İmam Museyi Kazimin mübarək mövlud günüdür

10 Avqust 2020 - 16:13

Bu gün İmamın qəbri İraqın Kazimeyn şəhərində yerləşir, onun pak qəbri milyonlarla müsəlmanın ziyarətgahına çevrilib.

Müsəlmanların 7-ci imamı Hicri qəməri tarixi ilə 128-ci ildə Zilhiccə ayının 20-də (digər rəvayətdə Səfər ayı qeyd olunur) Məkkə ilə Mədinə arasında yerləşən Әbva adlı yerdə İmam Cəfər Sadiq (ə)-ın ailəsində dünyaya göz açıb. Onun anası Həmidə adlı bir xanım olub.

7-ci imam 54 il ömür sürüb və bunun 35-ilini müsəlmanlara imamlıq edib.

Hicrətin  128-ci ilində İmam Sadiq (ə) şəhid olduqdan sonra İmam Kazim əleyhissəlamın İmamlıq dövrü başlamışdır. O Həzrət İmam olduğu bu otuz beş (ya da otuz səkkiz) il ərzində  dörd xəlifənin hakimiyyətinə təsadüf etmişdir.

Mənsur Dəvaniqi (137-158)- hicri qəməri tarixi

Məhəmməd − Məhdi adı ilə tanınmış (158-169);

Musa − Hadi adı ilə tanınmış (169-170);

Harun Ər-Rəşid (170-193).

İslam adı altında müsəlmanlara hakim kəsilmiş Əməvi və Abbasi xəlifələri öz hakimiyyət dayaqlarını möhkəmlətmək və camaat arasında nüfuzlarını artırmaq üçün qəlblərə mənəvi nüfuz tapıb camaatın yanında etimadlarını doğrultmaq fikrində idilər ki, bəlkə bu yolla müsəlmanlar onların hakimiyyətini sidq ürəkdən qəbul edib onlara itaət etməyi özlərinə şəri bir vəzifə bilsinlər.

Bu məsələ Abbasi xəlifələri arasında hamıdan çox Harun ər-Rəşidin dövründə özünü göstərmişdir. Hakimiyyət dairəsinin genişliyi,imkanlarının çox olmasına baxmayaraq, qəlblərin  İmam Museyi-Kazim əleyhissəlamla olmasını bilən Harun bu məsələdən çox narahat olur.

Harun hesab edirdi ki, İmam Museyi-Kazim (ə) böyük var-dövlətə sahib olub öz ətrafına müxalif qüvvələri toplayacaq. Əhalinin böyük hissəsinin öz xüms və zakatlarını İmama (ə) verdiklərini xəlifə çox yaxşı bilirdi. Bu səbədən, Harun Mədinəyə səfəri zamanı İmam Kazimi (ə) həbs etmək qərarına gəlir. Mədinə valisinə tapşırıldı ki, İmam (ə) Bəsrəyə göndərilib orada həbs olunsun.

Bir il Bəsrə zindanında qaldığı müddət İmam (ə) Bəsrə valisini öz əxlaqı və mənəviyyatı ilə o qədər təsirləndirmişdi ki, vali xəlifənin İmamı (ə) öldürmək əmrinə qarşı çıxdı. Bundan sonra xəlifənin tapşırığı ilə İmam Kazimi (ə) Bağdada aparıb burada həbsdə saxladılar. Zindanın rəisi Bəsrə valisi kimi İmamın (ə) mənəviyyatının təsirinə düşərək, xəlifədən onu başqa zindana köçürülməsini xahiş etdi. Zindanların dəyişilməsinin səbəbi bundan ibarət idi ki, Harun zindan nəzarətçilərindən İmamı (ə) öldürmələrini tələb etdikdə onların heç biri bu işi görməyə razı olmurdu. Üçüncü zindanın sahibi Sind (l.ə) İmamı (ə) zəhərləməyə razı oldu və hicri 183-cü ildə 55 yaşında İmam Musa ibn Cəfər Kazim (ə) şəhadətə çatdı

Harun  çalışdı ki, İmamın (ə) zindanda öz əcəli ilə öldüyünü isbat etsin və həm özünə bəraət qazansın, həm də İmamın (ə) tərəfdarlarının üsyanının qarşısını alsın. Lakin onun bu hiyləsi baş tutmadı və Bağdadda üsyan baş verdi ki, bu da İmamın (ə) mütəhhər cəsədinin gizlincə dəfn edə bilmələrinə, eləcə də Harunun özünün də əzadarlara qoşularaq dəfn mərasimində iştirak etmək məcburiyyətində qalmasına səbəb oldu. Nəhayət, İmam (ə) xalqın matəm və əzası altında İraqda Kazimeyndə torpağa tapşırıldı.

Bu gün İmamın qəbri İraqın Kazimeyn şəhərində yerləşir, onun pak qəbri  milyonlarla müsəlmanın ziyarətgahına çevrilib.


Xəbər lenti

Gürcüstan Müsəlmanları İdarəsinin müftisi istefa verib
2020-09-27 11:05

Qətər də ƏDL-ə sədrlikdən imtina etdi
2020-09-27 11:02

BƏƏ "F-35" qırıcı təyyarələrini almaq üçün ABŞ-a rəsmi müraciət etdi
2020-09-27 11:00

İsrail İordaniyaya yeni səfir təyin edib
2020-09-27 10:59

Taliban Əfqanıstanın beş əyalətində hücuma keçib, azı 12 ölü var
2020-09-27 10:58

Yəməndə mühüm razılaşma
2020-09-27 10:57

Azərbaycan ordusu bütün cəbhə boyu əks-hücuma başladı - Təcili
2020-09-27 10:54

İran: “Yaxın beş ildə təyyarə istehsal edəcəyik”
2020-09-27 10:52

Gürcüstanda koronavirusa yoluxanların sayı
2020-09-27 10:48

ABŞ-ın sanksiyalarına görə xaricdən peyvənd ala bilmirik
2020-09-27 10:46

Səudiyyə Ərəbistanında 120 min illik ayaq izi tapıldı
2020-09-27 10:44

Suriyada partlayış baş verib, 7 nəfər ölüb
2020-09-27 10:43

İranda Ərbəin gününə həsr olunan tədbirlər ləğv edilir
2020-09-27 10:41

İraqda beş silahlı partlayış zamanı həlak olub
2020-09-27 10:39

İsrail xaricə uçuşları dayandırdı
2020-09-27 10:37

Livanın Baş Naziri istefa verdi
2020-09-27 10:35

Türkiyə Milli Təhlükəsizlik Şurası Yunanıstana xəbərdarlıq etdi
2020-09-25 21:47

Putin "Qafqaz-2020" hərbi təlimlərini izləməyə gedib
2020-09-25 21:45

ABŞ Suriyadakı YPG qüvvələrinə hərbi yardım göndərməyə davam edir
2020-09-25 21:42

Yunanıstan Kiprin Türkiyəyə sanksiya tətbiqini dəstəkləyir
2020-09-25 21:40

ABŞ Əfqanıstan barəsində İranla görüş təklif edib
2020-09-25 21:38

"Yalana öyrəşməyəcəyik..."
2020-09-25 21:25

Koronavirusa yoluxmuş insanların xəstəxanaya yerləşdirilmə vaxtı azaldıla bilər
2020-09-25 21:24

“Gürcüstan və Azərbaycan tarixi və strateji tərəfdaşlardır”
2020-09-25 21:22

"Gürcüstanda cinayət törədənlərin sayı azalıb"
2020-09-25 21:15

Gürcüstanda bu gün koronavirusa yoluxanların haradan olduqları açıqlandı
2020-09-25 21:13

15-39 yaş arası vətəndaşlar arasında ölümün əsas səbəbi nədir ?
2020-09-25 21:11

Xalq müdafiəçisi milli azlıqların hüquqlarının qorunması ilə bağlı tövsiyələrini təqdim edəcək
2020-09-25 21:06

"Biz məhsulun qiymətinin artmasına həssas yanaşırıq"
2020-09-25 21:03

Laqodexidə narkotikə görə 2 nəfər saxlanıldı
2020-09-25 20:57

Fələstinlə bağlı mövqeyimiz dəyişməzdir
2020-09-25 15:40

Əfqanıstanda bir gecədə 65 “Taliban” terrorçusu məhv edildi
2020-09-25 15:38

Ərbəin yürüşü başlayıb
2020-09-25 15:35

İran tərəfindən 23 xarici gəmiyə həbs qoyulub
2020-09-25 15:33

Əfqanıstanda hərbi vertolyot qəzaya uğradı; 2 ölü
2020-09-25 15:31

İran ABŞ-a nüvə sazişi üçün şərt qoydu
2020-09-25 15:28

Səudiyyə rejiminin koalisiyanın bazasında güclü partlayışda 80 nəfər öldü
2020-09-25 15:24

İraqın qərbində üç İŞİD nöqtəsi məhv edildi
2020-09-25 11:42

Gürcüstanda daha bir xəstə koronavirusdan öldü
2020-09-25 11:35