Azərbaycanda yenidən böyük xalq hərəkatı olacaq''

28 Dekabr 2011 - 12:00

20 ilə yaxın fasilədən sonra Rusiyada 100 mindən yuxarı insanın qatıldığı möhtəşəm mitinq keçirildi. Kifayət qədər sərt rejimin mövcud olduğu Rusiyada belə xalq, nəhayət, kütləvi şəkildə ayağa qalxıb. Bir çox cəhətdən şimal qonşusuna bağlı olan Azərbaycanda nədən 10 minlik mitinqlər alınmır?

AXCP sədri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Əli Kərimli öncə bildirdi ki, Rusiyada çox ciddi proseslər gedir və bu, yalnız mitinqlərdən ibarət deyil. Ümumiyyətlə, Rusiya mətbuatı, siyasi dairələri, elitası böyük dəyişiklik ərəfəsindədir. Demək olar ki, hər gün rus cəmiyyəti, Rusiya elitası o konsensusa yaxınlaşır ki, ölkənin demokratikləşməsinin alternativi yoxdur: “Ona görə də mən əminəm ki, bu proses bir az vaxt aparsa da, Rusiyanın demokratikləşməsi ilə başa çatacaq. Artıq hiss olunur ki, Rusiyanın demokratikləşməsinin qarşısını alacaq yetərli bir güc yoxdur. Proses ona doğru gedir ki, Rusiyada demokratikləşmə prosesi hər mərhələdə daha yeni təkan alacaq və son nəticədə bu ölkənin demokratikləşməsində ciddi uğur əldə olunacaq. Rusiyada proseslərin bu şəkildə getməsi bir daha təsdiq edir ki, demokratikləşmə qlobal bir prosesdir. Yəqin ki, dekabr ayına qədər Rusiya jurnalistləri də bu ölkənin siyasətçilərinə belə sualları verirdilər ki, niyə filan xalqların bu cür böyük etirazları olur, amma rus xalqı bunu edə bilmir?”

Əli Kərimli qeyd etdi ki, hər bir xalqın kütləvi şəkildə mübarizəyə qalxmasına təsir eləyən faktorlar var. Həmin faktorlardan asılı olaraq müxtəlif müddətlərdə bu addımlar atıla bilər: “Mən Azərbaycan xalqını daha mübariz hesab edirəm. Çünki Azərbaycan xalqı rus xalqı və digər SSRİ xalqları ilə birlikdə birinci milli oyanış və kütləvi etiraz dalğasını 1988-1991-ci illərdə yaşayıb. Bu proses Azərbaycanda həm müstəqilliyin, həm demokratiyanın əldə olunması ilə yekunlaşıb. Rusiyada da təqribən həmin oxşar trayektoriyalarla baş verib. Amma Rusiyada 1991-ci ilin ”QKÇP"-sindən sonra 20 il idi belə etirazlar olmamışdı. Yadınıza salın Azərbaycandakı 1998-ci ilin, 2003-cü ilin, 2005-ci ilin möhtəşəm mitinqlərini. Yəni Rusiyada qəbiristanlıq sabitliyi davam etdiyi dövrlərdə Azərbaycan xalqı böyük etiraz mitinqləri keçirib".

AXCP sədrinin sözlərinə görə, nəticə ona görə olmayıb ki, Azərbaycanda daha qəddar rejim var. Azərbaycanın geopolitik mövqeyi elə olub ki, həmin dövrlərdə dünyada gedən proseslər müxalifətin əleyhinə olub: “Dünya həmin dövrdə bizi eşitmək, anlamaq iqtidarında deyildi. Azərbaycanın demokratikləşməsinə beynəlxalq aləm tərəfindən heç bir dəstək, o cümlədən informasiya dəstəyi də verilməyib. O mərhələlər artıq geridə qalıb. Azərbaycanda yenidən böyük xalq hərəkatı olacaq. Bunun simptomlarını hiss edirəm. Elə gənclərlə bu yaxınlarda keçirdiyim görüşün kütləviliyi, oradakı coşqu məni əmin elədi ki, doğrudan da siyasi mübarizə meydanlarına yeni bir gənclik nəsli gəlir. Bu gənclik qarşıdakı gözlənilən böyük dəyişikliklərin əsas hərəkətverici qüvvəsi olacaq. Azərbaycan hakimiyyəti də bunu bildiyinə görə gənclərə münasibətdə xüsusi repressiv davranır. Yəni Azərbaycanda da böyük etirazlar, mitinqlər olacaq. Son illərdə olmamağının iki səbəbi var. Biri ondan ibarətdir ki, xalq dəfələrlə cəhd edib və bu cəhdlər uğur qazanmadığına görə həm bir az enerjisi azalıb, həm də bir qədər küskünləşib. Bizdən də, Qərbdən də, hər kəsdən bir az küsüb. Bunun da rolu var. Eyni zamanda Azərbaycandakı hakimiyyət daha qəddar olduğuna görə hətta bir piketə, qapalı zallarda toplantı keçirməyə imkan verməmək qədər qəddar olduğu üçün hələlik Azərbaycanda proseslərin önü açılmayıb”.

Əli Kərimli vurğuladı ki, Rusiyadakı proses özü də Azərbaycan iqtidarına sübut eləməlidir ki, belə zorakı üsullarla xalqın qarşısını uzun müddət almaq olmaz: “Çünki bərk sıxılan yay daha da bərk açılır. Ona görə də Rusiya liderləri düzgün yol seçiblər. Onlar xalqın artan təzyiqləri qarşısında repressiyaları yox, islahatları artırmağa çalışırlar. İlham Əliyevin də hələ ki seçim vaxtı var. Ya dünyada gedən prosesləri, Azərbaycan xalqının demokratiya istəklərini nəzərə alıb heç olmasa indi demokratik dəyişikliklərin önünü açmalıdır. Yaxud da artıq elə bir vəziyyət yaranacaq ki, situasiya bütövlükdə xalqın nəzarətinə keçəcək. O zaman hakimiyyətin nəyi, necə düşünməsinin bir fərqi olmayacaq”.

FaktXeber

 


Xəbər lenti

Moldova aviareysləri bərpa edir
2020-06-04 07:06

Bayden seçki yarışında yenidən Trampı qabaqladı
2020-06-04 06:58

BMT Yəmən üçün lazım olan pulu toplaya bilmir
2020-06-03 22:17

Çin və Hindistan hərbçiləri son hadisələri müzakirə edəcək
2020-06-03 22:09

Türkiyədə daha 24 nəfər koronavirusdan ölüb
2020-06-03 22:04

Rusiyada koronavirusdan ölənlərin sayı 5 215-ə çatdı
2020-06-03 21:58

Gürcüstanda ərzaq məhsulları bahalaşıb - Statistika
2020-06-03 21:33

Gürcüstan NATO standartlarına uyğun yeni hərbi texnika alacaq
2020-06-03 21:30

Gürcüstan hökuməti xaricdən milyardlarla borc götürür
2020-06-03 21:27

Gürcüstanda COVID-19-a yoluxan xəstələrin 80%-i sağalıb
2020-06-03 21:22

Gürcüstanda daxili uçuşlar bərpa olunur
2020-06-03 21:18

"Gürcü Arzusu" koronavirus səbəbindən seçki görüşlərindən imtina edə bilər - Açıqlama
2020-06-03 21:13

Giorgi Qaxarianın baş nazir vəzifəsindən istefa verəcəyi barədə məlumat yalandır
2020-06-03 20:07

Çexiya Gürcüstanı turistlər üçün təhlükəsiz ölkələr kateqoriyasına daxil edəcək
2020-06-03 20:02

İraqın Baş naziri kabinetini tamamladı
2020-06-03 15:27

Qətər: Fələstinə dəstək verməyə davam edəcəyik
2020-06-03 15:26

İsrail qüvvələri daha 20 fələstinlini saxladı
2020-06-03 15:24

Dubayda ticarət mərkəzləri fəaliyyətini bu gündən bərpa edəcək
2020-06-03 15:12

Ayətullah Xamenei ABŞ-dakı etirazlara maraqlı münasibət bildirib
2020-06-03 15:10

İranda koronavirusdan ölənlərin sayı səkkiz mini keçib
2020-06-03 15:08

Yəməndə hər 5 dəqiqədə bir uşaq ölür
2020-06-03 15:05

Braziliyada COVID-19-dan ölənlərin sayı 31 mini ötdü
2020-06-03 10:44

Suriya Ordusu Həsəka əyalətində ABŞ hərbi karvanının qarşısını alıb
2020-06-03 10:41

Türkiyə yenə təhdid olundu
2020-06-03 10:40

Azərbaycanda dərslər tədris ilinin sonunadək dayandırılıb
2020-06-03 10:40

Pentaqon Vaşinqtona 1600 hərbçi yolladı
2020-06-03 10:38

Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 90 minə çatıb
2020-06-03 10:38

Rusiya 19 dövləti parada dəvət etdi
2020-06-03 10:35

Neft bahalaşmaqda davam edir
2020-06-03 10:33

İslam İnqilabının banisi Ayətullah Musəvi Xomeyninin vəfatından 31 il keçir
2020-06-03 10:32

Gürcüstanda şəhərlərarası ictimai nəqliyyatın qiyməti artır
2020-06-03 10:31

Əfqanıstan paytaxtında məsciddə partlayış törədilib, məscidin imamı həyatini itirib
2020-06-03 10:30

Tbilisi hava limanı sərnişinləri qəbul etməyə hazırlaşır
2020-06-03 10:28

Ruhani: “ABŞ 83 milyon iranlının sağlamlığını girov götürüb”
2020-06-03 10:28

Tbilisidə ürək donduran hadisə - yeni doğulmuş uşaq küçədə ölü tapıldı
2020-06-03 10:25

İŞİD Kərkükdə partlayış törətdi
2020-06-03 10:26

İsrail hərbçilərinə "işğala hazır ol" əmri verildi
2020-06-03 10:21

Livan-Suriya sərhədi müvəqqəti açılır
2020-06-03 10:18

Bolnisidən bir şəxs koronavirusdan həyatını itirdi
2020-06-03 10:06