İnsan alverinin Azərbaycan varianti

07 Aprel 2012 - 12:14

Xaçmazdan Astaraya bir qadın gətirilib cinsi istismara məcbur edilir. Ancaq Azərbaycan qanunları ilə o, heç də insan alverinin qurbanı sayılmır. Yerli qanunvericiliklə, qurban yalnız ölkədən kənara çıxarıldığı halda bu, insan alveridir.

Beynəlxalq qaydalara görəsə, cinsi istismar o zaman insan alveri sayılır ki, qurban şantaj olunur, döyülür, sənədləri alınır, narkotikadan asılı edilir və s.

 

ÖLKƏDAXİLİ ALVER DAHA SƏRFƏLİDİR

»Beynəlxalq və yerli qaydalar arasındakı bu fərq son vaxtlar ölkədə insan alverində yeni tendensiya da yaradıb. Azərbaycanda insan alverçiləri indi daha çox ölkədaxili cinsi istismara keçiblər, çünki bu, daha «sərfəlidir»». Bunu Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyir.

»Ona görə də fahişəlik artır. Çünki ölkədaxili cəza demək olar yüngüldür. Əxlaqsızlıq yuvalarının saxlanması və cinsi istismara məcburetmə üçün cərimə yaxud şərti cəza nəzərdə tutulur».

Yerli qanunlar insan alveri ilə məşğul olanlar üçün 5 ildən 15 ilədək (xüsusi ağırlaşdırıcı hallarda) cəza nəzərdə tutur.

Mətanət Əzizovanın dediyinə görə, insan alveri məsələləri ilə məşğul olan QHT-lər məsələ qaldırırlar ki, insan alverində sərhəd məsələsi deyil, beynəlxalq qaydalar əsas götürülsün.

Ötən il Azərbaycanda insan alveri ilə bağlı 70 cinayət faktı qeydə alınıb, 4 cinayətkar qrup zərərsizləşdirilib, 18 cinayətkar ifşa edilib. Aşkar olunan insan alveri qurbanlarının sayı isə 27 nəfərdir. Bu məlumatı ötən ilin sonlarında DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev səsləndirib.

 

STATİSTİKA NAMİNƏ

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova isə deyir ki, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi daha çox cinsi istismarla mübarizə ilə məşğul olur. Çünki bu, daha rahatdır:

»Bizdə fahişəliklə məşğul olmaq, əxlaqsızlıqla məşğul olmağı birləşdirib rəqəmləri şişirdirlər ki, statistika çox olsun. Könüllü fahişəlik ümumiyyətlə insan alverinə aid deyil».

Hazırda dünyada isə 2,4 milyon adam insan alverinin qurbanıdır. Onlardan 80 faizi cinsi istismara məruz qalır. Bunu BMT-nin Narkotika və Cinayətkarlıqla Mübarizə İdarəsi aprelin 3-də bildirib.

 

İLDƏ 32 MİLYARD DOLLARLIQ GƏLİR

İdarənin başçısı Yury Fedotov ​​BMT Baş Assambleyasının insan

alverinə həsr olunmuş iclasında deyib ki, qurbanların 17 faizi evlərdə və mağazalarda məcburi əməyə cəlb olunur.

O, bildirib ki, insan alveri şəbəkələrini idarə edən cinayətkarlar ildə 32 milyard dollar qazanır. Hər üç qurbandan ikisi isə qadındır.

Fedotov deyib ki, bu cinayətkarlar cəmiyyətin böyük hissələri üçün problemdir.

»Eyni zamanda 2,4 milyon adam bu alçaldıcı və aşağılayıcı cinayətdən əziyyət çəkir», bunu Fedotov deyir.

Fedotovun Vyanada yerləşən ofisindən verilən məlumata görə, yalnız 100 qurbandan birini xilas etmək mümkün olur. Fedotov bu cinayətkarlıqla mübarizədə yerli, regional və beynəlxalq cəhdlərin koordinasiya olunmasına çağırıb.

 

 


azadxeber.az

Xəbər lenti

Səudiyyə atəşkəsin olduğu Yəmənin əl-Hudeyda əyalətinə aviazərbələr endirməyə başlayıb
2019-09-20 14:47

Yəməndə Səudiyyənin bir polkovnik rütbəli zabiti daxil olmaqla 5 hərbçisi ölüb
2019-09-20 14:46

Siyasi məhbusun oğlu koloniyada atasının vəziyyətinin ağır olduğunu bildirir
2019-09-20 11:57

İran təhdid etdi: Böyük müharibə başlayacaq
2019-09-20 10:44

BƏƏ ABŞ-ın yaratdığı koalisiyaya qoşulub
2019-09-20 10:43

Ərəb koalisiyası Yəməndə hərbi əməliyyatlara başladı
2019-09-20 10:41

İranın xarici işlər naziri Nyu-Yorka gedib
2019-09-20 10:37

Ərəb baharının kənarlaşdırdığı ilk diktator vəfat edib
2019-09-20 10:36

Pakistanın Baş Naziri Səudiyyə liderləri ilə görüşdü
2019-09-20 10:33

Terrorçular İdlibdən mülki vətəndaşların çıxmasına mane oldular
2019-09-20 10:32

Suriya HHM İsrailə məxsus PUA-nı vurdu - Video
2019-09-20 10:23

Səudiyyə Ərəbistanı İraqdan 20 milyon barel neft istədi
2019-09-20 10:22

Yəmənlilər onlarla Səudiyyə qüvvəsini öldürdü
2019-09-20 10:19

İran Səudiyyə Ərəbistanı neft sahələrinə hücumla bağlı iddialara sübut tələb etdi
2019-09-20 10:18

Rusiya və Uqanda nüvə razılaşması imzaladı
2019-09-20 07:46

Lavrov İrana yönələn ittihamlara münasibət bildirdi
2019-09-20 07:44

Fransalı nazir İrana çağırış etdi
2019-09-20 07:42

ABŞ Ukraynaya 250 milyon dollarlıq hərbi yardımı təsdiqləyib
2019-09-20 07:41

Serqey Lavrov: “ABŞ kosmosa silah yerləşdirir”
2019-09-20 07:27

Konqoda etnik düşmənçilik zəminində 28 nəfər öldürülüb
2019-09-20 07:26

Gürcüstan İŞİD-lə əlaqədə şübhəli bilinən şəxsi Rusiyaya təhvil verib
2019-09-20 07:25

Ombudsman: “Gürcüstanda erkən nikahlar yalnız etnik azlıqların məskunlaşdığı bölgələrdə yayılmayıb”
2019-09-20 07:23

Rusiya XİN: İran Xəzərin hüquqi statusu haqqında Konvensiyanı gələn il imzalaya bilər
2019-09-20 07:21

Məhkəmə Gürcüstanın sabiq müdafiə nazirini həbsdə saxlayıb
2019-09-20 07:20

Gürcüstanın iqtisadiyyat naziri: “Energetika Nazirliyinin yaradılması nəzərdən keçirilməyəcək”
2019-09-20 07:18

Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 12,8% artıb
2019-09-20 07:17

Yəhudilər əl-Xəlilə basqın etdi; 10 yaralı
2019-09-19 15:48

İranda zəlzələlər davam edir - Yenə oldu
2019-09-19 15:46

İran parlamenti ABŞ-a qarşı sanksiyaları düşünür
2019-09-19 15:43

İran bölgədə gərginliyin yeni dalğası fonunda irimiqyaslı hərbi təlimlərə start verir
2019-09-19 15:40

Əfqanıstanda aviasiya zərbəsi nəticəsində azı 30 nəfər həyatını itirdi
2019-09-19 15:38

160-a qədər iraqlı qaçqın Türkiyədən geri döndü
2019-09-19 15:31

Səudiyyə koalisiyasının casus təyyarəsi Yəmənin Taiz şəhərində vuruldu
2019-09-19 11:21

Ayətullah Xamenei: “Ərbəin bizi ucalığa götürən qüvvətli bir vasitədir”
2019-09-19 11:20

Yəmənin ərəbistanın neft təsisatlarına qarşı əməliyyatının yeni detalları
2019-09-19 11:19

Neft qiymətləri ucuzlaşıb, Səudiyyə Ərəbistanı zədələnmiş obyektləri bərpa edir
2019-09-19 11:16

Əfqanıstanda dəhşətli terakt: 20 ölü, 95 yaralı
2019-09-19 11:12

“Patriot” Səudiyyəyə hücum edən dronları niyə vura bilmədi?
2019-09-19 11:11

Səudiyyə Ərəbistanı benzin almaq üçün İrana müraciət etdi
2019-09-19 11:05