Azərbaycan və İslam bu gün

08 Dekabr 2011 - 11:52

Dinsiz cəmiyyət xarici təsirləri neytrallaşdıran immunitetdən məhrum olacaq

Bəzən bir sıra hadisələrə lazımı qədər əhəmiyyət verilmir, lakin bununla belə həmin hadisələrin əhəmiyyəti azalmır. Bu gün – rəsmən ateist olan SSRİ-nin süqutundan 20 il ötdükdən sonra Azərbaycanda dinin cəmiyyətdəki mövqeyi istənilən müşahidəçini təəccübləndirir. Əhalinin mütləq əksəriyyəti özünü müsəlman, inanclı sayır, dini göstərişlərə əməl edənlərin sayı isə həndəsi silsilə ilə artır. Kommunistlərin dinə qarşı qeyri-insani repressiyalarını nəzərə alsaq, belə durum həqiqətən də təəccübə layiqdir. Bu onun göstəricisidir ki, bir millət olaraq biz sovet təbliğatına uymadıq, hər şeyə rəğmən mənəviyyatımız qalib gəldi. 



İstehzalar

Bakının düz mərkəzində, “Sovetski”də tez-tez gördüyümüz qara örpəkli nənələr, arxçınlı-saqqlallı babalar 70 il ateizmin hakim olduğu bir dövlətdə yaşayıblar. Dövlətdə, lakin cəmiyyətdə yox. Dinin yasaq olduğu bir dövlətin vətəndaşları olaraq onlar məhərrəmlik və orucluqda toy etməz, kəbinsiz qız köçürməz, Aşurada gizlincə əza məclisləri qurar, ölülərini müsəlman kimi dəfn edərdilər. Onları axmaq, geriləmiş, cahil adlandırsalar da, Azərbaycanlı ruhunu məhz onlar diri saxladılar. Partiya mənsubları “çayka”larda şəhəri gəzəndə, onlar qəbirstanlıqda aram səslə Quran oxuyurdular. Sovetlərin viran qoyduğu dünyadan onlar üçün daha gözəl aləmə, gələcəyə bir pəncərə Quran idi. Onların gözü qabağında məscidləri sökür, məbədləri tövlələrə, ambarlara çevirirdilər, ruhaniləri sürgünə göndərir, zindanlarda işgəncələrlə öldürürdülər. Az-çox savadı olanlar isə xalqın mənəvi tələbatını qarşılamaq üçün mollalıq edirdilər. Məhz həmin nəsl iman şölələrini öz qəlblərində yaşadaraq gələcəkdə həmin şölələri atəşə döndərdi. Azərbaycan cəmiyəti həmin nəslə borcludur. Təkcə ona görə yox ki, onlar islama qarşı 70 il davam edən məzxərələri udub imanı qorudular. Onlar həm də Azərbaycanın mədəni irsini saxladılar, bizləri ruslaşmağa qoymadılar. Milli nağılların, bayatıların, laylayları, bununla da dilimizin və ədəbiyyatımızın qorunması ilə onlara borcluyuq. Marksizm-leninizm ideologiyası dünyanın yarısını bürüsə də azərbaycanlının qəlbini fəth edə bilmədi, bilməzdi də.

Son zamanlar tez-tez tənqid olunan mollalar və onlara nəzarət edən Qafqaz Müsəlmanları İdarəsi sovetlərdən bizə qalan yadigardır. QMİ və onu təmsil edən ruhanilərin cəmiyyətin müasir tələblərinə cavab verməməsi başqa bir mövzudur. Lakin məhz bu qurum və həmin mollalar pis-yaxşı yuxarıda bəhs etdiyimiz nəslin başında durur, dini sahəni bir təhər tənzimləməyə çalışırdı. QMİ (o zaman Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi) SSRİ-də İslamı təmsil edən dörd regional dini təşkilatlardan biri idi. Mərkəzi Asiya və Qazaxstan (qərargahı Daşkənddə), Rusiyanın Avropa hissəsi və Sibir (qərərgahı Ufada), Şimali Qafqaz (qərərgahı Maxaçqalada) və Zaqafqaziya (qərargahı Bakıda) müsəlmanları ruhani idarələri SSRİ ilə birlikdə süqut etdi. Lakin məzh Azərbaycan dövlətinin dəstəyi və Şeyxulislam Allahşükür Paşazadənin şəxsi nüfuzu sayəində 1992-ci ildə Şimali Qafqaz və Zaqafqaziya dini idarələri vahid quruma – Qafqaz Müsəlmanları İdarəsinə birləşdi. Bu sadəcə olaraq sovetlər barədə nostalgiya deyildi, gələcəyə düşünülmüş geostrateji bir addım idi. 

Geosiyasət

Qafqaz xalqalrının böyük əksəriyyəti müsəlmandır. Məhz bu amil XIX əsrdə Rusiyanı vadar etmişdi ki, Qafqazı iki hissəyə parçalasın - əksəriyyəti müsəlman olan Şimali Qafqaza və əksəriyyəti xrsitian olan Cənubi Qafqaza. Lakin Azərbaycan həm ərazi həm əhali baxımından Gürcüstan və Ermənistandan iridir. Gürcüstanda titul xalqdan sonra ən iri etnik qrup azərbaycanlılardır. Onların sayı bütün etnik azlıqların ümumi sayından çoxdur. Əgər Ermənistan azərbaycanlı vətəndaşlarını ölkədən qovmasaydı, eyni durum bu ölkədə də olardı. Şimali Qafqaza gəldikcə isə, burada yaşayan bütün xalqlar Rusiya dövlətinin tabeçiliyindədir. Təbii ki, Rusiya özünün pravoslav-slavyan mədəniyyətinə mənsubluğunu vurğuladıqca, postsovet məkanında özünəqayıdış ideyaları yayıldıqca, Şimali Qafqaz xalqlarının da müsəlman kimliyi qabarır. Belə olduqda Şimali Qafqazla yeganə müstəqil həmsərhəd müsəlman ölkəsi Azərbaycandır. Qafqazda bütün müsəlman təriqətlərinə məxsus müqəddəs yerlər Azərbaycan ərazisində yerləşir. Tarixi baxımdansa İslam Qafqaza məhz Azərbaycan vasitəsilə yayılıb. Bu isə onların Kremlin tabeçiliyində olan ruhaniyyətdən soyuyub Bakıya üz tutmağa şərait yaradır. Beləliklə də Azərbaycan yeganə müsəlman dövləti olaraq əksəriyyəti müsəlman olan Qafqazda geosiyasi dividentlər qazanır. QMİ-də bu işdə əvəzsiz rol oynaya bilərdi. Bəli, bilir yox, bilərdi. Son zamanlar Azərbaycanda din sahəsində aparılan yanlış və uğursuz siyasət Bakını Tiflis və Moskva ilə eyniləşdirdi, regionun müsəlman xalqlarını Azərbaycandan məyus etdi. 

Faktiki olaraq bu gün Türkiyə ərəb dünyasında hansı rolu oynayırsa, Azərbaycan Qafqazda eyni rola iddialı ola bilərdi. Türkiyə bütün tolerantlığı və demokratikliyi ilə bir çox aparıcı Avropa ölkələrini kölgədə qoysa da onun Avropa ailəsinə qoşulması mümkün olmadı. Ona görə də AKP timsalında rəsmi Ankara Osmanlı ənənələrinə qayıdaraq Yaxın Şərq, Şimali Afrika və Avropa müsəlmanları arasında İslam bayraqdarı kimi çıxış edir. Bu siyasətin uğuru da göz qabağında. Sosial problemlərdən tutmuş kürd separatçılığına kimi açıq qalan problemlər öz həllini tapır. İslam müxtəlif etnik qrupları birləşdirən vahid ideologiya olaraq artıq Türkiyəni türk dövləti kimi deyil, müsəlman dövləti kimi tanıtdırır. Millətçi ərəb Ərdoğanın simasında millətçi türk liderini deyil, müsəlman liderini görür. Türkiyə hətta islami İranın regionda artan nüfuzunu əngəlləyə bilir. 

Təhlükə

Hazırda Azərbaycanın üzləşdiyi əksər probelmlər sekulyarizm pərdəsi altında xalqın milli kimliyindən dini mənsubiyyətin çıxarılması cəhdidir. “Azərbaycan dünyavi dövlətdir” deyə ölkədə ateist ideologiyasını yaymaq nəinki mümkünsüz, hətta zərərlidir. Faktiki olaraq regionda yeganə ölkə Azərbaycndır ki, dini mənsubluğu ilə hesablaşmır. Rusiya, İran, Türkiyə, Gürcüstan, Ermənistan, ərəb ölkələri, İsrail, Avropa Birliyi – bütün bu ölkələrdə din sosioqurucu faktor kimi çıxış edir. İstər xarici, istərsə də daxili siyasətdə uğurun əldə olunması üçün dini sahənin inkişaf etdirilməsi, qeyri-rəsmi olsa belə Azərbaycanın müsəlman ölkəsi kimi tanıdılmasını tələb olunur. Burada din hansısa siyasi qurumun təmsil etdiyi ideya, dindar isə hansısa sosial təbəqə kimi formalaşmamalıdır. Din bütün ictimai sahələrin fövqündə, onlardan müstəqil qalmalıdır. Din etnik mənsubiyyət kimi bütün azərbaycanlıların identifikasiyasının təbii və ayrılmaz hissəsi olaraq qorunmalıdır. Əks təqdirdə bu artıq banal səslənən “inancsız əsgər Qarabağı ala bilməyəcək” kimi nəticələrlə bitməyəcək, ortaya qoyulan millətin varlığıdır. Dinsiz cəmiyyət xarici təsirləri neytrallaşdıran immunitetdən məhrum olacaq. Sadə dillə desək, azərbaycanlıdan azərbaycanlılıq qalmayacaq.

Bu gün Gürcüstan Müsəlmanları İdarəsinin yaradılması Azərbaycanın daxili siyasətinin səmərəsidir. Onu da nəzərə alaq ki, Tiflis çarizm dönəmindəki “Qafqazın paytaxtı” statusunu bərpa etmək, regionda liderlik uğrunda Azərbaycanla rəqabət aparmaq istəyir. Azərbaycan regional lider olaraq Gürcüstana təsir rıçaqlarından birini və mühümünü, bu ölkədə yaşayan azərbaycanlılarla əlaqəsini itirdi. Lakin bu hələ başlanğıcdır, növbədə isə Qafqazın digər hissələri və daha mürəkkəb problemlər durur. 

 


salaminfo.az

Xəbər lenti

Режим самоизоляции для борьбы с коронавирусом в России вызвал зависть у жителей США
2020-04-01 19:43

«Мы убиваем людей в квартирах»: Лукашенко — о карантине
2020-04-01 19:41

Американский врач рассказал, как проходит эпидемия коронавируса в США
2020-04-01 19:38

В Испании число заразившихся коронавирусом перевалило за 100 тысяч
2020-04-01 19:36

Gürcüstanda vətəndaşların kommunal xərclərini dövlət ödəyəcək
2020-04-01 19:34

Türkiyə Suriyada yenə hərbi addımlar atmaq istəyir
2020-04-01 19:28

ABŞ ordusu 78 qırıcı sifariş verdi
2020-04-01 19:25

Ukrayna istehsal etdiyi raketi sınaqdan keçirdi
2020-04-01 19:24

Şimali Kiprdə pandemiyadan növbəti ölüm qeydə alındı
2020-04-01 19:21

Britaniyada daha 563 nəfər koronavirusdan öldü
2020-04-01 19:20

Gürcüstan NATO-dan yeni dəstək alacaq
2020-04-01 19:18

Türkiyə müsəlmanlara zəkat çağırışı etdi
2020-04-01 19:17

Tramp: "COVID-19-un dəhşətli ola biləcəyini bilirdim"
2020-04-01 19:16

Avropanın üç ölkəsi İrana tibbi ləvazimat göndərdi
2020-04-01 19:14

Hindistanda son sutkada 240 nəfər koronavirusa yoluxdu
2020-04-01 19:13

İspaniyada pandemiya qurbanlarının sayı 9 000-i keçdi
2020-04-01 19:11

Gürcüstanda koronavirusa yoluxan azərbaycanlı qadının hazırkı durumu açıqlandı
2020-04-01 19:10

Gürcüstanda koronavirusla bağlı mobil tətbiq hazırlanır
2020-04-01 19:08

Pentaqon hərbçilərini koronavirusun yayıldığı gəmidən təxliyə etməyəcək
2020-04-01 19:05

Gürcüstanda koronavirusdan sağalanların sayı artdı
2020-04-01 19:04

Marneulidə 92 min nəfər tibbi yoxlamadan keçirilib
2020-04-01 19:02

Gürcüstan iqtisadiyyatına maddi yardım ayrıldı
2020-04-01 19:01

Əfqanıstanda törədilən partlayışda 8 nəfər ölüb, 2 nəfər yaralanıb
2020-04-01 14:04

"Həşd Şabi" xəbərdarlıq etdi
2020-04-01 14:01

Əfqanıstanda qadın general avtomobilində partladıldı
2020-04-01 13:57

İranda 8 apreldən sonra bütün fəaliyyətlər bərpa edilə bilər
2020-04-01 13:50

İranda daha iki rəsmi şəxs koronavirusdan öldü
2020-04-01 13:49

Venesuela ABŞ-a sərt cavab verdi
2020-04-01 12:47

Sanders: "İrana dərman sanksiyaları dayandırılmalıdır"
2020-04-01 12:45

Çin: "ABŞ koronavirus ilə mübarizədə itirdiyi vaxtı kompensasiya edə bilməyəcək"
2020-04-01 12:43

ABŞ-da həkimlərə xəbərdarlıq: "Tibbi ləvazimatların olmaması haqqında danışmayın"
2020-04-01 12:41

Makron: "Maska, respirator və dərman çatışmazlığı ilə üz-üzəyik"
2020-04-01 12:40

Türkiyə İtaliya və İspaniyaya yardım göndərdi
2020-04-01 12:38

Çində koronavirusa yeni yoluxma halları qeydə alınıb
2020-04-01 12:32

Gürcüstanda koronavirusa yoluxanların sayı 115-ə çatdı
2020-04-01 12:31

ABŞ-da koronavirusdan ölənlərin sayı 4 000-i ötdü
2020-04-01 12:28

BMT: Pandemiya II Dünya müharibəsindən sonra ən böyük böhrandır
2020-04-01 12:27

Xarici ölkələrdə koronavirusdan ölən Türkiyə vətəndaşlarının sayı açıqlandı
2020-04-01 12:24

Cənubi Koreyada koronavirusa yoluxanların sayı 9 900-ə çatdı
2020-04-01 12:23