Bu gündən xüsusi karantin rejimi məhdudiyyətləri yumşaldılıb

18 May 2020 - 10:35

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanından Operativ Qərargahın mayın 15-də verdiyi qərar bu gündən qüvvəyə minib.

Xeber.ge saytı SalamNews-a istinadən xəbər verir ki, mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə:

yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunub;

bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülüb;

restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunub (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla);

Qeyd edək ki, restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında xidmətlər pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Bu qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.
Eyni zamanda 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə:

muzey və sərgi zallarının fəaliyyəti bərpa olunub;

65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülüb. Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.

Hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə aşağıdakı məhdudiyyətlər qüvvədə qalır:

yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması;

xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;

bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması;

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması;

ASAN Xidmət və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;

dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;

toy məclislərinin təşkilinin qadağan olunması;

bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;

tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;

ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;

əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;

muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;

nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyətinin dayandırılıması;

ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması;

tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi;

idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

massaj və hamam xidmətlərinin göstərilməsi;

Qeyd olunub ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçirilməlidir.

Operativ Qərargah bir daha vurğulayır ki, COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir:

"Bu baxımdan COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, evdən yalnız ciddi ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir".


Xəbər lenti

"İndi Haftar atəşkəsə razıdır, Sərrac isə yox"
2020-07-08 21:56

İspaniyada İŞİD terrorçularının hücrəsi aşkar edildi
2020-07-08 21:55

Gürcüstandan beş ölkəyə müntəzəm uçuşlar bərpa edilir
2020-07-08 21:53

Xarici ölkələrə səfər edənlərin nazərinə
2020-07-08 21:51

Gürcüstanda koronavirusa son beş yoluxma haqda açıqlama verildi
2020-07-08 21:49

Bu şəxslərin Gürcüstana səfərinə icazə verildi
2020-07-08 21:47

Suriyada İŞİD terrorçuları məhv edildi
2020-07-08 15:21

İraqda 600 nəfərin basdırıldığı kütləvi məzarlıq aşkar olundu
2020-07-08 15:18

Əfqanstanda polisə hücum edilib
2020-07-08 15:17

İsrail işğal edilən Qüds şəhərinin mərkəzində yeni kvartal salır
2020-07-08 15:16

Təbriz-İstanbul aviareysi bərpa olunur
2020-07-08 14:56

İranda koronavirusdan ölənlərin sayı 12 mini ötüb
2020-07-08 14:54

İraq ordusu Peşmərgə ilə əməkdaşlıq edəcək
2020-07-08 14:52

Livan İsraildən başqa bütün dünya ölkələrilə əməkdaşlıq edə bilər
2020-07-08 14:51

Səudiyyə Həcc zamanı Kəbəyə toxunmağı qadağan edəcək
2020-07-08 14:50

İraqda narko-tacirlərə zərbə
2020-07-08 10:44

Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu
2020-07-08 10:42

Tel-Abyad şəhərində terror hücumu olub
2020-07-08 10:36

İordan çayının qərb sahilində 19 fələstinli saxlanıldı
2020-07-08 10:34

Suriyalı nazir İranın dəstəyindən danışdı
2020-07-08 10:33

İsrailin sabiq müdafiə naziri İranın nüvə obyektindəki «partlayış»dan söz açıb
2020-07-08 10:30

Ənsarallah qüvvələrinin strateji şəhərə irəliləyişi davam edir
2020-07-08 10:28

Dubay xarici turistlərin qəbuluna başladı
2020-07-08 10:25

Gürcüstanda koronavirus infeksiyasının yeni halları
2020-07-08 10:22

8 iyul tarixinə olan valyuta məzənnəsi
2020-07-08 07:32

Gürcüstan pasportu güclülük indeksinə görə dünyada yüksəldi
2020-07-08 07:30

Fransada koronavirusdan ölənlərin sayı 30 minə çatır
2020-07-08 07:27

ABŞ-ın ÜST-dən çıxacağı tarix məlum oldu
2020-07-08 07:26

Moskvada koronavirusdan ölənlərin sayı 4 mini keçdi
2020-07-08 07:24

ABŞ Çin rəsmilərinə qarşı viza məhdudiyyəti tətbiq etdi
2020-07-08 07:22

ABŞ Nümayəndələr Palatasının komitəsi hərbi büdcəni təsdiqlədi
2020-07-08 07:21

Braziliyada bir gündə 1 312 nəfər infeksiyadan öldü
2020-07-08 07:19

Yaponiyada daşqınlarda ölənlərin sayı artıb
2020-07-08 07:17

Çin Adən körfəzində hərbi təlim keçirdi
2020-07-07 20:37

Almaniya Amerika əsgərlərinə 1 milyard avrodan çox pul xərclədi
2020-07-07 20:35

Çinin xarici işlər naziri İranla münasibətlərindən danışdı
2020-07-07 20:33

Rusiyanın Ukraynaya hücum etməyə hazırlaşdığı iddia olundu
2020-07-07 20:31

"Ukraynanı işğal etmək iddiası ağılsızlıqdır"
2020-07-07 20:28

Çin XİN Pompeoya sərt cavab verdi
2020-07-07 20:23