İslam İnqilabının banisi Ayətullah Musəvi Xomeyninin vəfatından 31 il keçir

03 Iyun 2020 - 10:32

İran İslam İnqilabının banisi Ayətullah Ruhullah Musəvi Xomeyninin vəfatının 31-ci  ildönümüdür. İldönümü ilə əlaqədar İranda və sair müsəlman ölkələrində bir sıra tədbirlər və mərasimlər keçirilir.

Xeber.ge saytı SalamNews-a istinadən xəbər verir ki, iyun ayının 3-ü İran İslam İnqilabının banisi Ayətullah Ruhullah Musəvi Xomeyninin vəfatının ildönümü günüdür. Ayətullah Xomeyni 1902-ci ildə dünyaya gəlib və 1989-cu ildə vəfat edib.

İnqilabı ilə dünyada misilsiz siyasi zəlzələ yaradan bu arif və fəqih ömrünün 15 ilini iraq, Türkiyə və Fransada sürgündə keçirib.

İran başda olmaqla bir sıra müsəlman ölkələrində İslam İnqilabının banisi Ayətullah Ruhullah Musəvi Xomeyninin vəfatının ildönümü ilə əlaqədar mərasimlər keçirilməkdədir.

Ayətullah Xomeyni İraqda sürgündə olduğu müddət ərzində çoxlu şagird yetişdirməkdən əlavə, şahlıq rejiminin mahiyyətini və Amerikanın İrandakı istismarçı siyasətini ifşa edib, intensiv çağırışlar edərək, İslam İnqilabının zəfər çalmasına şərait yaradıb.

Nəhayət, mübarizənin yüksəlişi və Ayətullah Xomeyninin Fransaya hicrət etməsi, sonradan isə İrana qayıdışı İslam İnqilabının 1979-da zəfər çalması ilə nəticələndi. 

Həmin zaman dünyada iki qüdrət şərqin kommunizmi və qərbin kapitalizmi ölkələri ələ aldığı zamanda üçüncü bir qüdrətin meydana çıxması hamını heyrətləndirmişdi. Çünki o zaman yalnız bu iki qütbdən birinin siyasi tərkibində olmaqla baş qaldırmaq mümkün idi. Bütün siyasi proseslərin və diaqnozların əksinə olaraq “Nə şərqi nə qərbi yalnız islam cümhuriyyəti” devizi altında bir iqtidar meydana gəldi. Bu inqilab dünyada imperializm və sosializmin inkişaf etdiyi bir vaxtda sözügedən qütblərə meydan oxuyan bir cərəyan formalaşdırdı.

İnqilabın ərsəyə gətirdiyi yeni ictimai və siyasi model dini mənbələrdən qaynaqlandığından böyük əksəriyyətin təəccübünə səbəb oldu. Çünki İslam dünyasında həmin vaxtadək heç bir dini xadim “müctəhidin və din aliminin hakimiyyəti” kimi model yaratmamış, buna cürət belə etməmişdi.

Bu inqilab İran daxilində 2500 illik şahlıq rejimini devirmək və ölkədə dini demokratiya modelini bərqərar etməyə çalışmaqla yanaşı, xaricdə də hegemonluğa qarşı yeni və barışmaz cəbhə yarada bildi.

Ayətullah Xomeyni böyük siyasətçi olmaqla yanaşı həm də məşhur fəqih və arif idi. Onun vəfatı və dəfn mərasimi Ginnesin Rekordlar Kitabına düşdü. Buna səbəb dəfn mərasimində o vaxt fantastik sayda insanın iştirak etməsi idi. O zaman Ayətullah Xomeyninin Tehran şəhərindəki dəfn mərasimində ölkə əhalisnin 6/1-i qədər yəni 10 milyon 200 min insan iştirak etmişdi.



Xəbər lenti

"İndi Haftar atəşkəsə razıdır, Sərrac isə yox"
2020-07-08 21:56

İspaniyada İŞİD terrorçularının hücrəsi aşkar edildi
2020-07-08 21:55

Gürcüstandan beş ölkəyə müntəzəm uçuşlar bərpa edilir
2020-07-08 21:53

Xarici ölkələrə səfər edənlərin nazərinə
2020-07-08 21:51

Gürcüstanda koronavirusa son beş yoluxma haqda açıqlama verildi
2020-07-08 21:49

Bu şəxslərin Gürcüstana səfərinə icazə verildi
2020-07-08 21:47

Suriyada İŞİD terrorçuları məhv edildi
2020-07-08 15:21

İraqda 600 nəfərin basdırıldığı kütləvi məzarlıq aşkar olundu
2020-07-08 15:18

Əfqanstanda polisə hücum edilib
2020-07-08 15:17

İsrail işğal edilən Qüds şəhərinin mərkəzində yeni kvartal salır
2020-07-08 15:16

Təbriz-İstanbul aviareysi bərpa olunur
2020-07-08 14:56

İranda koronavirusdan ölənlərin sayı 12 mini ötüb
2020-07-08 14:54

İraq ordusu Peşmərgə ilə əməkdaşlıq edəcək
2020-07-08 14:52

Livan İsraildən başqa bütün dünya ölkələrilə əməkdaşlıq edə bilər
2020-07-08 14:51

Səudiyyə Həcc zamanı Kəbəyə toxunmağı qadağan edəcək
2020-07-08 14:50

İraqda narko-tacirlərə zərbə
2020-07-08 10:44

Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu
2020-07-08 10:42

Tel-Abyad şəhərində terror hücumu olub
2020-07-08 10:36

İordan çayının qərb sahilində 19 fələstinli saxlanıldı
2020-07-08 10:34

Suriyalı nazir İranın dəstəyindən danışdı
2020-07-08 10:33

İsrailin sabiq müdafiə naziri İranın nüvə obyektindəki «partlayış»dan söz açıb
2020-07-08 10:30

Ənsarallah qüvvələrinin strateji şəhərə irəliləyişi davam edir
2020-07-08 10:28

Dubay xarici turistlərin qəbuluna başladı
2020-07-08 10:25

Gürcüstanda koronavirus infeksiyasının yeni halları
2020-07-08 10:22

8 iyul tarixinə olan valyuta məzənnəsi
2020-07-08 07:32

Gürcüstan pasportu güclülük indeksinə görə dünyada yüksəldi
2020-07-08 07:30

Fransada koronavirusdan ölənlərin sayı 30 minə çatır
2020-07-08 07:27

ABŞ-ın ÜST-dən çıxacağı tarix məlum oldu
2020-07-08 07:26

Moskvada koronavirusdan ölənlərin sayı 4 mini keçdi
2020-07-08 07:24

ABŞ Çin rəsmilərinə qarşı viza məhdudiyyəti tətbiq etdi
2020-07-08 07:22

ABŞ Nümayəndələr Palatasının komitəsi hərbi büdcəni təsdiqlədi
2020-07-08 07:21

Braziliyada bir gündə 1 312 nəfər infeksiyadan öldü
2020-07-08 07:19

Yaponiyada daşqınlarda ölənlərin sayı artıb
2020-07-08 07:17

Çin Adən körfəzində hərbi təlim keçirdi
2020-07-07 20:37

Almaniya Amerika əsgərlərinə 1 milyard avrodan çox pul xərclədi
2020-07-07 20:35

Çinin xarici işlər naziri İranla münasibətlərindən danışdı
2020-07-07 20:33

Rusiyanın Ukraynaya hücum etməyə hazırlaşdığı iddia olundu
2020-07-07 20:31

"Ukraynanı işğal etmək iddiası ağılsızlıqdır"
2020-07-07 20:28

Çin XİN Pompeoya sərt cavab verdi
2020-07-07 20:23