Gülə-gülə!

07 Dekabr 2011 - 13:54

Bəşər tarixi boyu zalımlar gecəni, məzlumlar gündüzü ağır keçirib. Yuxusu ərşə çəkilmiş zalımlar azca gözünü yumub oyananda çomağını görüb cana gəlib, başını yastığa qoyan kimi dərin yuxuya gedən məzlumlar yerindən qalxanda ah çəkib, “dünyaya qayıdışına” təəssüf edib.

Bəşər tarixində tanrılıq iddiasında olan fironlardan çox yazılıb. Onların nəslindən olan müasirimiz Qəddafinin nazənin vücudunun ayaqlar altda tapdanması oyatmadı yerdə qalanları. Qəddafinin təpiklənməsinə, zarımasına kino kimi baxdılar. Özlərini onun yerinə qoya bilmədilər. Əgər bunu bacarsaydılar tövbə qılıb ədalət yolunu tutar, Allahın əmanəti olan xalqa zülmdən əl çəkərdilər. Əl çəkmədilər – nə Vaşinqtonda, nə Londonda, nə Bakıda. Bakıda xeyir işi, xalqa xidməti yaddan çıxaran başçıları yalnız bir şey narahat edir: məbada kimsə onların qullarına sahib dura! Allahın qulu olduqlarını unutdular, Allahın qullarına allahlıqdan qorxmadılar.

Bakıda sunami təhlükəsi var. Hakimiyyət müxalifəti qərbə, islamçıları şərqə bağlayıb şərlədi, türmələrə doldurdu. On illər boyu qınaq hədəfi olan ziyalılara növbə çatdı. Ziyalılar Forumu hakimiyyəti ədalətə çağırdı. Rejim xalqın mütəfəkkir, yaradıcı insanlarını da şərləməkdən çəkinmədi. Azərbaycanda istibdada son qoyulacağına ümidini itirənlərin gözünə işıq gəldi. Xalq da, müxalifət də, islamçı da az-çox səsini çıxarmış, hökumətin dəyənəyini yemişdi, qalmışdı ziyalı. Nəhayət, bu nur partlayışı baş verdi. Artıq bu rejimi yaltaq nökərlərdən başqa istəyən qalmadı.

Cəbhə boyu gərginlik artır. Dini haqlar sahəsində vəziyyət daha gərgindir. Rejim hesab edir ki, onu aşırmağa qadir ən şanslı qüvvə islamçılardır. On görə də doğulan uşaqların sağ qulağına “qullar açıq havada”, sol qulağına “azadlar həbsxanada” deyirlər.

Ən fəal dindarları şərləyib həbsxanaya doldurandan sonra növbə müsəlman xalqa çatdı. Xalqın dinini dəyişməyə qərar verildi. Milli Məclis qanun toplarını İslam üzərinə çevirdi. Əksəriyyəti şiə müsəlmanlar hüznlü məhərrəm – İmam Hüseynə (ə) əzadarlıq mərasimlərinə günlərlə qalmış hədəfə alındı.

Əvvəla, Milli Məclisin anti-islami fəaliyyətləri barədə. Yeni qanun layihəsinə əsasən Azərbaycandan kənarda dini təhsil almış şəxslərin ayin və mərasimlərin icrasına görə 200 manatdan 400 manatadək (hüquqi şəxslərin isə 4000 manatadək) cərimə olunacağı gözlənilir. Məhdudiyyətin yalnız İslam dininə aid olması, dini təhsil almış vətəndaşların fəaliyyətinin əsassız olaraq məhdudlaşdırması İslama xəyanətdən başqa bir şey deyil. Əxlaqsızlıq, qumar oyunlarına görə cərimələri dinin təbliğinə görə cərimələrlə tutuşdurduqda aydın olur ki, hakimiyyətdə olanlar Din ətrafına toplananlarla Öz ətraflarına toplananlar arasında ciddi fərq qoyurlar. Azərbaycandan kənarda dini təhsil almış şəxsin İslamı təbliğ etməsi əxlaqsızlıq, qumarbazlıqdan pis sayılıb! Bu müqayisələr DEVAMM-ın bəyanatında daha genişdir.

Keçək Aşura qorxusuna. Gəncə dindarlarının verdiyi məlumata görə, Gəncə şəhərində geniş Qədir-Xum bayramı keçirilib. Tədbirdə ruhanilər, ziyalılar və gənclər iştirak ediblər. Tədbirin sonunda ehsan verilən zaman polislər binanı mühasirəyə alaraq məclisin sona çatmasına maneçilik törədiblər. 30 dindarı polis bölməsinə aparıblar. Polis bölməsində dindarlardan izahat alıblar və tapşırıblar ki, qarşıdan gələn məhərrəmlik mərasimlərində sizi orda görməyək. Tədbirdə iştirak edən iki nəfərə 5 sutka həbs cəzası verilib. Onların üz və başı qırxılıb.

* * *

21 noyabr Mübahilə günüdür. Hicri 10-cu il həzrət Peyğəmbərlə (s) mübahisə etmək üçün, Nəcran məsihiləri öz böyüklərindən və alimlərindən ibarət bir heyəti Mədinəyə göndərir. Bu heyət Həzrətlə (s) mübahisə edir və tutarlı dəlillərlə, aşkar höccətlərlə üzləşmələrinə rəğmən, yenə də, İslamın haqq din olduğunu, Peyğəmbər (s) peyğəmbərliyini qəbul etmirdilər. Nəhayət, ayə nazil olur Peyğəmbərə (s): “(İsanın haqqında) Sənə göndərilən elmdən sonra, (yenə də) səninlə mübahisə edənlər olsa, onlara de ki: "gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə (qarğış) edib yalançılara Allahın lənət etməsini istəyək!”. (Ali-İmran surəsi, 61)

Peyğəmbər (s) bu təklifi məsihilərə verdikdə, onlar möhlət istədilər. Sonra bu qərara gəldilər ki, əgər, Peyğəmbər bir ordu ilə gəlsə, deməli, dedikləri əsassız və həqiqətə uyğun deyil! Yox əgər, az sayda insanla gəlsə, o Həzrətlə (s) mübahilədən çəkinsinlər. Təyin olunmuş vaxt - 24 zilhiccə günü mübahilə məhəllinə Həzrət Peyğəmbər (s) iki uşaq, bir gənc və bir qadınla gəlir. Hər iki məzhəb alimləri bildirirlər ki, ayədəki “oğlanlarımız” kəlməsində məqsəd Həsən (ə) və Hüseyn (ə), “qadınlarımız” kəlməsində məqsəd Xanım Fatimeyi-Zəhra (s.ə), Peyğəmbərin (s) özü kimi təqdim edilən şəxs isə – Həzrət Əlidir (ə). Bunlar həmin insanlardır ki, “Təthir” ayəsi onların haqqında enib və Peyğəmbər (s) bu insanları öz əbası altına alaraq “Allahım, bunlar mənim Əhli-Beytimdir” buyurmuşdur. Nəcran məsihiləri Əhli-Beytin (ə) əzəmətini, məqamını etiraf edir. İlk öncə Peyğəmbərin (s) mübarək kəlamına diqqət edək: “Mən dua edim, siz “amin” deyin.” İndi isə, nəcranlıların başçısının etirafına baxaq; “Ey məsihilər! Mən elə nurlu çöhrələr görürəm ki, əgər, onlar Allahdan bir dağın məhv olmasını istəsələr, Allah bunu edər. Əgər, onlarla mübahilə etsəniz həlak olarsınız və yer üzündə bircə nəfər belə məsihi qalmaz!”.

Peyğəmbərin (s) duası və Əhli-beytin (ə) “amin” deməsi və nəticədə nəcranlıların məhvi qaçılmaz idi. Amma sonda məsihilər mübahilə etməkdən imtina edir və məğlub olurlar…

Azərbaycan hakimiyyət dairələrində isə Nəcran məsihələri qədər Allah qorxusu yoxdur. Onlar qorxunu yalnız Qəddafi sindromunda hiss edir.

Qarşıdan hüzünlü məhərrəm, İmam Hüseynə (ə) əzadarlıq günləri gəlir. Sual yaranır: nə üçün hakimiyyət məhərrəm əzadarlığından, Aşura faciəsinin ildönümü mərasimindən qorxur? Axı nə baş verə bilər bu mərasimlərdə? Eyni sualı İctimai Palata, Ziyalılar Forumu da verə bilər: insanların bir araya gəlməsi, azadlıq şüarları səsləndirməsi, cəmiyyətin durumunu müzakirə etməsi niyə qorxudur hakimiyyəti? Xalqı güdməyə sərf edilən vaxt və enerji Qarabağın azadlığına sərf olunurmu?

Əzadarlıq günlərinə on gün qaldı. Fəal islamçılar həbsdədir. Amma onlar xalq arasından çıxıb. Bu xalq son nəfərədək fəallaşanda nə olacaq? Qıracaqlarmı xalqı?

Builki mərasimlərdə gərginlik yaşanacaq. Amma əsil milli birlik qarşıdadır. Ümummilli etiraz Ziyalılar Forumunun yaranışı ilə təsdiqləndi. Qaldı bu ziyalıların müxalifət və islamçılarla əl-ələ tutub prezident iqamətgahını əhatəyə alması. Uzaqda deyil o gün - əgər sən soydaş uzaqda dayanmasan! Onda “bizə yol verin, Bakıdan çıxaq” deyib yalvaranlara bir söz qalır deməyə: Gülə-gülə!

 


Xəbər lenti

Режим самоизоляции для борьбы с коронавирусом в России вызвал зависть у жителей США
2020-04-01 19:43

«Мы убиваем людей в квартирах»: Лукашенко — о карантине
2020-04-01 19:41

Американский врач рассказал, как проходит эпидемия коронавируса в США
2020-04-01 19:38

В Испании число заразившихся коронавирусом перевалило за 100 тысяч
2020-04-01 19:36

Gürcüstanda vətəndaşların kommunal xərclərini dövlət ödəyəcək
2020-04-01 19:34

Türkiyə Suriyada yenə hərbi addımlar atmaq istəyir
2020-04-01 19:28

ABŞ ordusu 78 qırıcı sifariş verdi
2020-04-01 19:25

Ukrayna istehsal etdiyi raketi sınaqdan keçirdi
2020-04-01 19:24

Şimali Kiprdə pandemiyadan növbəti ölüm qeydə alındı
2020-04-01 19:21

Britaniyada daha 563 nəfər koronavirusdan öldü
2020-04-01 19:20

Gürcüstan NATO-dan yeni dəstək alacaq
2020-04-01 19:18

Türkiyə müsəlmanlara zəkat çağırışı etdi
2020-04-01 19:17

Tramp: "COVID-19-un dəhşətli ola biləcəyini bilirdim"
2020-04-01 19:16

Avropanın üç ölkəsi İrana tibbi ləvazimat göndərdi
2020-04-01 19:14

Hindistanda son sutkada 240 nəfər koronavirusa yoluxdu
2020-04-01 19:13

İspaniyada pandemiya qurbanlarının sayı 9 000-i keçdi
2020-04-01 19:11

Gürcüstanda koronavirusa yoluxan azərbaycanlı qadının hazırkı durumu açıqlandı
2020-04-01 19:10

Gürcüstanda koronavirusla bağlı mobil tətbiq hazırlanır
2020-04-01 19:08

Pentaqon hərbçilərini koronavirusun yayıldığı gəmidən təxliyə etməyəcək
2020-04-01 19:05

Gürcüstanda koronavirusdan sağalanların sayı artdı
2020-04-01 19:04

Marneulidə 92 min nəfər tibbi yoxlamadan keçirilib
2020-04-01 19:02

Gürcüstan iqtisadiyyatına maddi yardım ayrıldı
2020-04-01 19:01

Əfqanıstanda törədilən partlayışda 8 nəfər ölüb, 2 nəfər yaralanıb
2020-04-01 14:04

"Həşd Şabi" xəbərdarlıq etdi
2020-04-01 14:01

Əfqanıstanda qadın general avtomobilində partladıldı
2020-04-01 13:57

İranda 8 apreldən sonra bütün fəaliyyətlər bərpa edilə bilər
2020-04-01 13:50

İranda daha iki rəsmi şəxs koronavirusdan öldü
2020-04-01 13:49

Venesuela ABŞ-a sərt cavab verdi
2020-04-01 12:47

Sanders: "İrana dərman sanksiyaları dayandırılmalıdır"
2020-04-01 12:45

Çin: "ABŞ koronavirus ilə mübarizədə itirdiyi vaxtı kompensasiya edə bilməyəcək"
2020-04-01 12:43

ABŞ-da həkimlərə xəbərdarlıq: "Tibbi ləvazimatların olmaması haqqında danışmayın"
2020-04-01 12:41

Makron: "Maska, respirator və dərman çatışmazlığı ilə üz-üzəyik"
2020-04-01 12:40

Türkiyə İtaliya və İspaniyaya yardım göndərdi
2020-04-01 12:38

Çində koronavirusa yeni yoluxma halları qeydə alınıb
2020-04-01 12:32

Gürcüstanda koronavirusa yoluxanların sayı 115-ə çatdı
2020-04-01 12:31

ABŞ-da koronavirusdan ölənlərin sayı 4 000-i ötdü
2020-04-01 12:28

BMT: Pandemiya II Dünya müharibəsindən sonra ən böyük böhrandır
2020-04-01 12:27

Xarici ölkələrdə koronavirusdan ölən Türkiyə vətəndaşlarının sayı açıqlandı
2020-04-01 12:24

Cənubi Koreyada koronavirusa yoluxanların sayı 9 900-ə çatdı
2020-04-01 12:23