Nə Tökərsən Aşına O, Çıxar Qaşığına MTN-nin atdığı silahlar və MTN-ə atılan silahlar

07 Aprel 2012 - 11:03

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Milli Təhlükəsizlik Nazirliyi Gəncədə həyata keçirilmiş əməliyyatla bağlı rəsmi məlumat yayıb.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq və əhali arasında vahimə yaratmaq məqsədilə təxribat-pozuculuq və bir sıra terrorçuluq aksiyalarını planlaşdıran qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin 17 üzvü ifşa edilərək yaxalanıb.

MTN-in İctimai Əlaqələr Mərkəzindən cümə günü Trend-ə verilən məlumata görə, Bakı, Gəncə, Sumqayıt şəhərlərində, eləcə də Qax, Zaqatala, Şəki və Qusar rayonlarında həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində silahli birləşmənin saxlanılmış üzvlərindən terror-təxribat aksiyalarında istifadəsi nəzərdə tutulan 4 ədəd "AKM" tipli avtomat silah, 1 ədəd "RPK" tipli pulemyot, 2 ədəd "Makarov", 1 ədəd "Naqan", 1 ədəd "Steçkin" tipli tapancalar, 2 ədəd "Karabin" tipli tüfəng, 6 ədəd güllə ilə dolu tapança darağı, 300 ədəd müxtəlif çaplı patron, 31 ədəd əl qumbarası, 15 ədəd uzaqdan idarə edilən partlayıcı qurğu, 3 ədəd detonator, külli miqdarda partlayıcı maddə olan plastid, 3 ədəd avtomat silah üçün daraq, 30 ədəd "Kenwood" markalı rabitə aparatı, 3 ədəd süngü bıçağı, terrorçuluğu və cihadı təbliğ edən ədəbiyyat, habelə qanunla qadağan edilmiş xeyli sayda hərbi ləvazimat və digər əşyalar aşkar edilərək götürülüb.

Gəncə şəhərində həyata keçirilmiş əməliyyat tədbirləri zamanı Milli Təhlükəsizlik Nazirliyinin "Qartal" xüsusi təyinatlı dəstəsinin əməkdaşlarına qarşı şiddətli silahlı müqavimət göstərilib. Təslim olmaq barədə qanuni tələbə tabe olmayan şəxslər tərəfindən xüsusi təyinatlılara odlu silahlardan atəşlər açılıb və əl qumbarası atılıb. Nəticədə Milli Təhlükəsizlik Nazirliyinin bir əməkdaşı həlak olub və 3 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə silahlı müqavimət göstərən şəxslərdən biri məhv edilib, biri yaralanıb, qrupun daha iki üzvü isə yaxalanıb.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

P.S. Vəzifə borcunu yerinə yetirən həmvətənlərin az əvvəl saxta silah və narkotika ittihamı ilə yüzə yaxın şiə müsəlmanı həbsə alması hazırkı əməliyyata münasibətdə də şübhə yaradır. Bütün ölkə bilir ki, hicab yasağı kontekstində həbs olunmuş dindarlarda nə silah olub, nə narkotika. Silah olsaydı Gəncədəki kimi açılardı, narkotika olsaydı dindarlıq olmazdı. Görən bu gün itki verən MTN məsulları şərlədikləri hicab məhbuslarına görə azca da olsa xəcalət çəkirmi? Bugünkü hadisələr ötən böhtanların əks-sədası deyil ki?

 

 


abna.co

Xəbər lenti

Səudiyyə atəşkəsin olduğu Yəmənin əl-Hudeyda əyalətinə aviazərbələr endirməyə başlayıb
2019-09-20 14:47

Yəməndə Səudiyyənin bir polkovnik rütbəli zabiti daxil olmaqla 5 hərbçisi ölüb
2019-09-20 14:46

Siyasi məhbusun oğlu koloniyada atasının vəziyyətinin ağır olduğunu bildirir
2019-09-20 11:57

İran təhdid etdi: Böyük müharibə başlayacaq
2019-09-20 10:44

BƏƏ ABŞ-ın yaratdığı koalisiyaya qoşulub
2019-09-20 10:43

Ərəb koalisiyası Yəməndə hərbi əməliyyatlara başladı
2019-09-20 10:41

İranın xarici işlər naziri Nyu-Yorka gedib
2019-09-20 10:37

Ərəb baharının kənarlaşdırdığı ilk diktator vəfat edib
2019-09-20 10:36

Pakistanın Baş Naziri Səudiyyə liderləri ilə görüşdü
2019-09-20 10:33

Terrorçular İdlibdən mülki vətəndaşların çıxmasına mane oldular
2019-09-20 10:32

Suriya HHM İsrailə məxsus PUA-nı vurdu - Video
2019-09-20 10:23

Səudiyyə Ərəbistanı İraqdan 20 milyon barel neft istədi
2019-09-20 10:22

Yəmənlilər onlarla Səudiyyə qüvvəsini öldürdü
2019-09-20 10:19

İran Səudiyyə Ərəbistanı neft sahələrinə hücumla bağlı iddialara sübut tələb etdi
2019-09-20 10:18

Rusiya və Uqanda nüvə razılaşması imzaladı
2019-09-20 07:46

Lavrov İrana yönələn ittihamlara münasibət bildirdi
2019-09-20 07:44

Fransalı nazir İrana çağırış etdi
2019-09-20 07:42

ABŞ Ukraynaya 250 milyon dollarlıq hərbi yardımı təsdiqləyib
2019-09-20 07:41

Serqey Lavrov: “ABŞ kosmosa silah yerləşdirir”
2019-09-20 07:27

Konqoda etnik düşmənçilik zəminində 28 nəfər öldürülüb
2019-09-20 07:26

Gürcüstan İŞİD-lə əlaqədə şübhəli bilinən şəxsi Rusiyaya təhvil verib
2019-09-20 07:25

Ombudsman: “Gürcüstanda erkən nikahlar yalnız etnik azlıqların məskunlaşdığı bölgələrdə yayılmayıb”
2019-09-20 07:23

Rusiya XİN: İran Xəzərin hüquqi statusu haqqında Konvensiyanı gələn il imzalaya bilər
2019-09-20 07:21

Məhkəmə Gürcüstanın sabiq müdafiə nazirini həbsdə saxlayıb
2019-09-20 07:20

Gürcüstanın iqtisadiyyat naziri: “Energetika Nazirliyinin yaradılması nəzərdən keçirilməyəcək”
2019-09-20 07:18

Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 12,8% artıb
2019-09-20 07:17

Yəhudilər əl-Xəlilə basqın etdi; 10 yaralı
2019-09-19 15:48

İranda zəlzələlər davam edir - Yenə oldu
2019-09-19 15:46

İran parlamenti ABŞ-a qarşı sanksiyaları düşünür
2019-09-19 15:43

İran bölgədə gərginliyin yeni dalğası fonunda irimiqyaslı hərbi təlimlərə start verir
2019-09-19 15:40

Əfqanıstanda aviasiya zərbəsi nəticəsində azı 30 nəfər həyatını itirdi
2019-09-19 15:38

160-a qədər iraqlı qaçqın Türkiyədən geri döndü
2019-09-19 15:31

Səudiyyə koalisiyasının casus təyyarəsi Yəmənin Taiz şəhərində vuruldu
2019-09-19 11:21

Ayətullah Xamenei: “Ərbəin bizi ucalığa götürən qüvvətli bir vasitədir”
2019-09-19 11:20

Yəmənin ərəbistanın neft təsisatlarına qarşı əməliyyatının yeni detalları
2019-09-19 11:19

Neft qiymətləri ucuzlaşıb, Səudiyyə Ərəbistanı zədələnmiş obyektləri bərpa edir
2019-09-19 11:16

Əfqanıstanda dəhşətli terakt: 20 ölü, 95 yaralı
2019-09-19 11:12

“Patriot” Səudiyyəyə hücum edən dronları niyə vura bilmədi?
2019-09-19 11:11

Səudiyyə Ərəbistanı benzin almaq üçün İrana müraciət etdi
2019-09-19 11:05