Azərbaycanda xüsusi karantin rejimi bu gündən yumşaldılır

10 Avqust 2020 - 11:15

Covid-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqda qərar qəbul edib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd edilib ki, Nazirlər Kabinetin müvafiq Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci ilin avqusutun 10-u saat 00.00-dan etibarən fəaliyyətinə icazə verilən sahələrin siyahısına aşağıdakılar əlavə edilir:

  • Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi;
  • Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektələrinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;
  • maşın və avadanlıqların istehsalı;
  • elektrik avadanlıqlarının istehsalı;
  • kompüter, elektron və optik məhsulların istehsalı;
  • avtomobil, qoşqu və yarımqoşquların istehsalı;
  • sair nəqliyyat vasitələrinin istehsalı;
  • poliqrafiya məhsullarının istehsalı;
  • zərgərlik məmulatlarının istehsalı;
  • musiqi alətləri, idman mallarının istehsalı;
  • geyim istehsalı;
  • toxuculuq sənayesi;
  • ayaqqabıların istehsalı;
  • dəri və dəri məmulatlarının istehsalı;
  • tütün məmulatlarının istehsalı;
  • sair sənaye məhsullarının istehsalı.

Aşağıda qeyd olunan sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilir:

  • Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
  • Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
  • Mühəndislik və layihələndirmə xidmətləri;
  • Qablaşdırma məhsullarının istehsalı;
  • Daş, metal və taxta məhsullarının istehsalı;
  • Mebel istehsalı və təmiri;
  • Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;
  • Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;
  • Onlayn satışlar;
  • Kimyəvi təmizləmə;
  • Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
  • Avtomobillərin təmiri;
  • Avtomobil yuyulma məntəqələri;
  • Heyvan sığınacaqları;
  • Tərcümə xidmətləri.

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə aşağıdakı şəxslərin giriş-çıxış məsələsi aşağıdakı qaydada həyata keçirilir:

– Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə alınan icazə əsasında;

– Təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış əsasında;

– Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında.

Operativ Qərargah vətəndaşlara müraciət edərək bildirir ki, infeksiyanın yayılmasının qarşısının alınması tədbirləri ilə iqtisadi fəaliyyəti sinxronlaşdırmaq üçün sanitar-epidemioloji tələblərə ciddi əməl edilməlidir. Sanitar-epidemioloji tələblərə əməl edilməsi iqtisadi fəaliyyəti davam etdirməyin və daha da genişləndirməyin yeganə üsuludur.


Xəbər lenti

ABŞ kosmosa hərbi baza yerləşdirəcək?
2020-09-30 19:21

"İsraildə Azərbaycana uğurlar arzulayırlar!"
2020-09-30 19:14

Makronun Ermənistanı dəstəkləməsi işğala dəstək verməyə bərabərdir
2020-09-30 19:11

Gürcüstanda koronavirusdan sağalma sayı REKORD VURDU
2020-09-30 19:08

Gürcüstanda hansı məktəblər onlayın rejimə keçəcək?
2020-09-30 19:05

"Gürcü Arzusu" "Milli Hərəkat" dan və məndən qorxur"
2020-09-30 19:01

Zaur Darğallı Marneulidə baş verən qarşıdurmaya münasibət bildirdi
2020-09-30 18:58

"Sağalan xəstələrin sayı çoxalacaq"
2020-09-30 18:55

Gürcüstanda bu gün koronavirusa yoluxanların haradan olduqları açıqlandı
2020-09-30 18:52

"Onlar hakimiyyətdə qalmaq üçün hər şey edərlər"
2020-09-30 18:50

Azərbaycan düşmən mövqelərinə artilleriya zərbələri endirir (VİDEO)
2020-09-30 14:50

Hizbullah lideri Qasim Süleymani və əl-Mühəndisin qətlinin səbəbini açıqlayıb
2020-09-30 14:49

Suriyada məhv edilən terrorçuların sayı açıqlandı
2020-09-30 14:44

Düşmən topları belə məhv edildi
2020-09-30 14:40

Gürcüstanda 37-ci koronavirus xəstəsi öldü
2020-09-30 11:18

Gürcüstanda koronavirusa yoluxanların sayı kəskin artdı
2020-09-30 09:49

Əfqanıstan Qarabağ məsələsində Azərbaycanın yanında olduğunu bildirib
2020-09-30 09:42

İranın üç neft tankeri Venesuela sahillərinə çatıb
2020-09-30 09:39

Əfqanıstanda minanın partlaması nəticəsində 14 mülki şəxs həyatını itirib
2020-09-30 09:37

Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları məhv edilib
2020-09-30 09:36

Ermənistan ordusunun S-300-ü məhv edilib
2020-09-30 09:31

İordaniya Küveyt əmirinin vəfatına görə 40 gün matəm elan etdi
2020-09-30 09:29

Küveytin yeni əmiri məlum olub
2020-09-30 09:27

Erməni hərbçi yalvarır - Video
2020-09-30 09:24

Ermənistana silah daşınmasına imkan vermərik - Tehran
2020-09-30 09:21

Küveytin əmiri vəfat edib
2020-09-30 09:13

Ermənilər tərəfindən çəkilən video
2020-09-30 08:35

Putin öz xalqını çox təhlükəli və görünməz düşmən barədə xəbərdarlıq etdi
2020-09-29 18:50

Çavuşoğlu: "Dağlıq Qarabağda sülh üçün əlimizdən gələni edəcəyik"
2020-09-29 18:46

Gürcüstanda bu günə kimi 2390 məktəb yoxlamadan keçib
2020-09-29 18:41

Acarada vəziyyət necədir ?
2020-09-29 18:38

Gürcüstanda dollar ucuzlaşdı
2020-09-29 18:36

Düşmənin “Uraqan” yaylım atəş sistemi məhv edilib
2020-09-29 11:25

Gürcüstanda koronavirusa yoluxanların sayı artib, 1 nəfər isə həyatını itirib
2020-09-29 10:52

Azərbaycan ordusunun məhv etdiyi erməni əsgərləri (+18)
2020-09-29 10:24

Füzuli uğrunda Azərbaycan Ordusunun hücumu davam edir
2020-09-29 10:20

Britaniyalı təbiblər əzəmətli Kufə məscidini ziyarət etdi
2020-09-29 10:16

İsrail rejimi İbrahim (ə) məscidini müsəlmanların üzünə bağladı
2020-09-29 10:14

İrandan Qarabağ açıqlaması
2020-09-29 10:13