Ədalət İmamı, Həzrət Əlinin (ə) şəhadət günüdür

27 May 2019 - 10:05


Bu gün birinci İmam, Həzrəti Əlinin (ə) şəhid edildiyi gündür. O 19 Ramazanda ən məlum şəxsiyyət olan İbni Mülcəm tərəfindən Kufə məscidində zərbətləndikdən sonra, 21 Ramazanda dünyasını dəyişmişdir.

Kimdir Əli (ə)?

Tarixi sənədlərə əsasən, İmam Əli (ə) "Ammul-fil" -Peyğəmbərin (s) doğulduğu 570-ci ildən 30 il sonra, cümə günü əzəmətli Kəbənin daxilində dünyaya göz açmışdır. O, həzrətin atası Əbdül-müttəlibin oğlu Əbu Talib (İmran), anası Fatimə binti Əsəddir. Xanım Fatimə Əsəd qızı doqquz aylıq hamilə olduğu halda dua etmək üçün Kəbəyə gəlir. Qəflətən Kəbənin divarı yarılır və Fatimə Əsəd qızı içəri girir. Sonra divar yenidən birləşir. Fatimə üç gün kəbənin içində tək qalır. Rəcəb ayının 13-də Kəbə həmin yerdən ayrılır, Fatimə qucağında bir uşaq bayıra çıxır. Və qeybdən bir səs eşidir: "Ey Fatimə! Bu hörmətli övladının adını Əli qoy!..."

Bu adın mənası "böyük", "yüksək", "uca" deməkdir... İndiyədək Əmirəl-möminindən (ə) başqa heç kəs bu müqəddəs məkanda (Kəbədə) doğulmayıbdır.
Rəvayətə görə, Əbdül-müttəlibdən sonra Əlinin (ə) təlim tərbiyəsini Peyğəmbər (s) öhdəsinə götürmüşdür. Əlinin (ə) 10 yaşı olanda Peyğəmbərə (s) iman gətirmişdir. Qurani-Kərimdə Əli (ə) haqqında 300-ə yaxın ayə nazil olmuşdur.

İmamətin atası olan Əli (ə) 63 illik ömründə dünyaya 36 övlad (17 oğlan, 19 qız ) bəxş eləmişdir. 30 il imamlıq dövrü yaşayan Əli (ə) hicri tarixinin 40-cı ilində, mübarək Ramazan ayının 19-da Kufə məscidində Əbdür-rəhman ibn Mülcəm (l.ə) tərəfindən qətlə yetirilmişdir.
Şərafətli qəbri müqqəddəs Nəcəf şəhərindədir.

Kimdir Həzrəti Əli?  - sualına bir neçə qısa cavab:
1. Rəsulullahın əmisinin oglu. 
2. Ona ilk iman edən uşaq.
3. Hicrət gecəsi Peyğəmbərin (s) yatağında yorğanı başına çəkib yatan, yəni ölümü gözə alan bir igid.
4. Rəsulullah onun atasının yanında böyüyüb, o Rəsulullahın yanında. Yəni, tərbiyyəni Rəsulullahdan(s) alıb. 
5. Rəsulullahın kürəkəni. Peyğəmbər (s) nəsli Həzrəti Fatimə və Həzrəti Əlinin nəsli ilə davam edir. 
6. Elmin qapısı. 
7.Ədalətli xəlifə. Həzrəti Əlinin şəhadəti ilə xəlifəlik bitir, İslamın səltənən dövrü başlayır... 
8. Allahın Aslanı, Heydər, Əbu Həsən, Əbu Turab ləqəbləri ilə də anılır...
9. Kəbədə dünyaya göz açan yeganə insan.
10. Rukuda zəkat verən və səcdədə zərbətlənib, şəhadətə çatan.

Mən, ya Rəsulallah!

Rəsulullah harda olarsa, Həzrəti Əli mütləq orada olardı. İman etdiyi 3-cü ilin sonlarında Rəsulullah (s) Allahın "qohumlarından başlayaraq" "açıq dəvət et!" əmrini yerinə yetirmək üçün doğmalarını evinə dəvət edir. Qonaqlıq verir və məqsədini açıqlayır. Əmisi Əbu Ləhəb ona qarşı çıxaraq bu dəvətinə əngəl olur. Rəsulullah (s) 13 yaşlı həzrət Əliyə deyir: "Nə edək, ya Əli?"
Həzrəti Əli "Onları bir daha toplayaq", - deyir. Beləliklə, ertəsi gün həmin qohumlar bir daha toplanır. Rəsulullah bir gün əvvəlki sözlərini təkrar edir, qohumlarından səs çıxmayınca Həzrəti Əli "mən sənə iman etdim, ya Rəsulullah!" deyərkən, orada olan dəvətlilər 13 yaşlı bu uşağın Rəsulullaha əl verməsini lağa qoyub gülmüşdülər. Lakin Allah Rəsulu ona uzanan o əli tutmuş və bir daha da buraxmamışdı. 

Həzrəti Əli o gün "ənə" (mən) deyərək önə çıxdığı kimi hicrətdə də "ənə" deyərək önə çıxmışdı. Daha sonra da ömrünü İslama qurban deyərək peyğəmbərlə döyüşlərə qatılmışdı: Bədrdə, Uhudda, Xəndəkdə... hər birində "ənə, ya Rəsulullah!" deyərək ön sıralarda vuruşmuşdu. İlk iman edənlərdən olduğu kimi hər zaman İslamın öndərlərindən olmuşdu. 

Bədrə əlində bayraq qatıldı, Uhudda qazi oldu, bütün cihadlarda Rəsulullahın yanında yer aldı, ən çətin döyüşlərdə ad-san qazandı.
Əli (ə) barədə peyğəmbərin dilindən bəzi hədislər:

Allahın Peyğəmbəri (s): "Səni yalnız mömin sevər və sənə yalnız münafiq ədavət bəsləyər." (Kənzul-Ummal, hədis 32878)

Allahın Peyğəmbəri (s): "Əli yaxşı əməl sahiblərinin rəhbəri və pis əməl sahiblərini öldürəndir. Kim ona yardım etsə, onun özünə də yardım edilər və onu tək qoyan köməksiz qalar." (Kənzul-Ummal, hədis 32909)

Allahın Peyğəmbəri (s) Əliyə işarə edərək buyurmuşdur: "Bu mənim sizin aranızda qardaşım, vəsim və canişinimdir. Onun əmrlərini eşidin və tabe olun." (Kənzul-Ummal, hədis 36419)

Allahın Peyğəmbəri (s): "Əli məndəndir, mən Əlidən. O, hər bir möminin vəli və başçısıdır." (Kənzul-Ummal, hədis 32938)

Allahın Peyğəmbəri (s): "Əli Quran ilə və Quran Əli ilədir və onlar hovuzun (Kövsər hovuzunun) kənarında mənim yanıma gələnə kimi heç vaxt bir-birlərindən ayrılmazlar." (Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.3, səh.124, hədis 125)

Allahın Peyğəmbəri (s): "Mən elmin şəhəri, Əli onun qapısıdır. Buna görə də elm istəyən kəs həmin qapıdan daxil olmalıdır." (Kənzul-Ummal, hədis 32979)

Allahın Peyğəmbəri  (s): "Mənimlə Əli bir ağacdanıq, digər insanlar isə müxtəlif ağaclardan." (Kənzul-Ummal, hədis 32943)

Allahın Peyğəmbəri (s) Əliyə (ə): "Səninlə mənim məqamım Harunla Musanın məqamı kimidir, bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur." (Kənzul-Ummal, hədis 32881)

Allahın Peyğəmbəri (s): "Əlinin bu ümmətin boynunda olan haqqı, atanın övladının boynunda olan haqqı kimidir." (Biharul-Ənvar, c.36, səh.5, hədis 1)

İmam Əlinin (ə) şəəhadəti münasinətilə, əsrin İmamı və naibləri, dünya müsəlmanları və bütün ədalətsevərlərə dərin hüznlə başsağlığı veririk!


Islamazeri.com

Xəbər lenti

СМИ сообщили о жесткой позиции РФ перед саммитом в Париже
2019-12-09 19:44

Берлин требует от Москвы уступок Украине по ситуации в Донбассе
2019-12-09 19:41

Украинские радикалы устроили провокацию с флагами России, ДНР и ЛНР в Париже
2019-12-09 19:38

Суд Лондона начал слушания по долгу Украины перед Россией в $3 млрд
2019-12-09 19:35

NATO Baş katibi: Rusiya düşmənimiz deyil
2019-12-09 19:33

Şeyx İbrahim Zəkzakidən yeni xəbər - Təcili
2019-12-09 19:28

Çin hökuməti dövlət qurumlarını xarici xüsusi xidmət orqanlarından belə qoruyacaq
2019-12-09 19:26

ABŞ və "Taliban" arasında danışıqlar yenidən başladı
2019-12-09 19:23

Türkiyə və İran XİN başçıları arasında görüş oldu
2019-12-09 19:21

Gürcüstan ombudsmanı azərbaycanlı gəncləri mükafatlandırıb
2019-12-09 19:20

Türkiyədə terror aktı törədilib, 2 təhlükəsizlik əməkdaş şəhid olub, 7-si yaralanıb
2019-12-09 19:18

Ərdoğan Fransa prezidentini tənqid edib: "Qarşımda susur"
2019-12-09 19:03

Türkiyə 11 fransalı İŞİD-çini ölkəsinə təhvil verib
2019-12-09 19:01

Gürcüstan iqtisadiyyatına qoyulan xarici investisiyalar artıb
2019-12-09 19:00

BMT Baş katibinin müşaviri: "Rohinca müsəlmanlarına qarşı hərəkətlər soyqırımı kimi qəbul edilə bilər"
2019-12-09 18:58

Samoada qızılca epidemiyasından 70 nəfər ölüb
2019-12-09 18:57

Əfqanıstanda partlayış - 8 hərbçi həlak olub
2019-12-09 14:47

İran və Səudiyyə gələn ilin həcc mərasimi ilə bağlı yeni anlaşma əldə ediblər
2019-12-09 14:46

Bağdadda hava limanı ərazisinə atılan raketlər 6 əsgərin yaralanmasına səbəb olub
2019-12-09 14:43

İran gələn ilin büdcəsini açıqlayıb
2019-12-09 14:42

Səudiyyəli din xadimləri cinayətlərin lehinə fətva verməkdə ittiham olundular
2019-12-09 14:41

Mənbicdə vəziyyət dəyişir, nəzarət Suriya qüvvələrinin əlinə keçir
2019-12-09 14:40

Səudiyyədə qadınlar restorana artıq kişilərlə eyni qapıdan girə biləcək
2019-12-09 14:39

Yəmənli xəstələrlə bağlı həyəcan təbili çalındı
2019-12-09 14:38

Yəmənli lider sudanlıların geri çəkilmələrini şərh etdi
2019-12-09 14:37

İranda parlament seçkilərində iştirak etmək üçün 16 mindən çox insan qeydiyyatdan keçib
2019-12-09 14:36

İsrail rejimi ötən ay 44 fələstinlinin həyatına son qoyub
2019-12-09 14:35

Haşdu-şaabi “Aişə” terror təlim düşərgəsini yerlə bir etdi
2019-12-09 14:34

200-ə qədər İŞİD-çi düşərgədən sərbəst buraxılır
2019-12-09 14:33

İranda uranın zənginləşdirilməsi üçün yeni sentrifuqalar təqdim ediləcək
2019-12-09 11:13

Sutka ərzində Suriyaya mindən artıq qaçqın qayıdıb
2019-12-09 11:12

Suriyada “Su-35”lər İsrail təyyarələrini ələ keçirdi
2019-12-09 11:04

İranda qar yağdı, məktəblər bağlandı
2019-12-09 11:02

Qətər Səudiyyə ilə danışıqlara başladı – 2,5 il sonra
2019-12-09 11:01

İsrail rejimi təşfişdə: “Hizbullah Livanın cənubunda təsirini artırır”
2019-12-09 10:59

Ayətullah Sistani: “Yeni hökumətin qurulması prosesində tərəfsiz olacağam”
2019-12-09 10:58

Rusiya ordusu ilk dəfə İŞİD-in "paytaxtına" daxil olub
2019-12-09 10:51

Livanda yeni baş nazirin təyini və elan edilməsi növbəti dəfə təxirə düşüb
2019-12-09 10:50

Nəcəfdə Müqtəda Sədrin evi PUA-larla hücuma məruz qalıb
2019-12-09 10:49