Həzrəti Məsumənin (ə) mövlud günüdür

04 Iyul 2019 - 10:56


Bu gün Həzrəti Məsumənin (ə) doğum günüdür.

Həzrətin adı Fatimə, məşhur ləqəbi isə "Məsumə"-dir. Atası, şiələrin yeddinci imamı Musa ibn Cəfər (imam Kazim) əleyhis-salam, anası isə səkkizinci imam həzrət Rza (əleyhis-salam)-ın anası sayılan Nəcmə Xatun (ələyha-salam)-dır. Beləliklə də həzrət Məsumə (ələyha-salam) və imam Rza (ələyhis-salam) bir ata-anadan dünyaya gələn bacı və qardaşdılar. O həzrət hicri-qəməri tarixi ilə 173-cü il, Ziqədə ayının 1-də müqəddəs Mədinə şəhərində dünyaya göz açmışdır. Uşaqlıq dövranında ikən Bağdad şəhərində Harunun zindanında həbs olunmuş atasının şəhid edilməsi hadisəsi ilə üzləşmiş və ondan sonra qardaşı həzrət imam Rza (ələyhis-salam) onu öz himayəsi altına alaraq saxlamışdır. Hicri-qəməri tarixi ilə 200-cü ildə Məmun Abbasinin təkid və hədə-qorxularından sonra imam Rza (əleyhis-salam) sürgünə bənzəyən Mərv səfərinə düzəlmiş və yanında Əhli-beytindən heç bir kəs olmayan halda Xorasana getmişdir. Qardaşının hicrətindən bir il keçdikdən sonra, imam Rza (ələyhis-salam)-ı görmək şövqündə olan həzrət Məsumə (ələyha salam) bir dəstə qardaşı və qohumu ilə Xorasana tərəf yola düşdü.

Keçdikləri bütün şəhər və məhəllələrdə xalq onları təntənə ilə qarşılayır, onlara məhəbbət və qonaqpərvərlik göstərirdi. Həzrət Məsumə (ələyha salam) da böyük bibisi həzrət Zeynəb (ələyha salam) kimi qardaşı imam Rza (əleyhis-salam)-ın məzlumiyyəti və qürbətini mömin və müsəlman xalqlara çatrırır, həmçinin onlara özü və Əhli-beytin Bəni-Abbasın hiyləgər hökumətinə qarşı olan müxalifətini bəyan edirdi. Karvan "Savə" şəhərinə çatdıqda, hökumət məmurlarının himayə etdiyi bir dəstə Əhli-beyt müxalifləri onların qabağını kəsərək onlarla vuruşmağa başladılar. Nəticədə təxminən karvanın bütün kişiləri şəhid olub, bir rəvayətə əsasən həzrət Məsumə (ələyha salam) isə zəhərləndi. Hər halda o həzrət ya çoxlu qəm-qüssə və yaxud zəhər nəticəsində xəstələndi və Xorasana getməkdən aciz qalıb, Qum şəhərinə tərəf yola düşdü

O həzrət soruşdu: Bu "Savə" şəhərindən "Qum" şəhərinədək nə qədər yol vardır?

Yolun miqdarını o həzrətə dedikdə, buyurdu: "Məni Qum şəhərinə aparın. Çünki atamdan eşitmişdim ki, (belə) buyururdu: "Qum şəhəri bizim şiələrimimzin mərkəzidir".

Qum şəhərinin ağsaqqalları bu sevindirici xəbəri eşitdikdə, o həzrəti (ə) qarşılamağa getdilər.

"Əşəri" qəbiləsinin ağsaqqalı "Musa ibn Xəzrəc" o həzrətin dəvəsinin cilovunu tutmuş, xalqın çoxu isə piyada və minik halında həzrətin əyləşdiyi kəcavəni əhatəyə almışdılar. Həzrət Məsumə (ələyha salam) hicri-qəməri tarixi ilə 201-ci ilin təqribən Rəbiul-əvvəl ayının 23-də müqəddəs Qum şəhərinə daxil oldu.

Daha sonra "Mir meydanı" adlanan bir yerdə (Musa ibn Xəzrəcin şəxsi mənzili qarşısında) kəcavədən enib, onun qonağı oldu.

O həzrət on yeddi gün müddətində bu şəhərdə yaşamış və bu müddətdə ibadətlə məşğul olmuşdur. O həzrətin ibadət etdiyi yer, bu günədək "Sittiyyə mədrəsəsində" - "Beytun-nur" adı ilə məşhurdur. O yer ziyarətgah sayılır.

Beləliklə də Rəbius-sani ayının onu və başqa rəvayətə əsasən on ikisi (201 h. q.), həzrət öz qardaşı imam Rza (əleyhis-salam)-ı görmədən, qürbət yerdə böyük qəm-qüssə ilə dünyasını dəyişib, şiələri matəmə qərq etdi.

Qum əhalisi o həzrətin pak bədənini böyük təntənə ilə bu günkü hərəm yerində olan o zamankı "Babilan bağına" apardılar.

Qəbr hazır olduqda, o həzrətin kimin əli ilə dəfn edilməsində çətinliklə üzləşdilər.

Elə bu vaxt qiblə tərəfdən üzlərinə niqab çəkmiş iki atlı sürətlə onlara yaxınlaşdı. Namaz qıldıqdan sonra onlardan biri qəbrin içərisinə daxil oldu, digəri isə həzrətin pak cəsədini qaldıraraq ona verdi.

O iki nəfər işlərini qurtardıqdan sonra heç bir kəslə danışmadan öz atlarına minib oradan uzaqlaşdılar.

O iki nəfərin Allah-taalanın iki höccəti sayılan həzrət imam Rza (əleyhis-salam) və imam Cavad (əleyhis-salam) olması nəzərə çarpır. Çünki şəriət qaydalarına əsasən günahsız qadın bədəni günahsız şəxsin əli ilə dəfn olunmalıdır. Belə ki, həzrət Fatimə (ələyha salam)-ı Əmirəl möminin Əli (əleyhis-salam) və həzrət Məryəm (ələyha salam)-ı İsa (ələyhis-salam) şəxsən dəfn etmişdir.

Həzrət Məsumə (əleyhis-salam)-ın dəfnindən sonra Musa ibn Xəzrəc onun müqəddəs qəbrinin üzərində qamışdan toxunmuş həsirdən bir örtük düzəltdi.

Hicri-qəməri tarixi ilə 256-cı ildə isə imam Cavad (əleyhis-salam)-ın qızı Zeynəb (ə), o həzrətin qəbri üzərində ilk dəfə olaraq günbəz tikdirdi.

Beləliklə də həzrət Məsumə (ələyha salam)-ın müqəddəs qəbri Əhli-beyt (əleyhimus-salam)-ın ardıcılları, həmçinin vilayət və imamət aşiqlərinin ziyarətgahı və şəfa yerinə çevrildi.



İslamazeri.com

Xəbər lenti

Radikal qruplaşmalar mühasirəyə düşməmək üçün Həma əyalətinin şimalını tərk ediblər
2019-08-20 14:44

İranın cənubunda böyük narkomafiya zərərsizləşdirilib
2019-08-20 14:43

İraq Ordusu İŞİD-dən geri alınan şəhərləri polis qüvvələrinə təhvil verməyə başlayıb
2019-08-20 14:37

Səudiyyə Ərəbistanı "Qədir-Xum" bayramı keçirən yəmənlilərə hücum etdi
2019-08-20 14:35

Ərbil və Bağdad hökumətləri arasında gərginlik davam edir
2019-08-20 14:34

Suriya ordusu terrorçulara daha bir zərbə vurdu
2019-08-20 14:32

MN: Qəzaya düşən pilotumuzun nəşi tapıldı
2019-08-20 14:31

İraqda Bağdadiyə yaxın `əmir` ələ keçib
2019-08-20 14:29

İsrail Qəzzadakı fələstinliləri köçə təşviq edir
2019-08-20 14:28

"Nusra Cəbhəsi"nə silah-sursat aparan Türkiyə qüvvələri havadan hücuma məruz qaldı - Video
2019-08-20 10:43

İrandan Şimali Koreyaya çağırış: ABŞ-a inanmayın
2019-08-20 10:37

İranda Qədir-Xum bayramına görə mindən çox məhkum əfv edilib
2019-08-20 10:34

Suriya Ordusu İdlibin cənub qapısı Xan-Şeyxun şəhərinə daxil olub
2019-08-20 10:33

İran parlamenti ABŞ-a qarşı plan hazırlayır
2019-08-20 10:30

Yəmən Səudiyyə mövqelərini yeni "Nikal" raketləri ilə vurdu
2019-08-20 10:28

General Hacızadə: "HKQ-dəki komandirlərin 70%-dən çoxu gənclərdir"
2019-08-20 10:27

Əfqanıstan Prezidenti İŞİD-i məhv edəcəklərinə söz verdi
2019-08-20 10:26

Bu gün Qədir-Xum günüdür - Həzrət Əlinin (ə) imaməti
2019-08-20 10:23

Yəmən əhalisi “Qədir-Xum”u qeyd edir – 100 minlərlə insan paytaxt küçələrində
2019-08-20 10:21

Tehran yatağı - İldə 28 milyon ton mədən maddəsi hasil edilir
2019-08-20 08:58

Yəmən İrana tam səlahiyyətli səfir təyin etdi
2019-08-20 08:56

Türkiyə ən-Nusranı xilas etmək üçün Xan-Şeyxuna hərbi karvan göndərib - Rəsmi Dəməşq
2019-08-20 08:54

Kabildə 63 mülki şəxsin həyatına son qoyan partlayışı İŞİD öhdəsinə götürüb (VİDEO)
2000-01-01 00:00

Rusiyalı iş adamı "Rustavi 2" telekanalını almaq istəyir
2019-08-20 07:32

Türkiyə polisi PKK-ya qarşı əməliyyat keçirdi, 418 nəfər həbs edildi
2019-08-20 07:30

İordaniya Hindistan və Pakistana çağırış etdi
2019-08-20 07:27

XİN rəhbəri: "İran ABŞ ilə danışıqlarda maraqlı deyil"
2019-08-20 07:25

ABŞ qadağan olunmuş qanadlı raketi sınaqdan keçirib
2019-08-20 07:23

Gürcüstanın “Rustavi 2” kanalına alıcı tapılmayıb
2019-08-20 07:21

Gürcüstanda meşə yaxınlığında yanğın baş verib
2019-08-20 07:19

Gürcüstanın builki elektrik enerjisi idxalının 89%-dən çoxu Azərbaycanın payına düşüb
2019-08-20 07:17

İran Böyük Britaniya gəmisinin azad edilmə şərtini açıqladı
2019-08-19 13:30

İraq ordusu terrorçulara qarşı yeni əməliyyata başladı
2019-08-19 13:29

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb
2019-08-19 13:29

Qədir-Xum bayramı günü tövsiyə olunmuş müstəhəb əməllər
2019-08-19 13:27

Əfqanıstanda partlayış nəticəsində on nəfərdən çox adam ölüb
2019-08-19 11:33

İran helikopter və təyyarə motorlarının istehsalını həyata keçirəcək
2019-08-19 11:32

Yarım milyondan çox suriyalı vətəninə geri döndü
2019-08-19 11:30

İraq hava məkanında ABŞ hərbi təyyarələrinin uçuşlarına məhdudiyyət qoyuldu
2019-08-19 11:28