir qəsəbəni atəşə məruz qoydu
2020-09-25 10:56

"ABŞ-ın İranla əməkdaşlığı dayandırmaq tələbini yerinə yetirməyəcəyik"
2020-09-25 10:16

"Tsopi və Çanaxçı kəndlərində yeni məktəblərin inşası prosesi fəal şəkildə davam edir"
2020-09-25 10:13

ABŞ-da 2035-ci ildən benzinlə işləyən avtomobillərin satışı qadağan ediləcək
2020-09-25 10:11

Bu ölkə 14 günlük karantin rejimini bərpa edir
2020-09-25 10:09

Gürcüstanda uşaq bağçaları nə vaxt açılacaq?
2020-09-25 10:07

Hökumət tərəfindən bu şəxslərə kömək ediləcək
2020-09-25 10:05

Bütün ölkələr İrana tətbiq olunan sanksiyalara tam riayət edəcək
2020-09-24 17:01

ABŞ Rusiya ilə əlaqəli 8 şəxs, 7 şirkətə sanksiya tətbiq etdi
2020-09-24 17:00

Baydenin müşaviri Trampı İrana görə tənqid etdi
2020-09-24 16:58

Venesuela ABŞ əleyhinə xüsusi əməliyyat komandası qurdu
2020-09-24 16:55