AİP sədri Mövsüm Səmədov olduqca ləyaqətli, sözün düzünü deyən Allah adamıdır - ziyalı (MÜSAHİBƏ(

11 Yanvar 2012 - 11:16

Mövsüm Səmədov olduqca ləyaqətli bir insandır. Sözün düzünü deyən, Allah adamıdır. Əslində, demokratiyanın əsas atributlarından biri, söz azadlığıdır. Əsl ziyalı Allahdan, xalqdan və dövlətçilikdən başqa hər şeyə müxalif olandır. Bu fikirləri SalamNews-a müsahibəsində Azərbaycan Ziyalıları Hərəkatının sədri Eldəniz Quliyev deyib.

 

- Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovun həbsindən bir il ötdü. Bu haqda nə deyə bilərsiniz?

- Mən təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycanda şəxsiyyətli insanlar, ədalətli söz demək iqtidarında olan şəxslər, düz danışan, haqqı deyən insanlar nədənsə son zamanlar təqibə məruz qalırlar. Bu acı hiss doğurur. Bəzi ziyalılarımız var ki, onlar xalqın ağrısını, dərdlərini “su çəkən” kimi özlərinə hopdurublar.

 

Mövsüm Səmədov olduqca ləyaqətli bir insandır. Sözün düzünü deyən, Allah adamıdır. Bəzən deyirlər ki, ziyalı kimdir? Düz danışan, haqqı, ədaləti deyən insan müxalifdirmi? Bəli, müxalifdir. Lakin biz başa düşdüyümüz ənənəvi müxalif yox. Əsl ziyalı Allahdan, xalqdan və dövlətçilikdən başqa hər şeyə müxalifdir, o cümlədən müxalifətin özünə də müxalifdir. Dostum, qardaşım Mövsüm Səmədov məhz bu cür insandır. Əminəm ki, o, xalqını, dövlətini və dövlətçiliyini, Azərbaycan mənəviyatını o qədər sevirdi ki, onu şəxsi mənafedən hər an üstün tuturdu.

 

- Bu siyasət düzgündürmü və bunun fəsadları ola bilərmi?

- Azərbaycanda çox böyük səhv siyasət yürüdülür. Bu nədən ibarətdir? Bu ondan ibarətdir ki, çox zaman dövlətçiliyimizi dövlət başçısı ilə bərabərləşdiririk. Bu, fəsadlar törədir, o cümlədən sosial ədalətsizlik yaradır. Hər-hansı məmura deyirlərsə, get bir papaq gətir, gedib baş gətirir. Buyuruq quluna çevrilirlər. Sosial ədalətsizlik, hər yerdə, hər şeydə ekstremal şərait yaradır və sonda həmin ekstrimal vəziyyət ekstrimizm yaradır. Bundan qorxmaq lazımdır. Dövlətçilik əbədidir, lakin dövlət başçısı əbədi ola bilməz. Əslində, demokratiyanın əsas atributlarından biri, söz azadlığıdır. Elə həmin dostlarımız “sözə” görə azad oldular. Bu, eyni zamanda Azərbaycan demokratiyasına vurulan zərbə oldu. Bu, paradoksdur.

 

Konfutsinin belə bir sözü var: “Məhkəmələrin rüşvətlə işləməsi onun sifarişlə işləməsindən yaxşıdır”. Fikir verin, son dövrlərdə nəqədər sifarişli həbslər olub. Həbs olunan qardaşlarımız nə istəyirdilər? Onlar xalqın mənəviyatının təmizliyini, əxlaqlı olmasını, mədəni etik davranış qaydalarına riayət etməsini istəyirdilər. Eyni zamanda, bu insanlar İlahinin buyurduqlarının yerinə yetirmək istəyirdilər.

 

- Ümumiyyətlə, bununla bağlı çıxış yolunu nədə görürsünüz?

- Əslində, bu həbslər bəzi məmurlar tərəfindən dəlinin quyuya daş atma fenomenini yaratdı. Kimsə quyuya daş atdı, indi onu çıxarmaq mümkün deyil. Hesab edirəm ki, biz düz sözü deməliyik, dostlarımızı axıra qədər müdafiə etməliyik. Çünki onlar haqlı idilər, onlar həqiqəti deyirdilər.

Belə bir fikir var ki, “düz dayanmısansa kölgənin əyri dayanmağından qorxma”. Biz düz dayanmışıq, biz düz sözü deyirik. O, düz sözü deyib, haqqı, ədaləti istəyən qardaşlarımızın müdafiəsində hər an varıq. Başqa alternativ yoxdur. Allah Təalanın sözü var ki, ədalətsizliyə qarşı, zülmə, zülmkara qarşı mübarizə aparmayanın insanın yeri cəhənnəmdir. Məhz bunu əsas götürməliyik.

 


aran aqentliyi

Xəbər lenti

ÜST-dən məyusedici peyvənd açıqlaması
2020-09-22 17:41

ABŞ sanksiyaları İranla sərbəst münasibətlərimizə mane olmayacaq
2020-09-22 17:38

Merkel BMT-yə çağırış etdi
2020-09-22 17:36

Fransada yeni qanun layihəsi müsəlmanların narahatlığına səbəb oldu
2020-09-22 17:34

Parlament sədri ancaq bu şərtlə Rusiya ilə münasibətlərin normalaşmasından danışıla biləcəyini açıqladı
2020-09-22 17:31

Gürcüstan 2021-ci ilin əvvəlində avro-5 standartlı Azərbaycan dizelini ala bilməyəcək
2020-09-22 17:29

"Mixail Saakaşvilini yenidən hakimiyyətdə görmək istəmirəm"
2020-09-22 17:27

Hökumət adminstrasiyasından sərt karantin rejimi ilə bağlı açıqlama verildi
2020-09-22 17:24

Hökumət administrasiyasının rəhbəri yazılan cərimələrdən danışdı
2020-09-22 17:22

Gürcüstanda daha bir nəfər koronavirusdan öldü
2020-09-22 17:20

İsrailin 10 ildir Bəhreyndə ofisi var
2020-09-22 14:04

Lavrov ABŞ-ın İrana qarşı sanksiya tələbindən danışdı
2020-09-22 12:18

Çin dövlət başçısı BMT-nin qorunub saxlanılmasını istədi
2020-09-22 12:16

İdlibdəki terror təhdidləri hələ də aradan qaldırılmayıb
2020-09-22 12:15

BMT TŞ-nin daimi üzvü olmağa hazırıq
2020-09-22 12:13

ÜST Rusiyanın koronavirus vaksininə müsbət rəy verdi
2020-09-22 12:11

Baş nazir Giorgi Qaxaria xaricə işləmək üçün gedən vətəndaşlar haqda danışdı
2020-09-22 12:09

Gürcüstanda bu gün koronavirusa yoluxanların hansı bölgələrdən olduğları açıqlandı
2020-09-22 12:06

Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı (REKORD)
2020-09-22 10:17

Gürcüstanda COVID-19 xəstəsi olan 2 nəfər öldü
2020-09-22 10:20

ABŞ İranın Müdafiə Nazirliyinə yeni sanksiyalar tətbiq edib
2020-09-22 10:01

İraq Fransadan külli miqdarda silah alacağını bildirib
2020-09-22 10:00

İraqda İŞİD terrorçuları yaxalandı
2020-09-22 09:56

Bəhreyndə nümayişçilərə hücum edildi
2020-09-22 09:54

İran ABŞ-la məhbusların mübadiləsinə hazırdır
2020-09-22 09:50

İŞİD-in ölümlə üz-üzə qoyduğu azyaşlılar və qadınlar xilas edildi - VİDEO
2020-09-22 09:41

Azərbaycanda koronavirusa yoluxma sayı
2020-09-22 09:39

Türkiyə və Rusiya hərbçiləri növbəti dəfə birgə təlim keçirdi
2020-09-21 17:31

ABŞ sanksiyalarından qorxmuruq, öyrəşmişik
2020-09-21 17:29

Çin ABŞ-ın simulyativ bazasına zərbələr endirdi
2020-09-21 17:26

Yunanıstanın silah şirkəti İsrailə satıldı
2020-09-21 17:24

Yunanıstan Türkiyə ilə sərhədinə xaç yerləşdirdi
2020-09-21 17:22

"Ölkəmiz "Yaşıl zona" statusunda qalmaqda davam edir"
2020-09-21 17:17

Daha çox insana kömək edəcəyik
2020-09-21 17:09

"Acariyada epidemioloji vəziyyət gərgindir..."
2020-09-21 17:06

"Mən Vanqa deyiləm, amma ... 2021- ci il koronavirusun son ili olmalıdır"
2020-09-21 17:03

"Bu adamın demək olar ki, hər çıxışı İvanişvilinin təbliğatı üçün bir hədiyyədir”
2020-09-21 17:01

Taliban Əfqanıstan təhlükəsizlik qüvvələrinə hücum edib, 26 ölü var
2020-09-21 15:42

İranın xarici işlər naziri Moskvaya rəsmi səfərə gedir
2020-09-21 15:42