Rəsul Quliyev prezidentliyə namizədliyini irəli sürdü

17 Dekabr 2011 - 10:59

Rəsul Quliyev iddiali danişdı: ''2013-cü ildə prezident seçiləcəyəm''

“Azərbaycan Respublikasında keçiriləcək 2013-cü il prezident seçkilərində iştirak edəcəyəm və bu seçkilərdə qalib gələcəyəm. Sizi də 100 faiz əmin edirəm ki, mənim seçilməyimdə heç bir saxtakarlıq olmayacaq. Heç vaxt saxta prezident olmağı özümə layiq bilmərəm. Əsas məsələ odur ki, səsverməni saxtalaşdırmaq istəyən insan istəsə də, bunu edə bilməyəcək”. “Qafqazinfo”nun məlumatına görə, bunu "Bakı" informasiya agentliyinə müsahibəsində Amerikada yaşayan eks-spiker Rəsul Quliyev deyib.

 

 

O bildirib ki, görəcəyi işin əsas istiqaməti odur ki, 99,9 faiz prezident seçkilərində şəxsən iştirak etsin:

 

“Artıq 64 yaşım var, buna baxmayaraq, seçkilərdə fəal iştirak edəcək, Azərbaycan xalqını düşdüyü bu vəziyyətdən çıxarmaq üçün əlimdən gələni edəcək və sona qədər mübarizə aparacağam. Bu, həm də mənim üçün sonuncu şansdır və bundan lazımi qədər istifadə etməyə çalışacağam. Ola bilsin ki, məni kimisə dəstəkləmək üçün seçkilərə buraxmasınlar. Bu da 1 faizlik ehtimaldır. Əgər bu ehtimal gerçəkləşərsə, onda o insanın xeyrinə geri çəkiləcəyəm ki, o, dediyim ideyanı və proqramı qəbul etsin. Başqa insanları dəstəkləyəcək halda deyiləm, çünki, bir çoxlarında prezident olmaq həvəsi oyanıb. Ona görə yox ki, həmin insan xalqın xeyri üçün hakimiyyətə gəlmək istəyir. İndi də başqa bir qrup gəlib bu yetim xalqı talamaq istəyir. Mən də bu təhlükəli meylləri görürəm. Əgər Əliyevlərdən sonra kimsə xalqı ağır sınağa çəkmək istəsə, xalq mənəvi-əxlaqi cəhətdən tamamilə məhv olacaq və onu artıq xalq adlandıra bilməyəcəyik. Vətənini həddən artıq sevən insan kimi deyə bilərəm ki, xalqımı bir də ağır sınaqlara düşməyə qoya bilmərəm. Bu gün Şuşada turizm mərkəzləri tikilir və artıq ora turistlərin axını başlayıb. Bir neçə müddətdən sonra isə onların sayı Azərbaycana gələnlərin sayından dəfələrlə çox olacaq. Vaxtilə Topxana meşəsində 2 dənə ağacın kəsilməsinə etiraz etmək üçün 1 milyondan insanı meydana tökən Azərbaycan xalqı bu gün elə bir dəhşətli sakitliklə bunu seyr edir ki, insanın tükü biz-biz olur. Bu da onu göstərir ki, artıq insanlar diri-diri qəbirə girməyə də hazırdır. İmkan vermək olmaz ki, milləti düşdükləri vəziyyətdən də pis vəziyyətə salsınlar”.

 

 


aran aqentliyi

Xəbər lenti

Moldova aviareysləri bərpa edir
2020-06-04 07:06

Bayden seçki yarışında yenidən Trampı qabaqladı
2020-06-04 06:58

BMT Yəmən üçün lazım olan pulu toplaya bilmir
2020-06-03 22:17

Çin və Hindistan hərbçiləri son hadisələri müzakirə edəcək
2020-06-03 22:09

Türkiyədə daha 24 nəfər koronavirusdan ölüb
2020-06-03 22:04

Rusiyada koronavirusdan ölənlərin sayı 5 215-ə çatdı
2020-06-03 21:58

Gürcüstanda ərzaq məhsulları bahalaşıb - Statistika
2020-06-03 21:33

Gürcüstan NATO standartlarına uyğun yeni hərbi texnika alacaq
2020-06-03 21:30

Gürcüstan hökuməti xaricdən milyardlarla borc götürür
2020-06-03 21:27

Gürcüstanda COVID-19-a yoluxan xəstələrin 80%-i sağalıb
2020-06-03 21:22

Gürcüstanda daxili uçuşlar bərpa olunur
2020-06-03 21:18

"Gürcü Arzusu" koronavirus səbəbindən seçki görüşlərindən imtina edə bilər - Açıqlama
2020-06-03 21:13

Giorgi Qaxarianın baş nazir vəzifəsindən istefa verəcəyi barədə məlumat yalandır
2020-06-03 20:07

Çexiya Gürcüstanı turistlər üçün təhlükəsiz ölkələr kateqoriyasına daxil edəcək
2020-06-03 20:02

İraqın Baş naziri kabinetini tamamladı
2020-06-03 15:27

Qətər: Fələstinə dəstək verməyə davam edəcəyik
2020-06-03 15:26

İsrail qüvvələri daha 20 fələstinlini saxladı
2020-06-03 15:24

Dubayda ticarət mərkəzləri fəaliyyətini bu gündən bərpa edəcək
2020-06-03 15:12

Ayətullah Xamenei ABŞ-dakı etirazlara maraqlı münasibət bildirib
2020-06-03 15:10

İranda koronavirusdan ölənlərin sayı səkkiz mini keçib
2020-06-03 15:08

Yəməndə hər 5 dəqiqədə bir uşaq ölür
2020-06-03 15:05

Braziliyada COVID-19-dan ölənlərin sayı 31 mini ötdü
2020-06-03 10:44

Suriya Ordusu Həsəka əyalətində ABŞ hərbi karvanının qarşısını alıb
2020-06-03 10:41

Türkiyə yenə təhdid olundu
2020-06-03 10:40

Azərbaycanda dərslər tədris ilinin sonunadək dayandırılıb
2020-06-03 10:40

Pentaqon Vaşinqtona 1600 hərbçi yolladı
2020-06-03 10:38

Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 90 minə çatıb
2020-06-03 10:38

Rusiya 19 dövləti parada dəvət etdi
2020-06-03 10:35

Neft bahalaşmaqda davam edir
2020-06-03 10:33

İslam İnqilabının banisi Ayətullah Musəvi Xomeyninin vəfatından 31 il keçir
2020-06-03 10:32

Gürcüstanda şəhərlərarası ictimai nəqliyyatın qiyməti artır
2020-06-03 10:31

Əfqanıstan paytaxtında məsciddə partlayış törədilib, məscidin imamı həyatini itirib
2020-06-03 10:30

Tbilisi hava limanı sərnişinləri qəbul etməyə hazırlaşır
2020-06-03 10:28

Ruhani: “ABŞ 83 milyon iranlının sağlamlığını girov götürüb”
2020-06-03 10:28

Tbilisidə ürək donduran hadisə - yeni doğulmuş uşaq küçədə ölü tapıldı
2020-06-03 10:25

İŞİD Kərkükdə partlayış törətdi
2020-06-03 10:26

İsrail hərbçilərinə "işğala hazır ol" əmri verildi
2020-06-03 10:21

Livan-Suriya sərhədi müvəqqəti açılır
2020-06-03 10:18

Bolnisidən bir şəxs koronavirusdan həyatını itirdi
2020-06-03 10:06