GÜRCÜSTANIN BAŞ NAZİRİ ÖLKƏ MÜSƏLMANLARINI QURBAN BAYRAMI MÜNASİBƏTİ İLƏ TƏBRİK EDİB

12 Avqust 2019 - 19:09
Gürcüstanın Baş naziri Mamuka Baxtadze bü gün müqəddəs Qurban bayramı münasibəti ilə ölkə müsəlmanlarını təbrik etmək üçün Tbilisi “Cümə” məscidində olub.Baş nazir ölkə və dünya müsəlmanlarını müqəddəs bayram münasibəti ilə təbrik edib, onlara bolluq və firavanlıq, sağlam həyat, sülh və əminamanlıq arzulayıb. 

Baş nazir qeyd edib ki, bu gün ümid, qarşılıqlı yardım və sevgi günüdür: "Gürcüstanın gücü onun rəngarəngliyidir. Əsrlər boyu əcdadlarımız bir yerdə Gürcüstan dövlətini qurublar. Hər kəs ölkədə dostluq və qardaşlığı qoruyub saxlamalı və gələcək nəsillərə ötürməlidir".

Məscidə toplaşan müsəlmanlar qarşısında çıxış edən Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze, Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan üzrə müftisi Hacı Yasin Əliyev, Qərbi Gürcüstan üzrə müfti Hacı Beqlar Kamaşidze Qurban bayramı münasibətilə müsəlman icmasını təbrik edib, dua və xoş arzularını çatdırıblar. Allahdan duaların və kəsilən qurbanların qəbul olunmasını diləyiblər. Qurban bayramının sevgi, fədakarlıq, şəfqət və mərhəmət rəmzləri ilə dolu bir bayram olduğu haqqında məlumat veriblər.

GMİnin şeyxi, hacı Ramin İgidov çıxışı zamanı qeyd edib ki: “Üç səmavi dinin babası hesab olunan Hz. İbrahimdən insanlara yadigar qalan Qurban bayramının məna və dərslərindən insanlar ibrət almış olsaydılar dünyada rəhmət, şəfqət, birlik və ictimaiyyət arasında qayğı və yardımlaşma hissi çoxalardı.

Belə ki, Hz. İbrahimin Qurbanlıq hadisəsində insanlara Allaha təslim olma, İlahi eşqin digər istəklərə qələbə çalması, yoxsulları yada salmaq və insanln canına qıymamaq, səmimilik, həmrəylik və mərhəmət dərsləri mövcuddur... Bu günlər Allahın buyurduğu şərtlərlə heyvanlar qurban edilir. Ancaq əsas Qurbanlıq insanın Allaha ibadət və itaətində olmalıdır. Onun Allahın istəklərinə tabe olması digər nəfsani istəkləri üstələməlidir. 

Amma təəssüflər olsun ki, bundan dərs almayan Adəm övladları arasında hələ də düşmənçilik, rəhimsizlik və şəfqətsizlik mövcuddur. Təəssüflə hələ də bir çox günahsız insanlar güc, sərvət və cəhalət qurbanıdırlar. ”Din rəhbərləri çıxışlarının sonunda ölkə, dünya və dövlət üçün dualar edib, xoş arzularını bildiriblər. Gürcüstan hökümətinin müsəlmanlra göstərdiyi diqqət, dəstək və qayğını yüksək qiymətləndiriblər. 

Sonda Baş nazirə din rəhbələri tərəfindən hədiyyələr təqdim olunub. Görüş sonrası ölkə başçısı məscididə çay və şirniyyat süfrəsi ətrafında din xadimləri, Azərbaycan, İran, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və digər müsəlman ölkələrinin səfirləri və Türkiyənin səfirlik nümayəndəsi ilə bir araya gəlib.

Xəbər lenti

Radikal qruplaşmalar mühasirəyə düşməmək üçün Həma əyalətinin şimalını tərk ediblər
2019-08-20 14:44

İranın cənubunda böyük narkomafiya zərərsizləşdirilib
2019-08-20 14:43

İraq Ordusu İŞİD-dən geri alınan şəhərləri polis qüvvələrinə təhvil verməyə başlayıb
2019-08-20 14:37

Səudiyyə Ərəbistanı "Qədir-Xum" bayramı keçirən yəmənlilərə hücum etdi
2019-08-20 14:35

Ərbil və Bağdad hökumətləri arasında gərginlik davam edir
2019-08-20 14:34

Suriya ordusu terrorçulara daha bir zərbə vurdu
2019-08-20 14:32

MN: Qəzaya düşən pilotumuzun nəşi tapıldı
2019-08-20 14:31

İraqda Bağdadiyə yaxın `əmir` ələ keçib
2019-08-20 14:29

İsrail Qəzzadakı fələstinliləri köçə təşviq edir
2019-08-20 14:28

"Nusra Cəbhəsi"nə silah-sursat aparan Türkiyə qüvvələri havadan hücuma məruz qaldı - Video
2019-08-20 10:43

İrandan Şimali Koreyaya çağırış: ABŞ-a inanmayın
2019-08-20 10:37

İranda Qədir-Xum bayramına görə mindən çox məhkum əfv edilib
2019-08-20 10:34

Suriya Ordusu İdlibin cənub qapısı Xan-Şeyxun şəhərinə daxil olub
2019-08-20 10:33

İran parlamenti ABŞ-a qarşı plan hazırlayır
2019-08-20 10:30

Yəmən Səudiyyə mövqelərini yeni "Nikal" raketləri ilə vurdu
2019-08-20 10:28

General Hacızadə: "HKQ-dəki komandirlərin 70%-dən çoxu gənclərdir"
2019-08-20 10:27

Əfqanıstan Prezidenti İŞİD-i məhv edəcəklərinə söz verdi
2019-08-20 10:26

Bu gün Qədir-Xum günüdür - Həzrət Əlinin (ə) imaməti
2019-08-20 10:23

Yəmən əhalisi “Qədir-Xum”u qeyd edir – 100 minlərlə insan paytaxt küçələrində
2019-08-20 10:21

Tehran yatağı - İldə 28 milyon ton mədən maddəsi hasil edilir
2019-08-20 08:58

Yəmən İrana tam səlahiyyətli səfir təyin etdi
2019-08-20 08:56

Türkiyə ən-Nusranı xilas etmək üçün Xan-Şeyxuna hərbi karvan göndərib - Rəsmi Dəməşq
2019-08-20 08:54

Kabildə 63 mülki şəxsin həyatına son qoyan partlayışı İŞİD öhdəsinə götürüb (VİDEO)
2000-01-01 00:00

Rusiyalı iş adamı "Rustavi 2" telekanalını almaq istəyir
2019-08-20 07:32

Türkiyə polisi PKK-ya qarşı əməliyyat keçirdi, 418 nəfər həbs edildi
2019-08-20 07:30

İordaniya Hindistan və Pakistana çağırış etdi
2019-08-20 07:27

XİN rəhbəri: "İran ABŞ ilə danışıqlarda maraqlı deyil"
2019-08-20 07:25

ABŞ qadağan olunmuş qanadlı raketi sınaqdan keçirib
2019-08-20 07:23

Gürcüstanın “Rustavi 2” kanalına alıcı tapılmayıb
2019-08-20 07:21

Gürcüstanda meşə yaxınlığında yanğın baş verib
2019-08-20 07:19

Gürcüstanın builki elektrik enerjisi idxalının 89%-dən çoxu Azərbaycanın payına düşüb
2019-08-20 07:17

İran Böyük Britaniya gəmisinin azad edilmə şərtini açıqladı
2019-08-19 13:30

İraq ordusu terrorçulara qarşı yeni əməliyyata başladı
2019-08-19 13:29

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb
2019-08-19 13:29

Qədir-Xum bayramı günü tövsiyə olunmuş müstəhəb əməllər
2019-08-19 13:27

Əfqanıstanda partlayış nəticəsində on nəfərdən çox adam ölüb
2019-08-19 11:33

İran helikopter və təyyarə motorlarının istehsalını həyata keçirəcək
2019-08-19 11:32

Yarım milyondan çox suriyalı vətəninə geri döndü
2019-08-19 11:30

İraq hava məkanında ABŞ hərbi təyyarələrinin uçuşlarına məhdudiyyət qoyuldu
2019-08-19 11:28