Rəsul Quliyev 100 minlik mitinq təşkil edəcək

27 Dekabr 2011 - 13:05

Amerikada mühacir həyatı yaşayan, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev yeni yaratdığı Demokratiya Uğrunda Müqavimət Hərakatına qoşulmaq üçün müraciət edənlərin sayının sürətlə artdığını bəyan edib. Bia.az saytına dünənki müsahibəsində R.Quliyev deyib ki, həm müxtəlif partiyalar, həm də ölkənin müxtəlif regionlarında olan ziyalılardan çoxlu təkliflər alıb. Artıq hərakata qoşulmaq istəyənlərin sayı 50 mini ötüb: “Ancaq sayın çox olması o demək deyil ki, bu hansısa nəticə ilə qurtara bilər. İlk növbədə təşkilatlanma olmalıdır. Ancaq bu gün təşkilatlanma olmadan belə, ölkədə yaşayanların 80 %-i bu rejimin əleyhinədir və bu barədə danışır. Ancaq bu danışmağın müəyyən nəticə ilə bitməsi uzun illərdir ki, həyata keçmir. Çünki təşkilatlanma yoxdur. Yaxşı təşkilatlanma olarsa, 50-100 min insanla Azərbaycanda bu rejimin dəyişdirilməsinə nail olarıq. Artıq bu proses gözlədiyimdən də artıq böyük sürətlə başlanılıb və bu gün də davam edir”.

Eks-spiker bildirib ki, Müqavimət Hərəkatının tamam formalaşması 2012-ci ilin yanvar ayında tam başa çatmalıdır: “Bu gün Azərbaycanın beş regionu Müqavimət Hərəkatının yerli təşkilatlarını yaratmağı elan etməyə tam hazırdır. İsveçrədə olan bir təşkilat isə özlərini nümunə göstərərək, digər Avropa ölkələrində fəaliyyətlərini genişləndirməyə hazır olduqlarını bildirirlər”.
R.Quliyev marta qədər Bakıda çoxlu aksiyalar keçirəcəklərini bəyan edib.: “Martın sonu, aprelin əvvəlində isə biz güclü və fundamental aksiya keçirməyi planlaşdırırıq”.
ACP lideri mitinqlərin keçirilməsi prosesində ölkənin 7-8 regiona bölünəcəyini, hər regionun isə 6-7 rayonu əhatə edəcəyini açıqlayıb: “Bakıda təşkil ediləcək aksiyalar eyni zamanda bütün regionlarda davam edəcək. Ola bilsin ki, ilk günlərdə aksiyalarda 30 min insan iştirak eləsin. İkinci gün isə onların sayı 100 minə çatacaq. Bugünkü Azərbaycan xalqının səviyyəsi 1500 il bundan öncəki Yunanıstan xalqının səviyyəsindən də aşağı deyil ki? Ola bilməz ki, xalqımızın içərisindən heç olmasa 5% -də olsa, azadlığı istəyən adam tapılmasın. Bu da ən azı 450 min edir. Biz bu xalqı o qədər də aciz hesab etməməliyik. Düzdür, bu gün xalq elə bir vəziyyətə gətirilib ki, hökumət tez-tez bu qədər oyunlardan çıxır. Sonra da bildirir ki, sizdən aciz millət yoxdur. 1980-ci illərin sonlarında ”perestroyka" edən SSRİ rəhbərliyi belə düşünürdü ki, Azərbaycandan başqa bütün respublikalarda nə isə baş verəcək. Ancaq əksinə oldu".
R.Quliyev deyib ki, liderliyinin kimlərinsə qəbul edib-etməməsinin onun üçün heç bir fərqi yoxdur: “Onsuz da lider olduğumu özüm hər kəsə bəyan edirəm. Mən fəhlə işləyəndə də, qurğu rəisi və zavod direktoru olanda da lideriydim. Liderlik keyfiyyəti sonradan yaranmır ki?! Bu xarizmatik cəhət insanın daxilindən gəlməlidir. Prezident olmaq üçün də məhz bu keyfiyyət tələb olunur. Kiminsə liderliyimi qəbul edib-etməməsinin mənim üçün nə fərqi var? Bir lider kimi prezidentliyə namizədliyimin verilməsi məsələsinə gəlincə, bunun vaxtı hələ yetişməyib”.

 

Etibar SEYİDAĞA

(musavat.com)




deyerler

Xəbər lenti

Moldova aviareysləri bərpa edir
2020-06-04 07:06

Bayden seçki yarışında yenidən Trampı qabaqladı
2020-06-04 06:58

BMT Yəmən üçün lazım olan pulu toplaya bilmir
2020-06-03 22:17

Çin və Hindistan hərbçiləri son hadisələri müzakirə edəcək
2020-06-03 22:09

Türkiyədə daha 24 nəfər koronavirusdan ölüb
2020-06-03 22:04

Rusiyada koronavirusdan ölənlərin sayı 5 215-ə çatdı
2020-06-03 21:58

Gürcüstanda ərzaq məhsulları bahalaşıb - Statistika
2020-06-03 21:33

Gürcüstan NATO standartlarına uyğun yeni hərbi texnika alacaq
2020-06-03 21:30

Gürcüstan hökuməti xaricdən milyardlarla borc götürür
2020-06-03 21:27

Gürcüstanda COVID-19-a yoluxan xəstələrin 80%-i sağalıb
2020-06-03 21:22

Gürcüstanda daxili uçuşlar bərpa olunur
2020-06-03 21:18

"Gürcü Arzusu" koronavirus səbəbindən seçki görüşlərindən imtina edə bilər - Açıqlama
2020-06-03 21:13

Giorgi Qaxarianın baş nazir vəzifəsindən istefa verəcəyi barədə məlumat yalandır
2020-06-03 20:07

Çexiya Gürcüstanı turistlər üçün təhlükəsiz ölkələr kateqoriyasına daxil edəcək
2020-06-03 20:02

İraqın Baş naziri kabinetini tamamladı
2020-06-03 15:27

Qətər: Fələstinə dəstək verməyə davam edəcəyik
2020-06-03 15:26

İsrail qüvvələri daha 20 fələstinlini saxladı
2020-06-03 15:24

Dubayda ticarət mərkəzləri fəaliyyətini bu gündən bərpa edəcək
2020-06-03 15:12

Ayətullah Xamenei ABŞ-dakı etirazlara maraqlı münasibət bildirib
2020-06-03 15:10

İranda koronavirusdan ölənlərin sayı səkkiz mini keçib
2020-06-03 15:08

Yəməndə hər 5 dəqiqədə bir uşaq ölür
2020-06-03 15:05

Braziliyada COVID-19-dan ölənlərin sayı 31 mini ötdü
2020-06-03 10:44

Suriya Ordusu Həsəka əyalətində ABŞ hərbi karvanının qarşısını alıb
2020-06-03 10:41

Türkiyə yenə təhdid olundu
2020-06-03 10:40

Azərbaycanda dərslər tədris ilinin sonunadək dayandırılıb
2020-06-03 10:40

Pentaqon Vaşinqtona 1600 hərbçi yolladı
2020-06-03 10:38

Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 90 minə çatıb
2020-06-03 10:38

Rusiya 19 dövləti parada dəvət etdi
2020-06-03 10:35

Neft bahalaşmaqda davam edir
2020-06-03 10:33

İslam İnqilabının banisi Ayətullah Musəvi Xomeyninin vəfatından 31 il keçir
2020-06-03 10:32

Gürcüstanda şəhərlərarası ictimai nəqliyyatın qiyməti artır
2020-06-03 10:31

Əfqanıstan paytaxtında məsciddə partlayış törədilib, məscidin imamı həyatini itirib
2020-06-03 10:30

Tbilisi hava limanı sərnişinləri qəbul etməyə hazırlaşır
2020-06-03 10:28

Ruhani: “ABŞ 83 milyon iranlının sağlamlığını girov götürüb”
2020-06-03 10:28

Tbilisidə ürək donduran hadisə - yeni doğulmuş uşaq küçədə ölü tapıldı
2020-06-03 10:25

İŞİD Kərkükdə partlayış törətdi
2020-06-03 10:26

İsrail hərbçilərinə "işğala hazır ol" əmri verildi
2020-06-03 10:21

Livan-Suriya sərhədi müvəqqəti açılır
2020-06-03 10:18

Bolnisidən bir şəxs koronavirusdan həyatını itirdi
2020-06-03 10:06