Bu gün İslam aləminin ilk müsəlman xanımı Hz. Xədicənin vəfat günüdür!

16 May 2019 - 11:56

Bu gün mübarək ramazan ayının 10-u əziz İslam peyğəmbərinin zövcəsi, behişt xanımlarının sərvəri, ilk müsəlman qadın həzrət Xədicənin vəfatı günüdür.

İslaminSesi - Xanımın (ə) atası tarixi mənbələrdə Xuveylid ibn Əsəd, anası Fatimə binti Zaidə adilə qeyd olunur. Doğum tarixi peyğəmbərlikdən 40 il qabağa düşür, çünki Peyğəmbər (s)a peyğəmbərlik veriləndə o xanımın qirx yaşı olduğu deyilir.


Tarixi mənbələrdə Xanımın İslamdan qabaqkı həyatı barəsində ətraflı məlumat verilmir. Yalnız deyiblər ki, O şərəfli, nəsəbli, üstün əxlaqa malik olan, sərvətli, ticarətlə məşğul olan, atasından qalmış mirasa sahib bir xanım idi. 


Xədicə (s.ə) Allah Rəsulunun (s) ilk həyat yoldaşı olub. Hətta o xanımın vəfatına qədər başqa qadınla evlənməyib. Peyğəmbərin (s) Xədicə xanımdan 2 oğlu Qasim və Abdullah, 4 qızı Zeynəb, Ruqəyyə, Ummu Gülsum və Fatimə (s) dünyaya gəlib. 

 

 Xədicə bint Xüvəylid islam peyğəmbərilə (s) 25 il birgə yaşayıb. Məhəmməd (s) peyğəmbər Xədicənin (ə) cənnətin dörd xanımından biri olduğunu buyurub. Məhəmməd (s) peyğəmbər Xədicəyə (ə) olan istəyini həmişə müxtəlif yollarla bəyan edərdi. Xüsusilə, onun İslam dini yolunda göstərdiyi fədakarlıqlıqlar dillər əzbəri olmuşdur. Məhəmməd (s) peyğəmbər buyurub ki, o, məni elə bir zamanda müdafiə etdi ki, məkkəlilər mənə arxa çevirmişdi.


Xədicə xanımın Peyğəmbəri Əkrəmdən (s) qabaq ailəli olub olmaması mübahisəlidir. O xanımın Peyğəmbərdən qabaq ailəli olduğunu deyənlər də var, bunu inkar edenlər də. Məsələn Seyyid Mürtəza “ Şafi” kitabında, Şeyx Tusi özünün “ Təlxis” kitabında xanımın Həzrəti Peyğəmbərdən (s) qabaqkı evliliyini inkar edirlər.

 

İbni-Kəsir, İbn İshaqdan nəql edir ki, xanım Xədicə dürüstükdə, doğruçuluqda, gözəl əxlaqı ilə şöhrət tapmış Əmin ləqəbi ilə tanınan Muhəmmədi (s) öz ticarət karvanına rəhbər təyin edir, bütün işlərini Ona (s) tapşırır. Sonralar peyğəmbərdəki (s) bu üstünlükərin daha yaxından şahidi olan Xədicə (s) Onunla (s) evlənir.


Xədicə xanımın iman gətirməsi barəsində bütün alimlərin fikir birliyi vardır ki o xanım müsəlmanların ilk iman gətirənidir, hətta Peyğəmbərlə bərabər ilk namaz qılan kəsdir. O xanım peyğəmbərliyin ilk günlərindən daima Peyğəmbərin(s) yanında olmuş, Onunla (s) bərabər bütün əziyyətlərə dözmüş, hətta demək olarki bütün sərvətini islam yolunda sərf etmişdir.

 

Xanım hicrətdən üç il qabaq dunyasını dəyişmişdir. Allah Rəsulu onu məzara qoyarkən öz əbasına bükmüşdur. Məzarı Məkkə yaxınlığında Hcun dağının ətəyindədir. Miladi 8-ci əsrdə Xanımın məzarı üzərində məqbərə tikilmiş, miladi 950-ildə isə Osmanlı hökmüdarı Qanuni Süleyman tərəfindən Misir məqbərələrinə uyğun yenidən işlənmişdir.

 

Tarixin uzun illərinin sınağından keçib günümüzə qədər gəlib çatan xanımın o kiçik məqbərəsi Məkkə yaxınlığında ziyayətçilərin ixtiyarında idi. Ali Səud tərəfindən başqa məzhəbi ziyarətgahların dağıdıldığı kimi Xanımın da məqbərəsi dağıdılmışdır. Xanımın məzarı hazırda movcuddur və ziyərətçılərin ixtiyarındadır.


Xəbər lenti

NATO Baş katibi: Rusiya düşmənimiz deyil
2019-12-09 19:33

Şeyx İbrahim Zəkzakidən yeni xəbər - Təcili
2019-12-09 19:28

Çin hökuməti dövlət qurumlarını xarici xüsusi xidmət orqanlarından belə qoruyacaq
2019-12-09 19:26

ABŞ və "Taliban" arasında danışıqlar yenidən başladı
2019-12-09 19:23

Türkiyə və İran XİN başçıları arasında görüş oldu
2019-12-09 19:21

Gürcüstan ombudsmanı azərbaycanlı gəncləri mükafatlandırıb
2019-12-09 19:20

Türkiyədə terror aktı törədilib, 2 təhlükəsizlik əməkdaş şəhid olub, 7-si yaralanıb
2019-12-09 19:18

Ərdoğan Fransa prezidentini tənqid edib: "Qarşımda susur"
2019-12-09 19:03

Türkiyə 11 fransalı İŞİD-çini ölkəsinə təhvil verib
2019-12-09 19:01

Gürcüstan iqtisadiyyatına qoyulan xarici investisiyalar artıb
2019-12-09 19:00

BMT Baş katibinin müşaviri: "Rohinca müsəlmanlarına qarşı hərəkətlər soyqırımı kimi qəbul edilə bilər"
2019-12-09 18:58

Samoada qızılca epidemiyasından 70 nəfər ölüb
2019-12-09 18:57

Əfqanıstanda partlayış - 8 hərbçi həlak olub
2019-12-09 14:47

İran və Səudiyyə gələn ilin həcc mərasimi ilə bağlı yeni anlaşma əldə ediblər
2019-12-09 14:46

Bağdadda hava limanı ərazisinə atılan raketlər 6 əsgərin yaralanmasına səbəb olub
2019-12-09 14:43

İran gələn ilin büdcəsini açıqlayıb
2019-12-09 14:42

Səudiyyəli din xadimləri cinayətlərin lehinə fətva verməkdə ittiham olundular
2019-12-09 14:41

Mənbicdə vəziyyət dəyişir, nəzarət Suriya qüvvələrinin əlinə keçir
2019-12-09 14:40

Səudiyyədə qadınlar restorana artıq kişilərlə eyni qapıdan girə biləcək
2019-12-09 14:39

Yəmənli xəstələrlə bağlı həyəcan təbili çalındı
2019-12-09 14:38

Yəmənli lider sudanlıların geri çəkilmələrini şərh etdi
2019-12-09 14:37

İranda parlament seçkilərində iştirak etmək üçün 16 mindən çox insan qeydiyyatdan keçib
2019-12-09 14:36

İsrail rejimi ötən ay 44 fələstinlinin həyatına son qoyub
2019-12-09 14:35

Haşdu-şaabi “Aişə” terror təlim düşərgəsini yerlə bir etdi
2019-12-09 14:34

200-ə qədər İŞİD-çi düşərgədən sərbəst buraxılır
2019-12-09 14:33

İranda uranın zənginləşdirilməsi üçün yeni sentrifuqalar təqdim ediləcək
2019-12-09 11:13

Sutka ərzində Suriyaya mindən artıq qaçqın qayıdıb
2019-12-09 11:12

Suriyada “Su-35”lər İsrail təyyarələrini ələ keçirdi
2019-12-09 11:04

İranda qar yağdı, məktəblər bağlandı
2019-12-09 11:02

Qətər Səudiyyə ilə danışıqlara başladı – 2,5 il sonra
2019-12-09 11:01

İsrail rejimi təşfişdə: “Hizbullah Livanın cənubunda təsirini artırır”
2019-12-09 10:59

Ayətullah Sistani: “Yeni hökumətin qurulması prosesində tərəfsiz olacağam”
2019-12-09 10:58

Rusiya ordusu ilk dəfə İŞİD-in "paytaxtına" daxil olub
2019-12-09 10:51

Livanda yeni baş nazirin təyini və elan edilməsi növbəti dəfə təxirə düşüb
2019-12-09 10:50

Nəcəfdə Müqtəda Sədrin evi PUA-larla hücuma məruz qalıb
2019-12-09 10:49

Bağdadda etirazçılar arasında atışma olub, azı 10 ölü var (VİDEO)
2019-12-09 10:48

Facebook Ayətullah Xameneinin səhifəsini bağlayıb
2019-12-09 10:48

İraqda həbs olunan minlərlə mitinq iştirakçısı azadlığa buraxıldı
2019-12-09 10:45

Kərbəla şəhərinə giriş-çıxış 4 günlük bağlandı
2019-12-09 10:40